S.U.S.

Vikipediya, azad ensiklopediya
(S.U.S. (mahnı) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
"S.U.S."
Aygün Kazımova tərəfindən Duy albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 27 avqust, 2017
Janr pop
Dil azərbaycanca
Müddət 03:52
Prodüser Stefan Mgebrişvili
Bəstəkar Stefan Mgebrişvili
Sözlərin müəllifi Vüqar Əbdulov
Studiya Bravo Studio Tiflis,Gürcüstan
Aygün Kazımova sinqllarının xronologiyası
"Seni Böyle Sevmediler" "S.U.S."
(27 avqust 2017)
"Cücələrim (Kakhaberi Version)"
Audio nümunəsi

Videoklip
 S.U.S.
Videoklip
 Пусть (S.U.S. (rusca))

S.U.S.[1][2] — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "Aygün Kazımova - 30 il" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır.[3]

Fon və yazılma

[redaktə | vikimətni redaktə et]

Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soulR&B tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif GərayzadəCavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir. Bununla bərabər Türkiyədə türk dilində bir neçə layihə həyata keçirmişdir. Aygün Kazımovanın zamanla düzgün komanda ilə ilə çalışmaması, onun kariyerasında enmələrə səbəb olmuşdur. Türkiyədəki musiqi şirkətləri ilə işbirliyini sonandıran "Xalq artisti" gürcüstanlı prodüserlərlə çalışmaya başlamışdır. Gürcüstanı 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində təmsil etmək haqqı qazanan gürcü bəstəkar-müğənni Stefan Mgebrişvili ilə Aygün Kazımova 2016-cı ildə Gürcüstanda tanış olmuş və ikili yeni bir layihə etmək haqqında razılığa gəlmişdirlər. 2011-ci ildə Namiq Qaraçuxurludan ayrılan Aygün Kazımova yenidən 2017-ci ildə "SS Production" şirkəti ilə çalışmaya başlamışdır. Aygün Kazımova "SS Production" ilə 2001-2004-cü illərdə əməkdaşlıq etmişdir. Məhs bu illər Aygün Kazımovanın "partlayış" etdiyi illər sayılır. Pop-diva ləqəbli ifaçını zamanla həm izləyicilər, həm də sənət adamları tənqid etmiş və onun zamanla gerilədiyini ifadə etmişlər. Haqlı iradlardan nəticə çıxaran "Xalq artisti", 28 fevral 2017-ci ildə instagram sosial şəbəkəsindəki öz hesabında “Crystal hall"dakı konsertimə 6 ay qalıb. Yaradıcı işlər artıq yanvardan başlayıb, proses gedir. Mən isə özümü yenidən sıfırlayıb, başqa bir tərzdə görmək istəyirəm. Çünki qarşıma elə bir məqsəd qoymuşam ki, özüm-özümü on dəfə üstələməliyəm. Hər şeyə sağlamlığımdan başlamalıyam. Bunun üçün müxtəlif ölkələrə səfər etməliydim. Bu da məni yoracaqdı. Amma bir yaxınımın məsləhəti ilə burada qalıb, hər şeyə burada nail olacam.” sözlərini yazmışdır.[4] İlk öncə komandasını, geyim və musiqi tərzini dəyişən ifaçı bir müddət gözlərdən uzaqlaşmışdır. Nəticə olaraq, 2017-ci ildə işıq üzü görən "S.U.S." sinqlı mətbuatda "Aygün Kazımova geri qayıtdı" başlığı ilə təqdim edilmişdir.

Aygün Kazımova 2012-ci ildə sözləri meyxanaçı Vüqar Əbülova və musiqisi isə Hacı Nazimə aid olan "Gəl dönək evimizə" balladını ifa etmişdir. Lakin mahnının piyarı zəif olduğu üçün mahnı hit ola bilməmişdir. Amma buna baxmayaraq, pop-diva bu layihədə də meyxanaçı Vüqar Əbdülovla əməkdaşlıq etmişdir. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnı Gürcüstanın Tiflis şəhərində yerləşən "Bravo Records" adlı səsyazma studiyasında lentə alınmışdır. Mahnının musiqi prodüseri Stefan Mgebrişvili, baş prodüseri isə Aygün Kazımovadır. "S.U.S." Azərbaycan dilində səslənən bir pop mahnısıdır. 7 Sentyabr 2018-ci ildə "SS Production" tərəfindən Aygün Kazımovanın "Duy" adlı EP albomunda mahnının remake versiyası yayımlanmışdır. Mahnı 30 dekabr 2017-ci ildə "Soyuq əllər - isti ürəklər" xeyriyyə yarmarkasında Azad Azərbaycan radiosu 106.3 FM tərəfindən "Milli dalğa-2017" mükafatına layiq görülmüşdür.[5][6]

