Səfəvi Gürcüstanı
Bəylərbəyiliyi | |||
Səfəvi Gürcüstanı | |||
---|---|---|---|
ولایت شیروان | |||
|
|||
|
|||
|
|||
Paytaxt | Tiflis | ||
Rəsmi dilləri |
Azərbaycan dili Fars dili Gürcü dili |
||
Dövlət dini | islam | ||
İdarəetmə forması | monarxiya |
Səfəvi Gürcüstanı və ya Gürcüstan vilayəti — Səfəvi imperiyasının indiki Gürcüstan ərazisində yerləşən vilayətlərindən biri. Vilayət əsasən imperiyaya tabe etdirilmiş iki şərqi Gürcüstan krallıqlarından - Kartli və Kaxetidən, qismən də Mesxeti atabəyliyi[a] torpaqlarından təşkil edilmişdi. Tiflis şəhəri bu vilayətin inzibati mərkəzi olmaqla birlikdə, həm Kartli çarlarının taxtının yerləşdiyi yer, həm də vilayətdəki Səfəvi hakimiyyətinin əsas dayaq məntəqəsi idi. Bura da həmçinin önəmli Səfəvi zərbxanalarından biri də yerləşməkdə idi.
Bölgədəki Səfəvi hakimiyyəti müxtəlif zamanlarda Baqrationi sülaləsindən olan kraliyyət ailəsi nümayəndələrinin taxt-taca təyin edilməsi və ya taxt-tacdan məhrum edilməsi yolu ilə tənzimlənirdi. Bəzi vaxtlarda bu hakimlər şiəliyə də keçirdi və onlar xan ya da vali[b] kimi təyin edilirdilər. Şərqdəki gürcü krallıqları XVI əsrin əvvəllərində Səfəvi imperiyasına tabe etdirilmişdilər, bu zaman onların hökmdarları din dəyişdirməmişdi. Şah İsmayılın dövründə Tiflisdə qızılbaş ordusu saxlanılırdı, lakin iki tərəfli münasibətlər əsasən ənənəvi vassallıq prinsiplərinə əsaslanmaqda idi. XI Davud (David) 1562-ci ildə Kartli taxtına Səfəvi şahı I Təhmasib tərəfindən təyin olunmaqla birlikdə, Səfəvi şahları tərəfindən bu vəzifəyə təyin edilmiş ilk gürcü kralı oldu. Onun bu təyinatı təxminən iki əsirdən çox davam edəcək Səfəvi hakimiyyətinin simvolu hesab edilə bilər. Bu zaman ərzində Səfəvi mədəniyyətini də indiki Gürcüstanın şərqində dominant olmuşdur.
I Təhmasibin (1524-1576) hakimiyyəti dövründə etibarən bu vilayətin əhəmiyyəti daha da artdı. Bir çox Kartli və Kaxetiyadan olan etnik gürcü Səfəvi imperiyasının müxtəlif dövlət orqanlarında çalışma şansı əldə etdilər. Kişilərlə yanaşı bir çox qadın da şahların və digər rəhbər təbəqənin hərəmlərinə girməyi bacardı. Gürcüstan vilayəti imperiyanın ucqarında və sərhədində yerləşdiyi üçün digər vilayətlərlə müqayisədə daha çox muxtariyyətə sahib idi. Onunla muxtariyyət məsələsində yalnız imperiyanın cənub-qərbində yerləşən Ərəbistan (müasir Xuzistan) bölgəsi müqayisə edilə bilər. Gürcüstan vilayəti Səfəvi inzibati sistemində hakimlərinə davamlı olaraq vali titulunun verildiyi 4 vilayətdən biri idi.
Tarixi
[redaktə | vikimətni redaktə et]XVI əsr
[redaktə | vikimətni redaktə et]İlk Səfəvi hökmdarı Şah İsmayıl (1501-1524) Kartli və Kaxeti krallıqlarını 1510-cu illərin əvvəllərində özünün vassalı etdi.[1] Lakin o, bu zaman hakimyyətini müasir İran bölgəsində möhkəmləndirməyə yönləndiyindən burada öz hakimiyyətini daha da gücləndirməklə məşğul olmadı. O, dəfələrlə Gürcüstana yürüşlər etdi, xüsusən 1518-ci ildə həyata keçirdiyi yürüş fərqlənirdi. Bu yürüş nəticəsində o, yenidən gürcü hakimlərini özünün vassalı etdi və 1522-ci ildə Tiflisdə qızılbaş ordusundan ibarət qarnizon yerləşdirildi. Lakin əsl Səfəvilər tərəfindən təyin edilən hakimlər sisteminin yaradılması onun oğlu və varisi I Təhmasibin dövründə reallaşdı.[2][3]
I Təhmasib Gürcüstanı imperiyaya inteqrasiya etmək üçün mühüm addımlar atdı. Onun Kartli hakimi I Luarsaba qarşı həyata keçirdiyi 4 yürüş (1540–1541, 1546–1547, 1551 və 1553–1554) Kartlinin yenidən ələ keçirilməsi ilə nəticələndi. Həmçinin 1551-ci ildə Tiflisdə daimi olaraq qızılbaş ordusu yerləşdirildi.[2][4][2] Bu yürüşlərin mərkəzi-şərqi Gürcüstan bölgəsində Səfəvi hakimiyyətini möhkəmləndirməkdən savayı nəticəsi,[5] imperiyanın mərkəzinə çox sayıda gürcü müharibə əsirlərinin aparılması oldu.[2] Bu əsirlər sonradan dövlət idarəetməsinə daxil olmağa başladılar və nəticədə türklərlə dövlət idarəetməsində rəqabət edəcək yeni bir qüvvə meydana çıxdı.[c]
1551-ci ildə Səfəvi imperiyası Mesxeti atabəyliyinin şərq hissələrini də ələ keçirdi..[6][7] 1555-ci ildə, yəni I Təhmasibin hakimiyyəti dövründə qonşu Osmanlı imperiyası ilə Amasya sülh müqaviləsi imzalandı. Sülh müqaviləsinin şərtlərinə görə, şərqi Gürcüstan (Mesxetinin şərqi də daxil olmaqla) Səfəvi imperiyasının tərkibində qaldı, Gürcüstanın qərbi isə (Mesxetinin qərbi də daxil olmaqla) Osmanlı imperiyasının əlində qaldı.[8] I Təhmasib bu bölgənin imperiyaya inteqrasiya etməsi üçün müxtəlif siyasətlər tədbiq etdi.[2] Həmçinin onnu dövründə ilk kukla hökmdar Davud xan (1569-1578) Tiflis taxtına çıxarıldı.[2] O, islamı qəbul etmiş və Davud xan adını almışdı, bundan əvvəlki adı isə David idi. Bu hadisələrlə birlikdə təxminən bölgədə qısa fasilələrlə 250 il davam edəcək qızılbaş hakimiyyətinin əsası qoyuldu.[2][9]
1559-cu ildə Azərbaycan bəylərbəyliyinə ilk vilayət vəziri təyin edildi. O, Gürcüstan torpaqlarına, habelə Şirvana və Şəkiyə də nəzarət etməli idi.[10] Bu, bəylərbəyilik vəzirləri və ya digər adları ilə şahlıq vəzirləri vəzir-e koll titulu daşıyırdılar və təlimatı yerli hakimlərdən yox, birbaşa şah sarayından alırdılar.[10] Səfəvi imperiyasının bu dövrdəki əsas rəqibi Osmanlı imperiyası Qafqazın şərqini ələ keçirmək üçün 1578-ci ildə Gürcüstan mülklərini ələ keçirdi. Buna cavab olaraq, Səfəvi hakimiyyəti həbsdə saxladıqları üsyançı gürcü hakimi Şahnəvaz xanı (I Simon) həbsdən azad edərək, onun qızılbaşlara qatılaraq Osmanlıya qarşı döyüşməsini planladılar.[d] O, Osmanlı ordusuna qarşı Kartli ərazisində uğurlar əldə edə bilsə də, sonda onların əlinə keçdi və İstanbulda əsirlikdə öldü.[2] 1580-1581-ci ildə Səfəvi hakimiyyəti topçubaşı Murad xanın komandanlığı altında Gürcüstana top düzəldənlərlə, müəyyən materiallarla birlikdə dəstə göndərərək burada top hazırlanmasını təmin etməyə çalışdılar. 1582-ci ildən etibarən Səfəvi imperiyası Mesxetinin bir hissəsinə nəzarət edirdilərsə, Osmanlı ordusu Gürcüstanın şərqinin böyük hissəsinə nəzarət edirdilər.[11] Osmanlı ordusuna müqaviməti sonuna qədər davam etdirməkdə uğursuz olan Mesxeti hakimi II Manuçar Səfəvi hakimiyyətini qəbul edərək, onların sarayına getdi və burada 1614-cü ilə, yəni ölümünə qədər yaşadı..[12] 1578-ci ildə başlayan və Səfəvi imperiyasının ağır məğlubiyyəti ilə nəticələnən müharibəni bitirən 1590-cı il İstanbul sülh müqaviləsinə görə Səfəvi imperiyası bütün Gürcüstanın itirilməsi faktı ilə barışmalı idi və oranı Osmanlı mülkü kimi tanıdı.[13][2]
XVII əsr
[redaktə | vikimətni redaktə et]I Şah Abbasın dövründə Səfəvi imperiyasında etnik gürcülərin mövqeyi əvvəlki ilə müqayisədə gücləndi. 1595-ci ildə Kartlidən etnik gürcü olan və əsil soyadı Undiladze olan Allahverdi xan Səfəvi imperiyasında güclü şəxslərdən birinə çevrildi.[14] XVI əsrin sonlarına doğru getdikcə orduda nüfuzlu hərbi qruplaşma təşkil edən gürcülər Səfəvi ordusunun ənənəvi dayağı olan qızılbaşlar üçün böyük təhlükəyə çevrildilər.[2] Eyni zamanda, Səfəvi sarayında gürcülər bir-birləri ilə yanaşı, çərkəz həmkarlarına qarşı da nüfuz uğrunda mübarizə aparırdılar. Gürcülərin qüvvə kimi ortaya çıxarılmasında və qızılbaşlata qarşı qoyulmasında Şah Abbasın qızılbaş tayfa başçılarına qarşı mərkəzləşdirmə siyasətinin xüsusi önəmi var idi.[15] Bütövlükdə, I Abbasın əyalətlə bağlı siyasətini bu ərazinin Səfəvi imperiyasına tam inteqrasiyası üçün əvvəlki səylərin davamı kimi qiymətləndirmək olar.
