Sakit Okean Adaları Qəyyum Ərazisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Sakit Okean Adaları Qəyyum Ərazisi
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
1947 — 1994

Paytaxt Saypan
Dilləri ingilis dili
Valyuta ABŞ dolları
Ərazisi
  • 1.779 km²
Əhalisi
  • 132.929 nəf.
İdarəetmə forması Birləşmiş Millətlər Təşkilatının qəyyum əraziləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Sakit Okean Adaları Qəyyum Ərazisi (SOAQƏ) (ing. Trust Territory of the Pacific Islands (TTPI)) — 1947—1994-cü illərdə ABŞ tərəfindən idarə edilən Mikroneziyada yerləşən BMT-nin qəyyum ərazisi.[1][2] Yaponiya imperiyasının Cənubi Sakit okean mandatı Sakit okean müharibəsində ABŞ tərəfindən tutulmuşdu, çünki Yaponiya Millətlər Cəmiyyətinin I Dünya müharibəsindən sonra Yaponiyaya ərazi üzərində səlahiyyət verməsindən bəri bu ərazini idarə edirdi. Lakin Yaponiya 1930-cu illərdə Millətlər Cəmiyyətindən ayrıldı və ardınca əlavə ərazilər işğal etdi. II Dünya müharibəsində adaların hərbi nəzarəti mübahisəli məsələ idi, lakin müharibənin sonunda adaların Müttəfiqlərin nəzarəti altında idi.[3] Sakit Okean Qəyyum Ərazisi BMT-nin himayədarlığında idi, adalar isə ABŞ-nin bir hissəsi kimi idarə etmək məqsədi ilə yaradıldı.[4] Ərazidəki ada qruplarının çoxu ABŞ ilə əlaqələri davam etdirərək müstəqil dövlətlərə çevrildi.[5] Belə ki, Mikroneziya Federativ Ştatları, Marşall adalarıPalau hazırda ABŞ ilə Azad birlik sazişi (COFA) daxilində müstəqil dövlətdir.[6] Lakin Şimali Marian adaları isə qeyri-korporativ ərazibirlik kimi ABŞ-nin yurisdiksiyasında qalır.[7][8][9]

  1. "[USC04] 48 USC 1931: Approval of Compact of Free Association: Article VII". United States House. 2019-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.
  2. "Trusteeship Council formally suspends operation: Palau admitted to UN". UN Chronicle. March 1995.
  3. "Resolution 683 (1990)" (PDF). United Nations Security Council. December 22, 1990. November 29, 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: April 12, 2024.
  4. "Marshall Islands (07/00)". U.S. Department of State. April 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.
  5. Reagan, Ronald. "Proclamation 5564 of November 3,1986" (PDF). Government Publishing Office. 2022-07-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-12.
  6. "Background Notes: Micronesia 6/96". United States Department of State. 2017-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.
  7. Encyclopædia Britannica: Trust Territory of the Pacific Islands Arxivləşdirilib 2015-04-29 at the Wayback Machine
  8. "Trust Territory of the Pacific Archives Photos – University of Hawaii". University of Hawaii at Manoa Hamilton Library. 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-12.
  9. Glenn B. Martineau. "Micronesia's Simplified Income Tax System". American Bar Association Journal. September 1976. səh. 1176–1178.