“Mən də bu klipi Azərbaycan xanımına yaraşdırmıram. Kim dedi ki, mən Azərbaycan qadınının obrazını canlandırmışam. Burada qadın taleyindən söhbət gedir. Nəinki Azərbaycan, heç bir qadına yaraşdırmıram, qıymıram. İstəmirəm və istəmərəm, arzu etmərəm.”[7][8]

Aygün Kazımovanın "Aygün Kazımova - 30 il" adlı konsert porqramından öncə "Qafqazinfo"ya müsahibəsi zamanı klip haqqındakı fikirləri

Musiqi tənqidçiləri və populyar ifaçılar mahnıya müxtəlif fikirlərlə yanaşmışlar.

  • Müğənni İradə İbrahimova mahnı haqqında “Sevildi bu mahnı, bu klip də çox sevildi. Mən çox sevdim bu mahnını, klipi də...Və orda Aygün xanımın əməlli başlı aktrisa kimi orda rolu var.”[9]
  • Xalq artisti bəstəkar-müğənni Tünzalə Ağayeva mahnı haqqında “Beyinlərdədir, dillərdədir. Jamiroquai, mənə xatırladan bir tərzdir.Jamiroquai çox sevirəm. Bu mahnını xüsusi bir diqqətlə dinləyirdim. Maraqlı mahnıdır mənim üçün. Aygün xanıma çox yaraşan bir mahnı oldu.”[10]
  • Müğənni Rəhim Rəhimli mahnı haqqında “Bu mahnı hitdir. Bu mahnı 100-də 100 hitdir. Bu mahnının aranjimanı, masterinqi möhtəşəmdir. Hər bir şeyi möhtəşəmdir.”[11]
  • Bəstəkar Gövhər Həsənzadə mahnı haqqında “Yenə etiraf edəcəyəm, mahnı Aygünü bu gün gündəmdə saxlamayacaq, Aygün Kazımova o mahnını gündəmə gətirəcək.”[12]
  • Müğənni Natəvan Həbibi mahnı haqqında “Mahnı çox qəşəngidir. Mənim üslubuma çox yaxındır, ona görə də, çox bəyənmişəm. Minorun üstündə ritmik mahnıdır. Bu mənim üslubuma çox yaxındır. Ona görə də bəyənmiyə bilməzdim. Mahnı özü qəşəngdir, ifa qəşəngdir, aranjiman superdir, klip bomba klipdir. Kim nə deyir desin.”[13]
  • Müğənni Səidə Sultan mahnı haqqında “ S.U.S. reperturına çıxanda Aygün xanımın, mən dedim ki, Aygün gəldi.”[14]
  • Müğənni Günay İbrahimli mahnı haqqında “ Səs-sədaya səbəb oldu, o görüntülər. Çox rəylər gəldi, daşladılar, tənqidlər oldu. Güzgü olaraq, təqdim edib ki, belə həyatlar da var. Bəli.”[15]
  • Bəstəkar-müğənni Murad Arif öz rəsmi twitter hesabında mahnı haqqında “ Etiraf edirəm ki, ilin 1 nömrəli klipi Aygünün "SUS" klipi oldu, sonra isə #PARTLAT… ”[16]
  • Teleqraf saytının müxbiri Arzu Murad layihəni şərh edərkən “ Aygün Kazımovanın 18 aclığı” başlığı ilə paylaşaraq, Aygün Kazımovanı kəskin şəkildə tənqid etmiş və "Xalq artisti" fəxri adına sahib bir ifaçıya yaraşdırmadığını bildirmişdir.[17]

Tanıtımı və musiqi videosu

[redaktə | vikimətni redaktə et]