XVII əsrin əvvəllərində Şah Abbas Osmanlı imperiyasını dəfələrlə məğlub etdi və Gürcüstanın şərqində Səfəvi hakimiyyətini yenidən bərqərar etdi. 1605-ci ildə Kaxetiyada müqavimət mövcud idi. Beləki, üsyançılar Səfəvipərəst hakim Konstantin xanı devirdilər, lakin I Abbas öz tələblərini Kaxetiyanın yeni hakimi Teymuraz xana qəbul etdirə bildi.[16][2] Eyni zamanda, o, II Luarsabı (Lohrasp) Kartlinin valisi təyin etdi. Lakin II Luarsab I Abbasın islamı qəbul etmə tələbini rədd etdikdən, Səfəvi əleyhinə fəaliyyətə başladıqdan sonra Səfəvi şahı tərəfindən Astrabada çağırıldı və bir qədər sonra Şirazda edam edildi.[2]
1607-ci ildə I Abbas III Manuçarı şərqi Mesxetinin hakimi təyin etdi.[13] 1613-1614-cü illərdə şərqi Mesxetidəki Səfəvi hakimiyyəti yenidən bərpa edildi.[12] 1614-1617-ci illərdə I Abbas öz vassalları Lohraspın və I Teymurazın itaət etməmələrinin şahidi olduqdan sonra Gürcüstanın bu bölgələrinə böyük cəzalandırma yürüşləri həyata keçirdi. Bu yürüşlər nəticəsində Tiflis yağmalandı, ətraf bölgələr dağıdıldı və on minlərlə insan qırğına məruz qaldı, eyni zamanda yüz minlərlə etnik gürcü imperiyanın iç bölgələrinə sürgün edildi.[17][18] Bu deportasiyalar imperiyanın iç bölgələrində etnik gürcü mühacirlərin sayının artmasına səbəb oldu. Bu zaman I Abbas Baqrat xanı Kartlinin, Bektaş xan Türkmanı da Kaxetiyanın hakimi təyin etdi.[19] 1619-cu ildə I Abbas Baqratın oğlu olan, İsfahanda doğulmuş və Səfəvi şahlarına sadiq olduğu qəbul edilən Səmayunu xan rütbəsi verərək Kartli hakimi və yenə Baqrationi sülaləsindən olmayan qızılbaş Səfəvi sərkərdəsini Kaxetiya hakimi təyin etdi.[20] Bu təyinat üsulu ilə, yəni bir yerli sülalədən, bir də dövlətin dayağı hesab edilən qızılbaş sərkərdələrindən təyinat edilməklə bölgənin imperiyaya sadiqliyini təmin etmək planlanırdı.[2][21] Bundan başqa, bir qədər əvvəl olan böyük üsyanların birdə təkrarlanmaması və bölgədə mərkəzi hakimiyyətin gücünü möhkəmləndirmək üçün bölgəyə xeyli sayda qızılbaş-türk tayfaları köçürüldü.[22] 1610-cu illərin ortalarından etibarən Kaxetiya tez-tez qızılbaş sərkərdələrinin birbaşa hakimiyyəti altında oldu.[23]
1620-ci il ərəfələrində Abbas 8 min yəhudini və 40 min ermənini Gürcüstan vilayətindən yeni saldırdığı Fərəhabad şəhərinə köçürtdü.[24] Bu illərdə o, ümumilikdə 15 min ailəni Qafqazdan Mazandaran vilayətinə yerləşdirmişdi.[25][e] 1624-1625-ci illərdə bundan əvvəl I Abbas tərəfindən sadiq olacağı güman edildiyinə görə Mesxeti hakimi təyin edilən III Manuçar Kartliyə gedərək Murav bəyin (Georgi Saakadze) Səfəvi hakimiyyətinə qarşı yönəlmiş üsyanına qatıldı.[26] Bir müddət sonra Mesxetidən uzaqda olarkən Osmanlı hakimiyyətini qəbul etmək qərarına gəldi.[26] Lakin 1625-ci ildə Mesxetiyə dönüb bölgənin qərb torpaqları üçün (Osmanlı hakimiyyətində idi) danışıqlar aparmaq istəyərkən öz əmisi tərəfindən öldürüldü.[26] Nəticədə Osmanlı imperiyası Mesxetinin qərbini paşalıq elan edərək öz torpaqlarına birləşdirdilər.[27] Səfəvilər isə şərq bölgələrinə nəzarət etməkdə davam edirdilər.[28] Bu 1629-cu ildə I Abbasın ölümündən sonra da davam etdi.[2] Vali Xoxrov Mirzənin hakimiyyəti dövründə bölgədə sülh və sabitlik hökm sürdü. Öz sadiqliyinin qarşılığında I Abbasın varisi I Səfi ona Rüstəm xan adı verdi və Kartlinin hakimi təyin etdi. O, bu vəzifəni 20 ildən çox müddətdə icra etdi. Kaxeti isə birbaşa Səfəvi hakimiyyətində qaldı.[2]
Rüstəm xan övladı olmayan bir dul idi və buna görə də, bir arvada, uşağa ehtiyyacı var idi. Səfəvi şahı I Səfi ilə məsləhətləşdikdən sonra ona Meqreliya (Gürcüstanın qərbindəki krallıq) hakimi II Levan Dadianinin bacısı Mariamla evlənməsinə icazə verildi.[29][30] Bu evlilik Rüstəm xanın və Səfəvi dövlətinin siyasi istəkləri ilə çox uyğun idi.[29][30] Çünki bu evlilik I Teymuraza və İmereti hökmdarı III Georgiyə qarşı Rüstəm xanı Meqreliya ilə müttəfiq etməkdən başqa, gələcəkdə Səfəvilərin Meqreliyanı işğal etmələrinə də yardım edə bilərdi.[29][30] Bu o zamanlar İmereti üzərində müharibə vəziyyətində olduqları Osmanlılara qarşı bir kampaniya lazım olsa, mükəmməl şərait yaradacaqdı.[29][30] I Səfi evlilik hədiyyələri ilə birlikdə, Meqreliya hakiminətəxminən 50.000 marçil (təxminən yarım ton gümüş) göndərdi.[29] Həmçinin ona min tümən (bir tümən 3 qram gümüş idi) maaş da verməyə başladı. Bununla da, meqreliyalılarla ittifaqın əsası beləcə qoyuldu. Bu evlilik hazıllıqları imeretiyalıların təlaşlanmalarına səbəb oldu.[30] Bəy tərəfinin ordusu 30 min gücündə döyüşçüdən ibarət idi və Levanın dəstəsi ilə görüşmək üçün hərəkət edirdi. İmeretili III Georgi Kartli ilə olan sərhədi blokladı və Rüstəm xanın toy karvanını ətrafdan dolaşmaqla Axaltsıx tərəfdən getməsinə səbəb oldu..[29][30] Həmçinin o, Levan Dadianinin də yolunu kəsdi, lakin Bağdadinin yaxınlığındakı Kaka körpüsü yaxınlığında baş vermiş döyüşdə məğlub edildi.[30]
