Səhləb
Səhləb | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Səhləb |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Səhləb (lat. Orchis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Gövdəsinin orta hündürlüyü 10-50 sm arasında dəyişir. Yarpaqları geniş, yaxud xətti geniş lanset şəklində olur. Çiçəkləri uzun sünbülşəkilli hamaşçiçək formasında purpur və bənövşəyi rəngdə olur. Çiçəkləmə dövrü aprel ayından avqust ayına qədərdir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda, eləcə də Rusiya və Ukraynada bəzi növləri qırmızı kitaba düşüb.
Maraqlı məlumatlar
[redaktə | mənbəni redaktə et]Britaniya alimləri dünyada olan ən balaca səhləb çiçəyini aşkar ediblər. Gülün ölçüsü cəmi 2,1 millimetrdir. Onun yarımşəffaf ləçəkləri bir qat hüceyrədən ibarətdir.
Aşkarlama tam təsadüfən baş verib – kiçik bitki Andın şərq hissələrindən gətirilmiş özünün ən iri kolleqalarının kökündə ilişib qalıb.
Hələ ki, yeni növ ad almayıb. Alimlər müəyyənləşdiriblər ki, aşkarlanmış səhləb Platystele cinsinə aiddir, Platystele jungermannioides növü 1912-ci ildə aşkarlanmış ən kiçik səhləbin adını daşıyır.
Son 100 ildə bu çiçəyin təqribən 1000 yeni növü aşkar olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 405. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 939.