Aygün Kazımovanın 22 sentyabr 2017-ci ildə baş tutan "Aygün Kazımova - 30 il" adlı solo konsertinin anonsunda mahnıdan istifadə edilmişdir. Anonsda “Azərbaycanın şou tarixinin sıfırlanıb, yenidən yazılmasının şahidi olacağıq” ifadəsi səslənən zaman, arxa fonda pop-divanın ifasındakı "S.U.S." mahnısından istifadə edilmişdir.[18][19] Aygün Kazımova mahnını ilk öncə "Aygün Kazımova - 30 il" adlı solo konsertində canlı ifa etmişdir. Baku Crystal Hallındakı çıxışı zamanı fransalı rejissor və xoreqraf Reda Bentifur mahnı üçün xüsusi şou qurmuşdur. Pop-diva konsertin sonunda mahnını ifa etmişdir. Səhnədə 11 rəqqasın müşayəti ilə təqdim etdiyi mahnının səhnə şousunda xoreqrafın özü də səhnədə məharətini nümayiş etdirmişdir. Rəqqaslarla rəqs elementlərini icra edən ifaçı, Rəşad Haşımovun başçılığı ilə Rast qrupunun müşayətində canlı ifası ilə diqqətləri özündə cəmləşdirməyi bacarmışdır. Pop artist mahnını Baku Crystal Hall səhnəsində Rüfət İsmayıl imzalı ağ rəngli libasda ifa etmişdir.

Aygün Kazımova 2017-ci ildə ənənəvi olaraq, Fəvvarələr meydanında “Nargis Fund”un təşəbbüsü ilə "Soyuq əllər - isti ürəklər" xeyriyyə yarmarkasında, Azad Azərbaycan radiosu ilə 106.3 FM tərəfindən həyata keçirilən "Milli dalğa-2017" mükafatlandırma mərasimində ifa etmişdir. Mükafatlandırma mərasimində "S.U.S." sinqlı "İlin Mahnısı" seçilmişdir.[20] Mükafatlandırma gecəsində Azad Azərbaycan TV MTRK-nın Radio qrupları üzrə vitse-prezidenti, 106 və 106.3. FM radiostansiyalarının direktoru Arzu Cəfərova mətbuata müsahibəsində “O layiqdir bu mükafata, gözəl konsert keçirilib o boyda Crystal Hall-da. Bu il Aygün Kazımovaya veriləcək "Milli dalğa" mükafatı.” sözlərini demişdir.[21] 2018-ci ilin 29 iyulunda mahnının rusca verisiyasını "Жара" musiqi festivalında təqdim etmişdir.[22] Mahnının rusca sözlərinin müəllifi Evgeniya Trubaçovaya aiddir.[23] Mahnı rusca "Пусть" adı ilə təqdim olunmuşdur. 1 dekabr 2018-ci ildə Baku Elektra Events Hall-da fransalı musiqiçi David Vendetta və gürcüstanlı prodüser-bəstəkar Kahaberi ilə verdiyi "Duy" adlı konsertində "Duy" adlı albomunu ve mahnının remake versiyasını təqdim etmişdir. "Duy" adlı konsertdə mahnı üçün italiyalı xoreqraf Francesca Lavecchia rəqs qurmuşdur. Aygün Kazımova mahnını səhnədə ifa edərkən konsertdə yerli və xarici rəqqaslarla birlikdə qurduqları şou ilə təqdim etmişdir. Daha sonra 2018-ci ildə hər il ənənəvi olaraq, Türkiyədə təqdim edilən Altın Kelebek mükafatlandırma mərasimində mahnının remake versiyasını ifa etmişdir.[24]

"S.U.S." üçün lentə alınan musiqi videosu gürcüstanlı Nestan Sincikaşvili tərəfindən Bakı şəhərində iki gün ərzində çəkilmişdir. Mahnıya klipi çəkən gürcü rejissor mətbuata açıqlamasında bu fikirləri bildirmişdir :

" “Əvvəla, Aygün Kazımovanın çox müsbət bir insan olduğunu və ən əsası gözəl və istedadlı bir aktrisa olduğunu söyləməliyəm. Mən onun işindən çox məmnunam ...”. Daha sonra rejissor klip haqqında “Hekayəmizə gəldikdə, mənə elə gəlir ki, tamaşaçılar videonun “görünüşü”ndən çox məzmunu barədə bir az düşünsəydilər yaxşı olardı ... SUS bütün qadınlar kimi, sevmək və sevilmək istəyən fahişənin hekayəsidir, lakin onun həyatı onun seçimində sərbəst olmağa imkan vermir... Qadın bir gənclə tanış olub aşiq olanda normal həyata qayıda bilməyəcəyini və nəyisə dəyişdirməyin gec olduğunu başa düşür... Bəlkə də həyatın çətinliklərinə dözməyə, təslim olmamağa və yoxuşlu yola getməməyə dəyər... Demək və göstərmək istədiyimiz budur...”[25] "