1639-cu ildə Zuhab müqaviləsi ilə Səfəvi-Osmanlı arasındakı 1623-1629-cu illər müharibəsi sonlandı. Bu müqavilə əsasənda Qafqaz yenidən Səfəvi və Osmanlı imperiyaları arasında bölündü. Bu bölünmənin şərtləri təxminən Amasya sülh müqaviləsinin şərtləri ilə üst-üstə düşürdü. Kartli və Kaxetiya yenidən Səfəvi hakimiyyəti altındakı torpaqlar kimi qəbul edildi, lakin Samtsxe-Mesxetinin həm şərqi, həm də qərbi Osmanlı hakimiyyəti altına keçdi və bu sona qədər belə də davam etdi.[12]
1654-cü ildə II Abbas (1642-1666) Kartli birbaşa xassə torpaqlarına çevrildi və beləliklə də, burada Səfəvi vergi sistemi tədbiq edildi.[31][32] Dövlətin birbaşa vergiləndirdiyi torpaqların sayı bu dövrdə özünün zirvəsinə çatdı. Həmçinin II Abbasın hakimiyyəti dövründə də Gürcüstanın şərqinin bir hissəsini - Kaxetini köçəri türklərlə məskunlaşdırmaq planı davam etdirildi.[31] Bu siyasət 1659-cu ildə ümumi üsyanın başlaması ilə nəticələndi. Üsyançılar köçürülənləri qovmaqda uğurlu olsalar da, Səfəvi şahının suverenliyini qəbul etməkdə davam edəcəklərini bildirdilər.[2] 1675-ci ildə I Süleyman tərəfindən Tiflis şəhərinin ətrafına müdafiə divarları tikildi.[33][34]
XVIII əsr
[redaktə | vikimətni redaktə et]1701-ci ildə Tiflisdəki topçulardan biri Tiflis qalasındakı topçuların vəkil topçubaşısı təyin edildi.[35] İsfahanda doğulmuş və böyümüş, özünün Səfəvi imperiyasına sadiq xidməti ilə bilinən İmamqulu xan (II David) 1703-1709-cu illərdə Kaxetidə valilik etdi. Onu bu vəzifəyə təyin edən Şah Sultan Hüseyn (1694–1722) idi. Onun bu vəzifəyə təyin edilməsində İsfahanda yaşayan atası Nəzərəəli xan (II İrakli) mühüm rol oynamışdı. O, İsfahanda yaşadığına görə bu vəzifəni oğlu İmamqulu xan yerinə yetirirdi.
1709-cu ildə atasının ölümündən sonra o, rəsmən Kaxetidə rəsmən yeni Səfəvi valisi təyin edildi. Lakin 1715-ci ildə valiliyi in absentia şəraitində yerinə yetirməyə məcbur oldu, çünki İsfahandakı sarayda qalmağa məcbur edilmişdi.[36] Kartlinin qərbind isə hakimlik iki uğurlu valiyə həvalə edilmişdi və hər ikisində imperiyanın fərqli bölgəsində xidmət etdikləri üçün faktiki olaraq in absentia şəraitində idilər. Bunlar II Şahnəvaz xan və Keyxosrov idi. Buna görə də, 1703-1714-cü illərdə bölgədəki faktiki hakimliyi canişin sifəti ilə Şahqulu xan (Levan) və Hüseynqulu xan (VI Vaxtanq) icra etməkdə idi.
1712-1719-cu illərdə Hüseynqulu xan İsfahanda qalmağa məcbur edilmişdi və Səfəvi şahı Kartlinin hakimliyini başqalarına vermişdi. Onların arasında Əliqulu xan və Bakar Mirzə var idi. 1719-cu ildə Səfəvi hakimiyyəti 1716-cı ildən bəri fərqli yüksək vəzifələr icra etmiş Hüseynqulu xanı Gürcüstana göndərmək qərarına gəldi.[37] Ona verilən tapşırıqdan biri Ləzgi üsyanını yatırmaqdı. Kaxeti hakiminin, habelə Şirvan bəylərbəyinin də yardımı ilə Hüseynqulu xan ləzgilərin üsyanını durdurmağı bacardı.[37] Lakin 1721-ci ilin qışında, yəni bu yürüşün həlledici məqamında o, geri çağırıldı.[37] Bu geri çağırılma Fətəli xan Dağıstaninin vəzifədən salınmasından sonra baş vermişdi və səbəbi o idi ki, şah sarayındakı xədim hərəm fraksiyası şahı inandırmışdılar ki, üsyanın uğurlu şəkildə yatırılması Səfəvi imperiyası üçün sonda daha pis nəticələnəcək, nəinki yatırılmaması. Onların fikrincə, bu, Səfəvi vəlisi Vaxtanqa (Hüseynqulu xana) Səfəvi dövlətini fəth etmək niyyəti ilə Rusiya ilə ittifaq yaratmağa imkan verəcəkdi.[37] Bundan qısa müddət sonra ləzgilər Şirvanı ələ keçirdilər və vilayətin paytaxtı olan olan Şamaxını yağmaladılar. Bu yağmalama zamanı şəhərdə olan rus tacirləri də xeyli ziyan gördülər. 1722-ci ildə İmamqulu xan vəfat etdi və Qumda dəfn edildi. Sultan Hüseyn onun qardaşı Mahmudqulu xanı (II Konstantin) Kaxetinin yeni hakimi təyin etdi.
1722-ci ildə İsfahan şəhəri əfqanlar tərəfindən mühasirəyə alındığı zaman Hüseynqulu xan mərkəzdən gələn əmrlərə itaət etməkdən imtina etdi və yardım üçün ordu göndərmədi.[38] Bu zaman Rusiya yaranmış şəraitdən istifadə etdi. Səfəvi imperiyasının süqut ərəfəsinə girməsi ilə onlar yürüşə başladılar. Bu yürüş nəticəsində imperiyanın Xəzər sahilindəki bölgələri ilhaq edildi. Vəziyyətdən yararlanmaq qərarına gəlmiş bir digər dövlət isə Osmanlı imperiyası idi. Onlar Gürcüstanın şərqi ilə birlikdə, Rusiya tərəfindən ələ keçirilmiş torpaqların qərbindəki bölgələri ələ keçirdilər.[39] Bu iki dövlət arasında imzalanmış İstanbul müqaviləsi ilə bölgədəki Səfəvi torpaqları paylaşdırıldı. Gürcüstan yenə Osmanlı imperiyasının əlində qaldı.[40] Rusiyanın yürüşü zamanı onlar tərəfində yer alan üsyançı Hüseynqulu xanın taleyi pis oldu və Rusiyada sürgündə olarkən 1737-ci ildə vəfat etdi. Nadir xan Səfəvi hakimiyyətini bərpa etdikdən sonra Gürcüstan yenidən Səfəvi mülkü oldu. O, Kaxetinin valisi II Teymurazı Kartlinin də valisi təyin etdi.[2] Nadir xan 1736-cı ildə Səfəvi sülaləsinin hakimiyyətinə son qoydu və Əfşar sülaləsinin əsasını qoydu.
