Sərxan Quliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sərxan Quliyev
Ölkə Azərbaycan Azərbaycan
Doğum tarixi (56 yaş)
Doğum yeri Aşağı Mollu, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
Titulu qrosmeyster (1995)
Son reytinqi 2416 (avqust 2016)
Maksimal reytinqi 2537 (iyul 2003)
FİDE nömrəsi 13400231

Quliyev Sərxan Babaş oğlu (1 aprel 1968, Aşağı Mollu, Qubadlı rayonu, Azərbaycan SSR) — Azərbaycan şahmatçısı. Beynəlxalq dərəcəli qrosmeyster (1995).

Sərxan Quliyev 1968-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1985-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuş və 1992-ci ildə oranı bitirərək mühəndis-iqtisadçı ixtisasına yiyələnmişdir. Rusiya Dövlət Bədən Tərbiyəsi Akademiyası yanında Ali Məşqçilər Məktəbində (1995–96) təhsil almış, 1996-cı ildə oranı bitirərək "Ali dərəcəli məşqçi" rütbəsini almışdır. 1997-ci ildə isə həmin Akademiyanın şahmat kafedrasında aspiranturaya qəbul olunmuş və eyni zamanda orada müəllim işləmişdir. 1995-ci ildə Beynəlxalq qrosmeyster rütbəsinə yiyələnmişdir. Moskva-1994, Elista-1998 ümumdünya şahmat olimpiadasında və Pula-1997 Avropa komanda birinciliyində Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Sonra Veloreçensk–1991, Fridik-Mistik–1992, Çessko-Budoyovistsa–1992, Minsk-1994, Vladivostok–1994, Moskva–1995, Tehran–1999, 2000, İzmir–2000, Bakı–1994-cü il beynəlxalq yarışlarının qalibi olmuşdur. Sərxan Quliyev 17 dəfə müxtəlif səviyyəli yarışlarda Azərbaycan yığma komandasının tərkibində çıxış etmişdir.

O, Türkiyə və İran milli yığma komandasının baş məşqçisi vəzifəsində də işləmişdir.

“Mənim 50 partiyam (namizədlikdən qrosmeysterliyədək)” (Moskva, 1997, rus dilində), “Şahmat. Dərs vəsaiti” (Moskva, 2001, rus dilində; həmmüəllif), “Standart şahmat sonluqları” (Bakı, 2002), “Nümunəvi vəziyyətlər” (Tehran, 2005, fars dilində), “Şahmat oyununun ideyası” (Moskva, 2012, rus dilində), “Klassik şahmat irsi” (Ankara, 2012), “Vladimir Kramnik - 14-cü dünya çempionunun seçmə oyunları” (Moskva, 2015), “Veselin Topalov - keçmiş dünya çempionunun seçmə oyunları” (Moskva, 2016) və s. kitabların müəllifidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]