Klipdəki geyimlər yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının gecə tərzindən ilham alınaraq hazırlanmışdır. Geyimlər azərbaycanlı modelyer-dizayner Rüfət İsmayılın kolleksiyasındandır. Aygün Kazımovanın makiajını Ruxa ləqəbli Ruhəngiz Əliyeva etmişdir. Mahnının ilk tanıtımını Aygün Kazımova rəsmi instaqram hesabında klipdən bir foto paylaşaraq, “Bu da yeni oyun. Və dəyişilməyən oyunçu sizin Aygün. Tezliklə, "S.U.S."” şərhini yazmışdır.[26][27][28] Növbəti gün pop-diva instaqram hesabında klipin 20 saniyəlik tizerini paylaşmışdır.[29] Daha sonra klip tam olaraq, 27 avqust 2017-ci il tarixində Aygün Kazımovanın şəxsi YouTube hesabında təqdim edilmişdir. Klip YouTubeda təqdim edildikdən sonra 1 gün içində 100.000-dən çox baxış əldə etmiş[30] və Azərbaycan və Gürcüstanın YouTube Trendinə girmişdir.[31]

Klip Aygün Kazımovanın gecə yol kənarında qara kare parik saç, qısa cins şort və hündürdaban ayaqqabılarla prospekt boyu yürüyüşü ilə başlayır. Aygünün yoldan keçən avtomobilə yaxınlaşaraq, söhbət etməsi göstərilir. Avtomobildəki şəxs Aygünlə anlaşa bilmir və sürücü yoluna davam edir. İlk bəndin başlaması ilə kadrda Aygünün üzərində qara qısa ətək, qara köynək, tor corab və üzərindən uzun çəkmə geyinmiş tərzdə yaşadığı köhnə evin dəhlizindən gecəyə hazırlanması göstərilir və yaşadığı evin həyətindən asılmış güzgüdən özünə göz gəzdirir. Güzgüyə baxdığı görüntü sinqlın sosial platformadakı qapaq şəkli kimi istifadə edilmişdir. Ayna qarşısında özünə baxan Aygündən arxada arıq bir şəxs oturmuş və diqqətlə Aygünü izləyir. Aygün isə, ona əhəmiyyət vermədən yenə aynadan özünə çəki-düzən verir. Yaşadığı "155" nömrəli evin qapısından çıxarkən, divarda "Δ", "QF", "EQ" kimi işarələr yazılmışdır. Qapının qarşısında əyləşən və başında qara kələğayı olan qoca qadın Aygünü diqqətlə izləyir və onun arxasından tüpürür. Qoca qadının tüpürməsi ilə nəqərat balayır. Bundan sonra Aygün parkdakı və parkın kənarındakı kişiləri özünə cəzb etmək üçün müxtəlif hərəkətlər edir. Daha sonra yolun kənarında dayanan bir avtomobilə yaxınlaşır və avtomobilin arxa tərəfində oturan qoca, eynəkli və kostyum geyinmiş kişi ilə danışmağa başlayır. Həmin şəxslə razılığa gəlib, avtomobilə əyləşir. Növbəti kadrda ikilinin otelin dəhlizindən otel otağına yürüyüşü göstərilir. Otel otağında Aygünün stulların üzərinə uzanması və kişinin Aygünə yaxınlaşması göstərilir. Aygünün qoca kişidən qaçaraq, hamam otağına girməsi və qapını bağlaması və qoca kişinin qapını yumruqlaması göstərilir. Hamam otağında Aygünün ciddi baxışlarla güzgüdən özünə baxması və saçlarını düzəltməsi göstərilir. Hamam otağından gülərüz çıxan Aygün özünü otağın divarına söykəyərək, saxta təbəssümlərlə qoca kişiyə baxır. Kadr kişinin mayka ilə ekrana yaxınlaşması və Aygün yataqda uzanan zaman, kişinin yatağın üzərinə 400 $ (dollar) atması ilə bitir. Növbəti gecənin kadrlarında Aygün yenə prospekt boyu uzunsaçlı, qısa cins şort, zərli köynək və hündürdaban ayaqqabı ilə prospekt boyu avtomobillərə yaxınlaşır. Aygün yolun kənarında dayanan zaman, qara avtomobil Aygünə yaxınlaşır. Kadr avtomobili idarə edən "Əməkdar artist" Nicat Kazımovun Aygünlə danışması və Aygünün onun avtomobilə oturması ilə bitir.[32][33]