Qızılbaşların gürcü torpaqlarına yürüşləri
[redaktə | vikimətni redaktə et]Azərbaycan və Şərqi Anadolu mərkəzli dövlət üçün XV əsrdən və daha əvvəllərdən etibarən Gürcüstana edilən hərbi yürüşlər adi bir şeyə çevrilmişdi. Şah İsmayılın ana tərəfdən babası olan Ağqoyunlu Uzun Həsən Gürcüstan knyazlıqları üzərinə 3 dəfə — 1458, 1461 və 1476 — böyük yürüş həyata keçirmişdi.[41] Şah İsmayıl özü də hətta Çaldıran döyüşündəki məğlubiyyətdən sonra da Gürcüstan ərazilərinə ordular göndərmişdir. Bu qədər yürüş edilməsinin bir neçə səbəbi var idi və bunlardan ən əsası regionun coğrafi yerləşməsi idi. Osmanlı və Səfəvi imperiyaları arasındakı rəqabət onlara bufer zona yaratmağa sövq edirdi və belə bir bölgə də məhz Gürcüstan idi. Təhmasibin dövründəki yürüşlərin səbəblərindən biri də qızılbaş ordusu daxilində vaxtaşırı formalaşan yağma ehtiyacı idi. Lakin onun ilk yürüşünün səbəbi tamamilə başqa idi və qızılbaş yüksək komandanlığının uuğrlu hərbi yürüş həyata keçirməklə ordudakı həmrəyliyi və döyüş əhval-ruhiyyəsini yüksəltməyi hədəfləməkdə idi. Parçalanmış gürcü krallıqlarında siyasi və hərbi birliyin olmaması onları Osmanlı və Səfəvilərin daha böyük və daha mütəşəkkil orduları üçün asan hədəfə çevirirdi.[42]
Gürcüstanın xristian əhalisi ətraf türk-müsəlman dövlətləri üçün onları legitim hədəfə çevirirdi. Bu dövlətlər öz siyasi legitimliklərini təmin edə bilmək üçün tez-tez cihad amilindən istifadə edirdilər. Bu, hüquqi nöqteyi-nəzərdən onlara qeyri-müsəlman əhaliyə vergi və xərac qoymaq imkanı verirdi. Bununla belə, "sərhəd torpaqlarında" iki imperiya arasında dini və siyasi qarşıdurma da az əhəmiyyət kəsb etmirdi; legitimlik iddialarını gücləndirmək üçün imperiya gücünün nümayişinə ehtiyac tez-tez bölgədə hərbi əməliyyatlarla nəticələnirdi. Üstəlik, bu dövrdə Səfəvi dövləti yüksək dərəcədə hərbiləşdirilmişdi və bu vəzifələri yerinə yetirən qızılbaşlar üçün müharibə təbii və ülvi bir həyat tərzi idi. Məhz müharibədə onlar öz şücaətlərini, fədakarlıqlarını və şərəflərini sübut edə bilərdilər. Müharibə həm də varlanmaq və geniş torpaq sahələrinə sahib olmaq imkanı verirdi. Təhmasp bu kampaniyalarda iştirak edən əmirləri əsas dövlət vəzifələrinə təyin edir və onlar da öz növbəsində yeni əldə etdikləri vəsaiti öz tabeliyində olanlara paylayırdılar. Bütün bunlar Qafqaza genişlənmək üçün güclü motiv idi və Səfəvi ali komandanlığı bu faydaların bölgədə Osmanlılarla birbaşa toqquşma riskindən üstün olduğuna inanırdı.[43]
I İsmayıl dövü
[redaktə | vikimətni redaktə et]Osmanlı sultanı ilə münasibətlərin gərgin olmasını görən Şah İsmayıl gələcək mübarizədə mövqelərini yaxşılaşdırmaq üçün Gürcüstanda möhkəmlənmək qərarına gəldi. Gürcüstandakı vəziyyət də bünün üçün əlverişli idi, çünki orada bir-biri ilə mübarizə aparan bir neçə knyazlıq mövcud idi.[44] Qızılbaşların oraya hücum edə bilməsi üçün lazım olan formal bəhanəni elə gürcülərin özləri yaratdılar.Beləki Mesxeti çarı IV Kvarkvare (1516-1535) İmereti hökmdarı tərəfində məğlub edilərək Naxçıvanda olan İsmayılın düşərgəsinə sığındı. İsmayıl ondan istənilən yardıma cavab olaraq Div Sultan Rumlunun komandanlığı altında qızılbaş ordusunun bir hissəsini Gürcüstana göndərdi. Yürüş nəticəsində İmereti ordusu darmadağın edildi və o, yardım almaq üçün Osmanlı ordusuna sığındı. Kvarkvare isə taxt-tacı özünə qaytardı. Sonrakı bir neçə il ərzində Osmanlıdan türk ordusu ilə birlikdə qayıdan İmereti hökmdarı yenidən Kvarkvarenin mülklərinə basqınlar etməyə başladı. Dəbildə baş vermiş döyüşdə qızılbaşlar Osmanlı ordusunu darmadağın etdilər, Osmanlı sərkərdəsi öldürüldü, İmereti hökmdarı isə dağlara qaçmaqla canını qurtara bildi. Div Sultan Rumlunun komandanlığı altında qızılbaşların üçüncü Gürcüstan yürüşü 1521-ci ildə baş verdi. Bu yürüş Kaxeti çarının Şəkiyə basqınına cavab xarakteri daşımaqda idi. Div Sultan Qanıq (Alazan) və Qabırrı (İori) çaylarını keçərək Zəyəm və Qərəm qalalarına hücum etdi. Ləvənd xan qələbə qazana bilməyəcəyini görərək Div Sultanın hüzuruna gəldi. Onunla birlikdə, Gürcüstanın digər hökmdarları-Kvarkvare, Davud bəy və İmereti hökmdarı da bu cür hərəkət etdilər. Onlar Div Sultanla birlikdə Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəldilər. Burada gürcü çarları Səfəvilərə hər il vergi (bac-xırac) verməyi öhdələrinə götürdülər və öz mülklərinə qayıtdılar.[45]
Şah İsmayıl vəfatından bir qədər əvvəl Şəki ilə Gürcüstan ətraflarında olmuş və orada qızılbaşlarla Şəki əyanları birlikdə ov etmişdirlər. Buradan geri dönərkən Şah İsmayıla Kaxeti hökmdarı Ləvəndin böyük qoşunla Şəkiyə hücum etdiyini, şəkililərin məğlub olduğunu bildirirlər. Buna qəzəblənən Şah İsmayıl Ləvəndin üzərinə yürüş etmək istəsə də, xəstələnib vəfat etməsi onun bu planına əngəl olur.[46]
I Təhmasib dövrü
[redaktə | vikimətni redaktə et]Şah Təhmasibin mütəmadı olaraq yürüşlər etdiyi bölgələrdən biri də Gürcüstan idi. Şah Təhmasibin Gürcüstan ərazisinə ilk yürüşü 1541-ci ildə baş vermişdir. Şah Təhmasibin Gürcüstana təşkil etdiyi bu ilk yürüşündə iştirak etmiş Həsən bəy Rumlu günümüzdə mövcud olan digər qaynaqlarla nisbətdə daha ətraflı məlumat verir. Onun yazdıqlarına görə, qızılbaş ordusu Tiflis şəhərinı gecə ikən çatdı və dərhalda şəhərə hücum təşkil edildi. Hökmdar Luarsabın sərkərdələrindən biri olan Kəlbəd-i Gürci öz döyüşçüləri ilə birlikdə Tiflis şəhərində idi və müqavimət göstərmək niyyətində idi. Sonda o, məğlub edildi, şəhər qızılbaşlar tərəfindən ələ keçirildi. Qarət edilən şəhərin əhalisi isə əsir götürüldü. Bir digər gürcü sərkərdəsi Habş Bartis qalasına qaçdı və sonda məğlub edildi. İslamı qəbul edənlərin, o cümlədən sərkərdə Kəlbədin canı sağ qaldı, dinindən dönməyənlər isə dərhal edam edildi. Qızılbaş qoşunu Luarsabı və onun camaatını ələ keçirmək üçün Kür çayının sahili boyunca yürüşə başladı. Qoşun tezliklə qənimət və çoxsaylı əsirlərlə Təbrizə qayıtdı.[47]
