Səlcuq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Səlcuq bəy (d. 901 — ö. 1007, 1009), Böyük Səlcuqlu Dövlətinə adı verilən şəxs. Adının Kaşğaridə keçən şəkli Səlcuq (سلجك) şəklindədir.

Səlcuq bəy
türk. Selçuk Bey
türkm. Seljuk beg Dukak
Doğum tarixi
Vəfat tarixi 1007-1009
Vəfat yeri Cənd şəhəri
Uşaqları Mikayıl, Arslan Yabqu, Musa Yabqu,Yusif Yabqu
Atası Dukak bəy
Fəaliyyəti hərbi lider[d]
Səlcuq bəyə aid olduğu düşünülən və İranda tapılan bir heykəlin başı. Nyu York Sənət Müzeyində sərgilənir.

Səlcuq bəy Oğuz türklərinin Qınıq boyuna mənsubdur. Atası Dukak bəy Oğuz Yabqu Dövlətinin ordu komandanı[1] və söz sahibi bir bəy idi.

Atası Dukak bəyin ölümündən sonra Oğuz dövlətinin hökmdarı Yabqunun yerinə iddiada olur[2]. Bunun ardından Səlcuq bəy özünə bağlı olan bəylərlə və ailələrlə birlikdə Oğuz dövlətinin qışlıq mərkəzi Yenikənddən Cənd şəhərinə gəlir və burada məskunlaşır. Bu hadisədən sonra Səlcuq bəy toplanan bir məclisdə İslam dininə keçmə qərarı alır[3]. Məhz bu tarixi hadisədən sonra İslamı qəbul etmiş oğuz türkləri Türkmən adlandırılmağa başlayır[4].

XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər böyük bir ərazidə İmperatorluq quran Səlcuq Bəyin oğulları: Mikayıl, Arslan Yabqu, Musa Yabqu nəvələri: Qutalmış, Çağrı bəy, Toğrul bəy, nəticələri Süleymanşah, Alp Arslan, Kavurd bəy və başqaları bir neçə dövlət qurmuşdurlar: Böyük Səlcuq Dövləti, Anadolu Səlcuq Dövləti (Rum Sultanlığı), Kirman Səlcuqları, Suriya Səlcuqları.

  1. ^ Kaşgarlı Mahmut. B. Atalay (Ed.). Dîvanü'l Lügati't-Türk (1939–1941 bas.). Ankara.
  2. ^ Mirhand (1339). "4". Tarih-i Ravzatü's-Sefâ. Tahran: Mir Muhammed bin Seyyid Burhaneddin. s. 236
  3. ^ Ebu Ferec, Gregory (1945). Ebu'l Ferec Tarihi. Ömer Rıza Doğrul tarafından çevrildi (1945 bas.). Türk Tarih Kurumu.
  4. ^Sümer, Faruk (1972). Oğuzlar, Türkmenler : tarihleri, boy teşkilâtı, destanları (İkinci bas.). Ankara: Ankara Üniversitesi Basımevi. ISBN 9754981302.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]