"Yaşlı kişi ilə olan səhnədən sonra özümə gələ bilmirdim. O rolda olmaq mənə çox pis təsir etmişdi. Burada söhbət Aygün Kazımovadan yox, bir obrazda cəmlənən minlərlə qadından gedir. Bilirəm ki, bu klipə baxanda çox xanımlar bir şeylər hiss edəcək, susacaq. Bu, yeganə peşədir ki, xoşbəxtlikdən seçilmir. Həmin səhnədən sonra çox ağladım, gözümün yaşı qurudu. Elə bir mövzudur ki, buna baxandan sonra hər kəs gərək doğrudan da, sussun."[34]

Aygün Kazımovanın "ATV Maqazin 10larla" verlişinə müsahibəsi.

Aygün və Nicatın otelə gəlməsi və ikilinin "isti" görütüləri kadrlarda göstərilir. İkinci bənd başlayan zaman Aygün yenə gecə yol kənarında dərin qara dekoltəli köynək, qısa cins şort, hündürdaban ayaqqabı və qara pariklə yeriyir. Yol kənarında dayanan zaman "Hyundai" markalı ağ avtomobil Aygünə yaxınlaşır, Aygün avtomobilin pencərəsindən sürücü ilə söhbət edir. Aygün avtomobilə əyləşir və avtomobil hərəkət edən zaman ikili söhbət edir. Sürücünün avtomobildə cinsi əlaqədə olmaq istəməsi, Aygünün razılaşmaması, ikili arasında mübahisəyə səbəb olur. Sürücü Aygünlə zorla münasibətdə olmaq istəsə də, Aygün sürücüyə çantası ilə vuraraq, avtomobildən qaçır və avtomobildəki şəxs yoluna davam edir. Aygün isə yoluna tədirgincəsinə davam edir. Növbəti kadrda Bakının mərkəzi küçələrinin birində, arxa fonda hicablı qadın iki uşaqla yeriyən zaman, Aygün üzərində ağ uzun paltar, gözündə eynək və saçları yığılmış tərzdə yolun sağ tərəfinə baxmadan qarşıya keçərkən, gənc oğlanın idarə etdiyi motosiklet Aygünə xəsarət yetirir. Motosikletçi pop-divanın 22 sentyabr 2017-ci il "Aygün Kazımova - 30 il" adlı solo konsertindəki gürcüstanlı rəqqas Nugo Shoniadır. Daha sonra Aygün və Nugo motosikletə əyləşərək, Bakı küçələrini dolaşır. Növbəti kadrlarda Bakı gecələrində Aygünün başında bandana və bəyaz paltarla sevgilisi Nugo ilə sevgi dolu görüntüləri göstərilir. Bundan sonra ikilinin yataqdakı görütüləri nümayiş etdirilir. Aygün sevgilisinin sinəsindən öpərək, yarıçılpaq halda hamam otağına gedir, ağlayır və gözündəki linzanı çıxardır. Telefonla sevgilisinin yatmış halda şəklini çəkir və ağlayaraq otağı tərk edir. Sevgilisi ilə qaldığı məkanı tərk edən Aygünün sorağı gecə klublarının birindən gəlir. Qəmgin halda viski içən Aygün, daha sonra avtomilinə əyləşir. Avtomobilini təhlükəsizlik kəmərini taxmadan idarə etməyə başlayır, ağlayaraq, pul qarşılığında yaşadığı xoş olmayan günləri, sevgilisi ilə tanış olduğu və yaşadığı sevgi dolu anları xatırlayır. Telefonla sevgilisinin yatmış halda çəkdiyi şəkilə baxan Aygünün başı avtomobilinin sükanına dəyir. O idarəetməni itirir və klip qəza səsi ilə bitir. Karlarda Aygün Kazımovanın ölməsi və ya sağ qalması göstərilmir.