6 il sonra — 1547-ci ilin qışında Şah Təhmasib Gürcüstana, Kaxetiya çarlığının üzərinə yeni yürüşə başladı. Görünüşə görə, bu qərarın verilməsində Şah Təhmasibin ögəy qardaşı Əlqas Mirzənin üsyan qaldırması və Osmanlının üçüncü yürüşündə iştirak etməsi faktı önəmli rol oynamışdır.[48] Şah Təhmasib qoşunları ilə 1547-ci ilin qışında Ağşəhərə çatdı. Gürcü qoşunlarının məğlubiyyəti və bölgənin viran qalması ilə nəticələnən şiddətli döyüş baş verdi. Sonra qoşun Ağşəhərdən Təbdiyə yola düşdü, Levənd-bək və onun rəqibi Baş Açıq öz sədaqətlərini ifadə edərək şahın düşərgəsinə çatdılar. Şah onları yaxşı qarşıladı və onlara fəxri paltarlar verdi. Tezliklə onlar öz mülklərinə qayıtdılar. Bu zaman ordu Gəncəyə doğru gedərək edərək Bulaq yaxınlığında müvəqqəti düşərgə saldı.[49]
Cənubi Gürcüstana üçüncü yürüş 1551-ci ildə baş verdi. Bədr xan Ustaclı, Şahqulu Ustaclı və Şahqulu Xəlifə Möhrdarın komandanlığı altındakı qızılbaş ordusu Ləvənt bəyin komandanlığı altındakı gürcü dəstələrinin də yardımı ilə Şəkiyə toplandı və onun hakimi Dərviş Məhəmməd xan məğlub edildi.[50] Ordunun əsas hissəsi Şəkidə dürərgə salarkən gürcü hakimlərindən biri olan Keyxosrov Təhmasibə müraciət edərək Luarsaba qarşı yardım istədi. Çünki Luarsab və Vaxuşa Gürci onun torpaqlarının bir hissəsini ələ keçirmişdi. Bu zaman Osmanlı ordusu İsgəndər paşanın komandanlığı altında indiki Gürcüstanın qərb bölgəsinə daxil oldu. Çox güman ki, gürcü hakimi Luarsabla Osmanlı ordusunun ittifaq formalaşdırmasına əngəl ola bilmək üçün qızılbaş ordusu Bədir xan Ustaclı, Əli Sultan Təkəli, Şahverdi xan Ziyadoğlunun (Şahverdi xan bu yürüşdə həlledici rol oynamışdır) komandanlığı altında Kartlidə yerləşən Luarsabın əsas qalası üzərinə yürüşə başladılar. Onlar Malinkub (Mankub Darfar və ya Manaskub Darqard deyə də mənbələrdə keçməkdədir), Darzbad və adı çəkilməyən monastrı ələ keçirsələr də, Luarsabın əsas qoşunlarını yaxalaya bimədilər və onlar qaçıb canlarını qurtara bildilər. Qənimətlər ələ keçirən qızılbaşlar monastrı yağmaladılar və oradakı din adamlarından 20-i həyatını itirdi.[51] 1551-ci ilin payızında qızılbaş komandanları Luarsabımn əsas ordusunu məhv etmək üçün Kaxetiyanın içlərinə doğru daha bir yürüş həyata keçirdilər. Lakin bu dəfə də kiçik, lakin yaxşı təşkil edilmiş Luarsabın ordusuna qarşı mütləq qələbə əldə etmək mümkün olmadı.[51] Siyasi baxımdan Səfəvilər bir neçə mühüm məqsədə nail oldular. Bu yürüşlə Şah Təhmasib Keyxosrov kimi yeni vassal hökmdar əldə etdi. Həmçinin Keyxosrov Şah Təhmasibə Tumak qalasının, Ağşəhəri və ətrafındakı əraziləri ələ keçirməyə yardım etdi. Tanınmış gürcü əsilzadələrindən olan Vaxuş Gürcü və onun Keyxosrovun torpaqlarını tutmuş müttəfiqi Şarmazanoğlu ələ keçirilib edam edildilər.[52]
Kartli kralı I Luarsab Səfəvi-Osmanlı qarşıdurmasından yenidən daha böyük muxtariyyət iddiası üçün istifadə etdi. Osmanlı təhlükəsindən qurtulan Şah Təhmasib buna cavab olaraq etibarlı sərkərdəsi Şahverdi Sultan Ziyadoğlu Qacarın köməyi ilə Luarsabın ərazisini işğal etdi. Lakin Luarsab ordusu ilə birlikdə qaçıb gizlənmişdi. Lakin daha yaxşı ərbi strategiya hazırlayan qızılbaş ordusu onu məğlub etməyi və tədricən paytaxtına yaxınlaşmağı bacardılar. Nəticədə 1554-cü ildə Qori şəhərini ələ keçirdilər.[53] Döyüşlər zamanı Məzrut, Parsatan və Aydın qalaları ələ keçirilsə də, o zamanlar padşah Luarsabın anasının iqamətgahı olan Aydın qalası inadkar müqavimət göstərdi. Bu yürüşün ən amansız döyüşü bu qalanın mühasirəsi zamanı baş verdi, burada Luarsab döyüşçülərinin çoxu qızılbaşların hücumlarını dəf etmək üçün inadkar müqavimət göstərdilər. Sonda qala divarında yarmalar açıldı və müdafiəçilərin müqaviməti yatırıldı. Səfəvi qoşunları çoxlarını qılıncdan keçirdilər və çoxlu adamları, o cümlədən Luarsabın anasını əsir götürdülər. Qazi Əhmədin dediyinə görə, qızılbaş ordusu qışı Qori yaxınlığında keçirib, yanvarda Qarabağa gedib. Fevralda şahın sarayı və ordusu cənuba doğru hərəkət edərək Gəncəyə tərxis və burada onun valisi Şahverdi Sultan Ziyadoğlu Qacar uğurlu yürüşün şərəfinə şah sarayına ziyafət və səkkiz günlük şənliklər verdi. Bundan sonra şahın qoşunu Bərdə əyalətinə getdi.[54]
1557-ci ildə Luarsab Qorini geri aldıqdan və 1557-ci ildə təsirli ordu topladıqdan sonra Səfəvi qarnizonunu bölgədən qovdu. Bundan xəbər tutan Qarabağ bəylərbəyi Şahverdi Sultan Ziyadoğlu Luarsabın cəhdlərinə birdəfəlik son qoymaq üçün yürüşə çıxdı. Lakin onun süvariləri yolda ikən tələyə salındı. Qızılbaş ordusu qələbə qazana bilməsə də, döyüşçülərdən biri Luarsabı öldürməyi bacardı.[55]
1561-ci ildə Təhmasib Şahverdi Sultan Ziyadoğluna yenidən gürcülər üzərinə hücum edib üsyanlarını yatırmağı əmr etdi. O, Qarabağ döyüşçüləri ilə birlikdə Gəncədən çıxaraq onların üzərinə yeridi və iki ordu 1 may 1561-ci ildə üz-üzə gəldi. Gürcü ordusu yüngül silahlarla silahlanmış qızılbaş süvariləri qədər sürətli deyildi. Tezliklə gürcülər məğlub oldular və döyüş meydanından qaçdılar. Kartlinin məğlub olan qoşunları şimala, Qori şəhərinə çəkildi. Levanın oğlu Qurgin min döyüşçüsü ilə birlikdə amansızcasına qılıncdan keçirildi.[55]Bu döyüşdəki məğlubiyyətin uzunmüddətli nəticələri oldu. Kaxetiyanın ümumi bayrağı altında siyasi və hərbi birliyə nail olmaq ümidlərə son qoyuldu. Üstəlik, bu, nəinki kaxetiyalıların müstəqillik arzularını sarsıtdı, həm də Kartlinin kral ailəsinə dərin ruhdansalıcı təsir göstərdi. Simon Səfəvi hökmranlığını inadla rədd etməkdə davam edərkən, qardaşı XI David Kartlidə davam edən vətəndaş qarşıdurmasından və qeyri-sabit siyasi vəziyyətdən qorxaraq ona xəyanət etdi və Səfəvi tərəfinə keçdi. O, 1561-ci ildə tərəfdarlarının müşayiəti ilə Qəzvindəki saraya gəldi və Şah Təhmasibə beyət etdi. İslamı qəbul etdi və sonra Davud xan kimi tanındı. Şah Təhmasib onu Tiflisin hakimi kimi tanıdı və məhdud hakimiyyətlə mükafatlandırdı. İsgəndər bəy münşinin bildirdiyinə görə o, Səfəvi şahının hakimiyyəti altında hakimlik edə bilirdi və "bu zamandan etibarən qızılbaş əmirlərindən biri Tiflis qalasının komendantı kimi xidmət edir və Davud xanın məsləhətçisi və mentoru kimi çalışırdı".[56]1566-cı ildə Simon Tiflisi ələ keçirmək üçün yürüşə çıxdı və demək olar ki, buna nail də olurdu. O, İbrahim Xəlifə Qaramanlının komandanlığı altındakı azsaylı qızılbaş ordusunu məğlub etməyi bacardı. Belə nəticənin ortaya çıxmasında görünür ki, Tiflisdəki gürcü döyüşçülərinin Davud xanın qızılbaşlara yardım etmə əmrinə itaət etməməsi mühüm rol oynamışdır. Lakin Simon Tiflis qalasını ələ keçirə bilmədi və bir neçə günlük mühasirədən sonra geri çəkilməyə oldu. Bu kiçik məğlubiyyət Simonun artan qüdrəti ilə Səfəvi sarayını təşvişə saldı. Növbəti il Şah Təhmasib Davud xana öz üsyankar qardaşının yaratdığı problemləri birdəfəlik həll etməyi əmr edir. Bu məqsədlə ona hərbi yardım göndərilir. Bu hərbi yardıma qızılbaş komandanlarından Şamxal bəy Çərkəzin, İbrahim bəy Alpoutun və Əliqulu bəy Qacarın komandanlığı altında göndərilmişdi. Bu ordu Simonu döyüş meydanında əsir edərək Qəzvindəki şah sarayına gətirməyi bacardı.[56] Şah Təhmasib Simonu məşhur Qəhqəhə qalasında həbsdə saxlanılmasını əmr etdi. 1578-ci ilə qədər bu qalada əsirlikdə qalan Simon bu ildə həbsdən azad edilib, lazimi şeylərlə təchiz edildikdən sonra hücuma keçən Osmanlılarla döyüşmək üçün göndərildi.[57]
I Abbas dövrü
[redaktə | vikimətni redaktə et]1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabla Şah I Abbas arasındakı münasibətlər pozuldu.[58] 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər.[59][60]
Səfəvi şahı I Abbasın Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı şərqi gürcü vassal krallıqları olan Kartli və Kaxetiyada 1614-1617-ci illər arasında 4 yürüş etmişdir. Yürüşlər I Abbasın əvvəldən ən sadiq gürcü qulamları olan Kartli kralı III Luarsab və Kaxeti kralı olan I Teymuraz tərəfindən göstərilən itaətsizliyə və ardından çıxarılan üsyana cavab olaraq başladıldı. Nəticədə Tiflis tamamən dağıdılmış, üsyan yatırılmışdır.
Səfəvi orduları 1614-cü ilin mart ayında iki bölgəni işğal etdi və iki müttəfiq kral Osmanlı vassalı olan İmeretiyə sığındı. Səfəvi saray tarixçisi İsgəndər bəy Münşinin bildirdiyinə görə, I Abbas ən güvəndiyi iki təbbəəsi və qulamının ona olan xəyanətindən dolayı qəzəblənmişdi.[59] 30.000 Kaxetiya kəndlisini Səfəvi imperiyasına sürgün etdi və kral II Aleksandrın nəəsi İsa xanı Kartli taxtına təyin etdi. İsa xan İsfahandakı sarayda müsəlman olaraq böyüdülmüşdü və Şaha sadiq olacağı düşünülürdü.[59][61]
I Abbas qaçaq kralları ona verməzsə, İmeretini yandırmaqla təhdid etdi, İmereti, Meqrelya və Quriya hökmdarları bu tələbi birlikdə rədd etdilər. Ancaq Luarsab könüllü olaraq şaha təslim oldu, Abbas başlanğıcda ona yaxşı davrandı, ancaq Luarsab və Teymurazın osmanlılarla ittifaq qurduğunu öyrəndikdə Luarsabın İslamı qəbul etməsini istədi, rədd edən Luarsab həbs edildi.[61]
Teymuraz 1615-ci ildə Osmanlı-Səfəvi düşmənliyinin yenidən canlanmasından yararlanaraq şərqi Gürcüstana geri döndü və oradakı Səfəvi ordusunu məğlub etdi. Ancaq Osmanlı ordusu Səfəvilər üzərinə yürüşü ertələdikdən sonra Abbas Teymurazın üzərinə ordu göndərdi. Tiflisdə müqavimət göstərilsə də, bütün şərqi Gürcüstan yenidən Səfəvilərə tabe edildi. Şah I Abbasın yürüşləri nəticəsində xeyli üsyançı və onları dəstəkləyən mülki əhali qətlə yetirildi, bundan qat-qat çoxu isə imperiyanın iç bölgələrinə sürgün edildilər.[59][18][17][62][63] 1619-cu ildə Abbas ona sadiq olan Simonu və ya (Səmayun xan) Kaxetiyanın kukla hökmdarı olaraq təyin etdi. Lakin üsyançıların çox olduğu yerlərə şah özü vali təyin etdi.[59]
Bu cəzalandırıcı tədbirlərdən sonra I Abbas bir müddət sabitliyi təmin edə bildi, lakin 1625-1626-cı illərdə Georgi Saakadze və I Teymurazın komandanlığı altında yeni üsyan başladı. Bundan əvvəl isə, I Abbas yaxınlaşan üsyanın qarşısını almaq üçün 1625-ci ilin yazında Qaraçaqay xanın komandanlığı ilə qoşunlarını Gürcüstana göndərdi. Bu zaman Səfəvi imperiyasına xidmət edən Georgi Saakadzedə Qaraçaqay xana müşavir təyin edilmişdi. Lakin üsyançılarla bir olan Saakadze Qaraçqay xanı aldataraq ona qarşı qəfil hücumun təşkil edilməsinə nail olur. Martın 25-də, səhər tezdən Kartli və Kaxetiya qoşunları düşmən düşərgəsinə yaxınlaşdı. Səs-küyü eşidən mühafizəçilər həyəcan siqnalını verdilər. Bütün Səfəvi komandirləri Qaraçaqay xanın çadırına toplaşaraq Georgini də çağırdılar. Müşavirə zamanı Saakadze və oğlu qəfil hücum edərək qızılbaş sərkərdələrinin bir hissəsini öldürdülər. Martqopidə 1625-ci ilin 25 mart tarixində baş vermiş döyüşdə qızılbaşlar qəfil yaxalanaraq məğlub oldular.[64] Buna cavab olaraq həmin ili yayında yeni qızılbaş yürüşü həyata keçirildi. Bu dəfəki yürüşə İsa xan Səfəvi komandanlıq edirdi. 1625-ci ilin iyununda Səfəvi ordusu Gürcüstan ərazisinə daxil oldu və Algeti çayının yaxınlığındakı Marabda ovalığında düşərgə saldı.[65] Teymuraz və Georgi Saakadze rəhbərliyindəki 20 minlik gürcü ordusu isə Kocori-Tabaxmela ovalığında toplanmışdı. Səfəvi ordusu isə Azərbaycan bəylərbəyinin ordusu ilə onlara qoşulmasını gözləyirdi və buna görə də hücuma keçmirdi. Səfəvi ordusunun inadlı müqaviməti və gürcülərin bəzi hissələrinin qələbəni vaxtından əvvəl qeyd etməyə başlaması nəticəsində döyüşün gedişatı dəyişdi. Qızılbaşlar yaranmış şəraiti əla dəyərləndirdilər və dağılmış müdafiə xətlərini yenidən bərpa etdilər. Səfəvi ordusu əks-hücuma keçdi. Döyüşün bu vaxtında Azərbaycan bəylərbəyi Şahbəndə xanın rəhbərliyi altında yeni qüvvələrin gəlməsi Səfəvi ordusunun işini xeyli asanlaşdırdı. Nəticədə İsa xan gürcüləri Kocorinin dar keçidlərinə tərəf qovdu və əksəriyyəti öldürdü.[66]
Bu qələbədən sonra gürcü üsyanı böyük ölçüdə yatırıldı, lakin bəzi yerlərdə bu üsyanlar bir müddət də davam etdi.[65]
II Abbas dövrü