Hit-parad göstəriciləri

[redaktə | vikimətni redaktə et]

Mahnı çıxış günü, yəni 27 sentyabr 2017-ci ildə iTunes Azərbaycanın bütün kateqoriyalarında 1-ci olmuşdur. Mahnı həmçinin "Deezer" musiqi platformasında Azərbaycan üzrə 1-ci yerə qədər yüksələ bilmişdir.[35] Mahnıya çəkilən klip YouTube üzrə Azərbaycanda 1-ci, Gürcüstanda 97-ci pilləyə yüksəlmişdir.[36] Mahnı ATV-nin həftəlik yayımladığı "ATV TOP 15" hit-paradında və Lider TV-nin yayımladığı "Lider TV Top 10" həftəlik siyahısında 1-ci olmuşdur.[37][38] Mahnı həmçinin "lyricstranslate.com" adlı mahnı sözləri axtarış saytında dünya üzrə birinci olmuşdur.[39] Mahnıya çəkilən klip Eurovision Fanlarının Beynəlxalq Şəbəkəsi, INFE Network-un keçirdiyi 'INFEVision' Video Müsabiqəsi 2017-də Azərbaycan Avroviziya Fan klubu INFE Azerbaijan-ı təmsil etmişdir.[40] Klip 14 ölkə arasında 6-cı olmuşdur.[41][42] Müğənninin 10 dekabr 2018-ci ildə Türkiyədə təqdim edilən Altın Kelebek mükafatlanıdrma mərasimində mahnının remake versiyasını ifa etməsi Türkiyənin "Shazam Music Charts" pilləsinə daxil olmuşdur. Mahnının remake versiyası 2020-ci ildə Türkiyənin "iTunes Pop Music" kateqoriyasında 134 pilləyə qədər yüksəlmişdir.

Mahnının dünya üzrə ilk yayımcısı "TiVi Media" şirkəti olmuşdur. Mahnı "Aygun Music" etiketiylə "TiVi Media" adı altında satışa çıxarılmışdır. Daha sonra Aygün Kazımovan "TiVi Media" ilə müqaviləyə xitam vermiş və "TiVi Media" ilə çalışdığı zaman təqdim etdiyi bütün sinql və albomları sosial platformalardan silmək məcburiyyətində qalmışdır. Aygün Kazımova "TiVi Media" ilə əməkdaşlığına son qoyaraq, başqa bir yayımcı şirkət olan, "WediaCorp Music"lə əməkdaşlıq etməyə başlamışdır. Mahnı uzun müddət musiqi platformalarında olmamışdır. Baş verən anlaşılmazlıq mahnının satış rəqəmlərinə çox böyük mənfi təsir göstərmişdir. "WediaCorp Music"lə əməkdaşlığına son qoyan ifaçı, "Baku CMS" partneri ilə çalışmaya başlamışdır. Əvvəlki hal yenə yaşanmış və ifaçının bütün albom və sinqlları rəqəmsal platformalardan silinmişdir. Bu proses aylarla davam etmiş və ifaçının diskoqrafiyası yenidən rəqəmsal mediada "Baku CMS" partnyor şirkətin etiketiylə yayımlanmışdır. Mahnı daha öncəki taleyini yenidən yaşamış və rəqəmsal platformalardan silinmişdir. 20 oktyabr 2021-ci ildə "Beat Music" etiketiylə satışa çıxarılmışdır.

Kompozisiyaları

[redaktə | vikimətni redaktə et]

Digital Single Version [43]

  1. "S.U.S." – 3:52

Digital Remake Version[44]

  1. "S.U.S. (Remake)" – 4:06

Siyahıda əksiklik var, tamamlamağa kömək edin.

Tarix Namizəd göstərilən iş Mükafat Nəticə
2017 S.U.S İlin mahnısı[45] Qazandı

Yaradıcı heyət

[redaktə | vikimətni redaktə et]
  • Söz: Vüqar Əbdülov
  • Bəstəkar: Stefan Mgebrişvili
  • Aranjiman: Aleko Berdzenişvili
  • Rejissor. Nestan Sincikaşvili
  • Operator: Levan Likiaşvili
  • Aktyorlar: Nugo Shonia, Nicat Kazımov
  • Style: Rüfət İsmayıl
  • Makiyaj: Ruxa
  • Saç: Umud
  • Fotoqraf: Kamran Aydınov
  • Direktor: Şahin Qurbanov
  • Menecer: Naid Şadxan
  • Musiqi prodüseri : Stefan Mgebrişvili
  • Baş prodüser : Aygün Kazımova

Mahnının çıxış tarixi

[redaktə | vikimətni redaktə et]
Ölkə Tarix Format(lar) Yayımcı şirkət
Dünya miqyasında 27 avqust 2017 Dijital yükləmə Tivi Media ("Aygun Music" adına)
Dünya miqyasında 7 sentyabr 2018 Dijital yükləmə Tivi Media ("SS Production" adına) (Remake Versiya)[46]
Dünya miqyasında 6 mart 2020 Dijital yükləmə "WediaCorp Music" ("Aygun Kazimova" adına)
Dünya miqyasında 8 iyun 2021 Dijital yükləmə "Baku CMS" ("Aygün Kazımova" adına)
Dünya miqyasında 20 oktyabr 2021 Dijital yükləmə "Beat Music" ("Aygün Kazımova" adına)
Siyahı Ən
yüksək
ATV Top 15 siyahısı[47] 1
Azerbaijani iTunes top 100 Songs[48] 1
Lider TV Top 10 siyahısı[49] 1
ATV maqazin onlarla "Hit parad"[50] 1
Deezer Top 10 Azerbaijan[51] 1
Youtubeda popular Azərbaycan - Top 100 [52] 1
Youtubeda popular Gürcüstan - Top 100 [53] 97
INFEVision Video Contest 2017 [54] 6
YouTube Azerbaijan Weekly Chart[55] 6
Shazam / Most Shazamed Songs Turkey [56] 267
Turkey iTunes Top 200 Songs [57] 137

Digər versiyaları

[redaktə | vikimətni redaktə et]