[redaktə | vikimətni redaktə et]Səfəvi imperiyasının indiki gürcü torpaqlarına yeni yürüşünə əvac verəcək üsyan 1648-ci ildə Kaxetidə başladı. Üsyanın Baxtrioni adlanır və əsas döyüş belə adlanan məntəqədə baş vermişdir. I Teymurazın üsyanında iştirak etmiş, lakin sonradan Səfəvi valisi Rüstəm xana və imperiyaya sədaqət andı içərək tərəf dəyişdirmiş Aristavi Zaal üsyanın rəhbərliyinə keçdi. Liderlər arasında Bidzina Çolokaşvili, Şalva, Ksanili Eristavi və qardaşı Eristvisşvili də var idi. Zezva Qaprindauli, Nadir Hoşarauli və Gogolauri öndərliyində tuşlar, hevsurlar və pşavlar kimi, gürcü dağlıları da üsyana qatıldı. Gürcü qüvvələri birləşdikdən sonra Baxtrioni və Alaverdidəki türkmən qalalarına hücum etdilər və onları məğlub etdilər. Daha sonra Kaxetiyanın digər yerlərindəki Qızılbaş türkllərini məğlub etdilər. Ancaq üsyançıların zəif təşkilatlanması və təcrid edilməsi Şah II Abbasın şəxsi komandanlığı altında olan Səfəvi ordsununu uğurlu formada əks hücuma keçmələrinə və onları məğlub etmələrinə şərait yaratdı. Eristavi Zaal şahın əmri ilə öz qohumları tərəfindən qətlə yetirildi və uşaqları Səfəvi məhkəməsinə göndərildi. Bu xəbərlərdən sonra Bidzina Çolokaşvili, Ksanili Şalva və Elizbar Eristvisşvili şahdan bağışlanmalarını diləmiş, ancaq şah daha sonra onları qətl etdikləri tayfaların yerdə qalan üzvlərinə təslim etmişdir. Tayfa üzvləri gürcü zadəganlara işğəncə etdilər və öldürdülər. Bir müddət sonra onlar Gürcü Ortodoks Kilsəsi tərəfindən sonradan müqəddəs elan edildilər. Kaxetidə üsyançılar Qızılbaş türkmənləri məğlub etməyi bacarsalar da, sonda ordu qarşısında məğlub oldular və Kaxeti yenə də Səfəvi hakimiyyəti altında qaldı. 1664-cü ildə Səfəvilər Kartli vassal kralının oğlu Arçilin (Şahnəzər xan) Kaxeti vassal hökmdarı təyin edilməsinə razı oldular.[67][68]
II Abbasdan sonra gürcülərin Səfəvi imperiyasına qarşı böyük bir üsyanı olmamışdır. Buna görə də, bundan sonra bölgəyə böyük bir qızılbaş ordusunun yürüşü də baş verməmişdir.
Pul zərbi
[redaktə | vikimətni redaktə et]Səfəvi imperiyasının mühüm sikkə zərb edilmə yerlərindən biri Gürcüstan vilayətində, Tiflis şəhərində yerləşirdi. Osmanlı sərhədinə yaxın olan Tiflis zərbxanası Səfəvilər üçün mühüm əhəmiyyətə malik idi. Tiflis zərbxanası Səfəvilər üçün vacib idi, çünki sikkələrin zərb edilməsi üçün külçə (yəni gümüş külçələr, ispan realları, holland rijksdaalderləri) əsasən Osmanlı İmperiyasından (və Rusiyadan) idxal edilirdi.[69][70] Külçələr imperiyaya daxil olduqdan sonra sərhəd bölgələrində yerləşən İrəvan, Tiflis və ya Təbriz kimi şəhərlərə gətirilir və sikkəyə çevrilirdi.[71] Beləliklə də, Tiflis gümüşlə dönən tacirlər üçün əsas dayanacaq məntəqələrindən biri idi.[69] XVII əsrdə Tiflis zərbxanası Səfəvi imperiyasının ən aktiv zərbxanalarından biri idi.[72]
Tiflis yolu həmçinin ipək tacirləri tərəfindən də aktiv şəkildə istifadə edilən yollardan biri idi.[69] Fransız səyyah Jan Batist Tavernye bildirir ki, Gilana ipık almaq üçün gedən tacirlər Tiflis zərbxanalarına sikkə üçün gedir və zərbxana rəhbərindən ipək tacirləri üçün olan 2 faizlik endirim alırdılar.[69] Tavernye həmçinin bildirir ki, bu ona görə idi ki, Tiflis zərbxanasındakı sikkələrin bir qədər daha aşağı keyfiyyətdə idi.[73]
Tiflis zərbxanasındakı sikkələr daha çox yerli sakinlər üçün istifadə edilirdi, nəinki yerləşdirilmiş Səfəvi qarnizonu üçün.[74] Sikkələrdə həmişə Səfəvi şahlarının adı və imperiyanın özünəməxsus simvollar əks etdirilirdi.[75] Bununla belə, bir çox başqa məsələlərdə təyin edilmiş valilərə zərb işləri ilə bağlı çoxlu muxtariyyət verilirdi.[75] Məsələn, valinin əyalətdəki zərbxanaların qazandığı mənfəətdən faydalanmasına icazə verildiyi bildirilir.[74]
1660 və 1670-ci illərdə zərbxananın rəhbəri (zərrabbaşı) daha çox yerli ermənilər tərəfindən icra edilirdi.[76]
I Süleymanın hakimiyyəti zamanında imperiyanın iqtisadi vəziyyəti pisləşdi.[77] Ölkəyə gələn qiymətli meal göstəriciləri aşağı düşdü və nəticədə sikkələrin keyfiyyəti aşağı salındı.[77] Bu çəki çatışmazlığı Tiflis zərbxanasının sikkələrində də aydın görünürdü; 1688-ci ildə zərbxanada vurulan abba və məhmudilər hesab etdikləri standart çəkidən 22,5% aşağı idilər.[78] Mərkəzdəki şahlıq xəzinəsi bundan xəbərdar idi və buna görə də, Tiflisdə zərb edilən sikkələrdən mahmudilərin qəbul edilməsini dayandırmışdı.[78]
1682-1685-ci illərdə fəaliyyət göstərən yeganə Səfəvi zərbxanaları Tiflis və Təbrizdəkilər idi.[79] 1687-ci il hesabatına görə, Gürcüstanda pul demək olar ki, heç bir rol oynamırdı.[80] Fransız botanik Joseph Pitton de Tournefort bunu təsdiqləyir: onun 1701-ci il mətnlərinə görə, Gürcüstanın böyük bölgələrində insanlar bilərzik, üzük, boyunbağı və sairə kimi materiallarla ödəniş etməyə üstünlük verirdilər.[80]
Yerləşdirilmiş hərbi qüvvələr
[redaktə | vikimətni redaktə et]Səfəvi hakimiyyəti altındakı gürcü torpaqlarında xeyli sayda qızılbaş döyüşçüləri yerləşdirilmişdi.[81] Çünki bu bölgə əhəmiyyətli bölgə kimi dəyərləndirilirdi. Eyni zamanda, vilayət Osmanlı imperiyası ilə qonşuluqda yerləşməkdə idi. 1551-ci ildə Tiflisdə qızılbaş ordusu daimi şəkildə yerləşdirildi.[4] Venesiya hesabatlarına görə, 1570-ci illərdə 4 min Səfəvi süvarisi Gürcüstanda və Gəncə yerləşdirilmişdi.[82] Jan Şardenin bildirdiyi məlumta görə, I Abbasın hakimiyyətinin sonlarına doğru Gürcüstanda 5 min ordu yerləşdirilmişdi və bunlar "döyüş təcrübəsi olan və yaxşı təlim görmüş" bölmələr idi.[83] XVII əsrin ortalarında, yəni II Abbasın (1642–1666) hakimiyyəti dövründə Jan Şardenin bildirdiyi rəqəmlərə əsasən bölgədə 50 minlik qızılbaş ordusu yerləşdirilmişdi.[22] I Süleymanın (1666–1694) hakimiyyəti dövründə isə "daha çox" döyüşçü Gürcüstana gətirilmişdi.[84] Sultan Hüseynin (1694–1722) hakimiyyətinin sonlarına doğru vali Hüseynqulu xanın buyruqunda 10 mini gürcülərdən, 3-4 mini qızılbaşlardan ibarət ordu var idi.[37]