4 iyun 2021-ci ildə Gürcüstanın "Night Show Band" adlı musiqi qrupu mahnını gürcü dilində "Mənim ürəyim sənin ürəyindir" (gürcücə "ჩემი გული შენი გული") adı ilə təqdim etmişdir. Gürcü versiyasının sözləri mahnının bəstəkarı Stefan Mgebrişviliyə aiddir.[58][59]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. S.U.S. itunesdə Arxivləşdirilib 2017-09-14 at the Wayback Machine İstifadə tarixi: 18.05.2021
  2. Aygün Kazımova - S.U.S. (Discogs) Arxivləşdirilib 2021-02-26 at the Wayback Machine İstifadə tarixi: 12.05.2021
  3. Aygün Kazımovanın "Sus" klipi sosial şəbəkələrdə böyük əks-səda doğurdu - VİDEO Arxivləşdirilib 2021-06-06 at the Wayback Machine İstifadə tarixi: 06.06.2021
  4. "Xalq artisti hamam xalatında: "Özümü yenidən sıfırladım"". 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  5. "İlin ən yaxşı mahnısı seçildi". 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
  6. "Arxivlənmiş surət". 2018-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-01.
  7. Aygün Kazımova: “Məndən “küçük“ yox ha, kiçik sevgilim olub“
  8. "Aygün Kazımova: "Məndən "küçük" yox ha, kiçik sevgilim olub" - FOTO - VİDEO". 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  9. "İradə Ibrahimova Hit paradda Günay İbrahimliyə nələr dedi, Rəhimlə nəyi bölə bilmədi və kimi uzaqlaşdırdı". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  10. "Tunzale ve Aygun Kazimovanin Baki payizi qalmaqali, Nigar Camalin uzaqlasma sebebi ve Samir Cavadzadə". 2018-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  11. "Rəhim Röya ilə bitən dostluğundan, Günelə olan qəzəbindən, Kərimlə düşmənçiliyindən danışdı". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  12. Hit Paradin qonagi Govher Hesenzade calisdigi senetcinin sesini tanimadi ve gorun kimi uzaqlasdirdi
  13. "Natavan Həbibi Hit paraddan kimi uzaqlaşdırdı? Kimin ifasını plagiat adlandırdı?". 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  14. "Səidə Sultan Hit Paradın altını üstünə çevirdi. Manananı uzaqlaşdırıb digərlərinə nələr dedi". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  15. "Günay İbrahimli Xumar Qədimovanı Hit Paraddan uzaqlaşdırıb həmkarları haqqında görün nələr dedi". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  16. Murad Arif Twitterdə
  17. "Aygün Kazımovanın 18 aclığı - Video". 2017-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  18. ""Mən ayağa qalxdım, sükut pozuldu, canım..." - Aygün Kazımova". 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  19. Aygün Kazımova - 30 il! / 22 sentyabr / Baku Crystal Hall (Anons)
  20. "Aygün Kazımova keçən il nələr edib?". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  21. "Aygün Kazımova SUS hiti ilə "İlin Mahnısı" mükafatına layiq görüldü". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  22. "Айгюн Кязимова презентовала русскую версию мегахита «Sus» (ВИДЕО)". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  23. "Aygünün "Sus"unu bir də belə dinləyin - VİDEO". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  24. ""Altın Kelebek"in bir-birini həzm edə bilməyən Azərbaycan birinciləri - Aygün və Röya - FOTO - VİDEO". 2021-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  25. "Айгюн Кязимова ответила всем, кто осуждает ее за клип SUS – ФОТО – ВИДЕО". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  26. "Xalq artisti Aygün Kazımova "Sus" adlı yeni mahnısına çəkdirdiyi klipindən ilk görüntüləri yayıb". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  27. "ŞOK! Aygün Kazımovanın yataqda cavan oğlanla 18 GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  28. "Aygün Kazımovanın çılpaq oğlanla şok görüntüsü yayıldı (FOTO)". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  29. "Aygün Kazımova "fahişə" obrazında… – Fotolar Video". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  30. "Aygün bir gündə 100 min "qazandı" - video". 2017-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-31.
  31. Aygün zirvədə – VİDEO[ölü keçid]
  32. "Bu da Aygünün "fahişə" olduğu klip – Video". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  33. "Bu da Aygünün erotik klipi - Video". 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  34. "Aygün Kazımova qoca kişi ilə səhnədən danışdı: "özümə gələ bilmirdim, çox ağladım…"". 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  35. "Azerbaijan Deezer "Top 10 "". 2018-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  36. "Aygün Kazımova "İtunes" da birincidir - VİDEO". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  37. "ATV Top 15 siyahısı". 2018-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  38. "Lider Top 10 siyahısı". 2017-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.
  39. "Aygünün qalmaqallı klipi birinci oldu". 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  40. "Aygünün qalmaqallı klipi "INFEVision"da". 2019-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  41. "INFEvision Video Contest". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  42. INFEVision Video Contest - FInal
  43. Aygün Kazımova - S.U.S. (AllMusic) Arxivləşdirilib 2020-11-13 at the Wayback Machine İstifadə tarixi: 12.05.2021
  44. Aygün Kazımova - S.U.S. (Discogs) Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine İstifadə tarixi: 12.05.2021
  45. Aygün Kazımova SUS hiti ilə "İlin Mahnısı" mükafatına layiq görüldü Arxivləşdirilib 2021-02-06 at the Wayback Machine İstifadə tarixi: 06.06.2021
  46. "S.U.S. (Remake)". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  47. ATV Top 15 siyahısı Arxivləşdirilib 2018-02-04 at the Wayback Machine 13 noyabr 2017 tarixində yüksəlmişdir
  48. Azerbaijani iTunes top 100 siyahısı[ölü keçid] 27 sentyabr 2017 tarixində yüksəlmişdir
  49. Lider Top 10 siyahısı Arxivləşdirilib 2017-12-14 at the Wayback Machine 12 noyabr 2017 tarixində yüksəlmişdir
  50. ATV maqazin onlarla "HİT PARAD" Arxivləşdirilib 2018-05-29 at the Wayback Machine 19 noyabr 2017 tarixində yüksəlmişdir
  51. Deezer "Top 10 " Arxivləşdirilib 2018-05-30 at the Wayback Machine 27 sentyabr 2017 tarixində yüksəlmişdir
  52. Youtubeda popular Azərbaycan - Top 100 Arxivləşdirilib 2018-05-29 at the Wayback Machine 29 avqust 2017 tarixində yüksəlmişdir
  53. Youtubeda popular Gürcüstan - Top 100 Arxivləşdirilib 2018-05-29 at the Wayback Machine 1 sentyabr 2017 tarixində yüksəlmişdir
  54. INFEVision Video Contest 2017 Arxivləşdirilib 2021-03-05 at the Wayback Machine dekabr 2017 tarixində yüksəlmişdir
  55. YouTube Azerbaijan Weekly Chart 2017 tarixində yüksəlmişdir
  56. Shazam Most Shazamed Songs Turkey Arxivləşdirilib 2022-10-01 at the Wayback Machine 14 dekabr 2018 tarixində yüksəlmişdir
  57. Turkey iTunes Top 200 Songs 27 iyun 2020 tarixində yüksəlmişdir
  58. გელა გნოლიძე & ღამის შოუს ბენდი | ჩემი გული შენი გული Arxivləşdirilib 2021-06-05 at the Wayback Machine İstifadə tarixi: 06.06.2021
  59. Aygün Kazımovanın "Sus"u gürcü dilində - Video Arxivləşdirilib 2021-06-06 at the Wayback Machine İstifadə tarixi: 06.06.2021