Gürcüstan valilərinin xidmətində qorçu dəstələri də var idi və onların özünün qorçubaşısı mövcud idi. Bu qorçular qruplaşmasının fərqli bölmələri var idi.[85] Gürcüstandakı Səfəvi idarəetmə sisteminə lazim gəldikdə idarəetmədə yararlanmaq üçün vəkil inistitutu da mövcud idi.[86][f]
İpək və şərab istehsalı
[redaktə | vikimətni redaktə et]Vilayət ümumi ipək istehsalına töhfə versə də, onun ipəyinin Qarabağ-Gəncə ilə birlikdə Gilan və Mazandaran ipəklərindən daha aşağı keyfiyyətə malik olduğu bildirilir.[87] I Abbasın (1588–1629) Gürcüstanı qəti şəkildə tabe etməsindən sonra o, vilayətdə gələcəkdə daha çox ipək istehsal etməyi əmr etdi.[88] Səfəvi İmperiyasında fəaliyyət göstərən Hollandiya nümayəndəsi Nikolaas Yakobus Overşinin dediyinə görə, 1636-cı ildə istehsal edilən 2800 tay ipəkdən Gürcüstan və Qarabağ-Gəncə əyalətləri cəmi 300 tay verirdilər.[88]
Jan Şardenə görə, Gürcüstanda və Şirazda istehsal olunan şərablar əla keyfiyyətə malik idi.[89] Gürcüstan əyaləti hər altı aydan bir Səfəvi sarayının şah şərab zirzəmilərini ödədiyi vergilərin ümumi məbləğinin bir hissəsi kimi təxminən üç yüz litr şərabla təmin edirdi.[90] Qubernatorlar öz əyalətlərinin üzümçülüyünə nəzarət etməkdən məsul idilər.[89]
Mədəni təsirlər
[redaktə | vikimətni redaktə et]Gürcülərə təsir
[redaktə | vikimətni redaktə et]XVI əsrdən etibarən gürcü mədəniyətində Səfəvi təsiri güclü şəkildə hiss edilməyə başladı.[29] Bu əsasən ədəbiyyatda, rəssamlıqda və memarlıqda hiss edilməkdə idi.[29] Səfəvi hakimiyyəti dövründə, bir çox gürcü hakimləri, şahzadələri və əsilzadələri imperiyanın mərkəz şəhərlərində zaman keçirməkdə idilər. Beləliklə, Səfəvi mədəniyyəti gürcülər arasında da yayılmaqda idi.[29] 1562-cı ildə Davud xanın (XI David) kukla hökmdar olaraq Kartli taxtına çıxarılması yalnız 250 il davam edəcək Səfəvi siyasi hakimiyyətinin başlanğıcı olmadı, həm də bölgədə güclü Səfəvi mədəni təsirinin başlanğıcının əsasını qoydu. Bu təsir XIX əsrdə rusların gəlişinə qədər davam etdi.[9] 1672-ci ildə Gürcüstanda olmuş Jan Şardenin bildirdiyinə görə, gürcülər Səfəvi ənənələrinə riayət etməkdə idilər.[29] Şarden iddia edir ki, bu proses islama keçmiş əsilzadələr tərəfindən həyata keçirilirdi. Bu din dəyişdirmələr dövlət idarəetməsinə daxil olmaq üçün edilirdi. Həmçinin əsilzadə təbəqə özlərinin qadın ailə üzvlərini saray hərəmlərinə daxil olmağa da təşviq edirdilər.[29]
Səfəvi hakimiyyəti dövründə çox sayıda kitab farscadan gürcü dilinə tərcümə edildi. Şahnamə əsərinin gürcü versiyası olan Rostomiani daha da inkişaf etdirildi. Bu siraya Visramiani də əlavə edə bilərik. Bu əsər Veys və Ramin əsərinin gürcü versiyası idi.[29] Bölgədə fəaliyyət göstərən katolik missioner Padre Bernardi Papaya göndərdiyi məktubunda bildirirdi ki, o, çox peşmandır ki, oxuma-yazma bacaran gürcülər Rostomiani (Şahnamə), Bezhaniani, and Baramguriani kimi əsərləri dini əsərlər oxumaqdan daha üstün tuturdular.[91]
Kaxeti hakimi I Teymuraz bəlkə də daha çox mərkəzi hökumət üçün problemlər yaratması ilə yadda qalıb, lakin o, fars dilini mükəmməl bilirdi və "yüksək dəyər verdiyi" fars poeziyasını sevirdi.[91] Onun sözlərinə görə:
Fars nitqinin şirinliyi məni şeir musiqisini bəstələməyə vadar etdi.[91] |
Teymuraz Səfəvi şeriyyatı üslubunda müxtılif şeirlər yazmışdır. O, bu şeirlərində farsdilli poetikada istifadə edilən obrazlardan, eyhamlardan, bu dildən götürülmüş alınma sözlərdən, frazologiyadan istifadə etmişdir. Daha sonrakı Səfəvi valisi Hüseynqulu xan (VI Vaxtanq) bu məsələ də vacib yer tutur.[37][91] Onun paytaxtda qalmağa məcbur edildiyi zaman fars dilini mükəmməl şəkildə öyrənmək fürsəti olmuşdu.[91] O, daha sonralar bu bacarığından farsca olan əsərləri gürcü dilinə tərcümə etməkdə istifadə etmişdir. O, fars dilində yazılmış əsər olan "Qabusnamə"nin gürcü dilindəki versiyasını (Amirnasariani) yaratmışdı. İsfahanda gözaltında tutulduğu zaman o, "Kəlilə və Dimnə" əsərini gürcü dilinə tərcümə etmişdi.[91] Daha sonra o, Gürcüstana geri döndü və bütün əsərin gürcü dilinə yenidən tərcümə edilməsi əmrini verdi. Bu zaman onun müəllimi Sulxan-Saba Orbeliani onun öz tərcüməsini bir daha gözdən keçirdi.[91] Vaxtanq gürcü-İran ədəbi əlaqələrinin daha da inkişaf etdirilməsində (başqa sözlə, öz yazıları ilə) ayrı-ayrılıqda ciddi iştirak etsə də, o, həm də fars dilindən gürcü dilinə tərcüməçilərə həsr olunmuş bütöv bir məktəb yaratdı.[91] Onun əmri ilə bu dövrdə məşhur olan bir çox dastan gürcü dilinə tərcümə edildi.[91] Bu əsərlərdən biri Bəxtiyarnamə idi. Bu əsər bir neçə novellanın kolleksiyası idi. Belə bir digər əsər isə "Baramgülandamiani" (əslində "Bəhram və Güləndam") idi, bu əsərin əsli Katibi Nişapuri tərəfindən yazılmışdı. Bundan başqa, dövrün xarakterik xüsusiyyətlərindən biri də Quranın və bir neşə şiə şəriəti barədə kitabların gürcü dilinə tərcüməsi idi.[91][92]
Səfəvilərə təsir
[redaktə | vikimətni redaktə et]Bəlkə də qeyri-adi görünsə də, gürcülər də müəyyən qədər Səfəvi mədəniyyətinə təsir göstərə bilmişdilər. Rəvayətə görə, Şedan Çiladze adlı gürcü öz içki içə bilmə qabiliyyətinə görə məşhur imiş, buna görə də I Səfi bir dəfə onu sarayına içki içmədə yarışmaq üçün dəvt edir.[93] Saraydakı hər kəsi məğlub etdikdən sonra şah özü onla yarışır və elə buna görə də vəfat edir. Tarixçi Rudi Matthe bu hekayənin "apokrif" ola biləcəyini bildirmişdir, lakin o, əlavə edir ki, I Səfi alkoqolizmə görə vəfat etsə də, bu içki içmə yarışı ilə bağlı olmamışdır. Bu rəvayət ona görə, sadəcə müəyyən gürcü vərdişlərinin imperiyaya yayıldığına işarə ola bilər.[93]
Səfəvi hakimiyyəti dövründə bir çox gürcü mənşəli şəxsin islam dinini qəbul edib müxtəlif dövlət orqanlarına girmələri ilə bərabər, bir çox gürcü qadın da Səfəvi elit təbəqəsinin və ya elə sarayın hərəminə girməyi bacarmışdı.[93][93] Gürcüstanı xüsusi edən şeylərdən biri şərab və içki içmə idi, buna görə də, Səfəvi hakimiyyəti gürcü torpaqlarına vergi qoyarkən bunun bir hissəsini də sərabla verilməsini istəyirdilər. I Abbasdan sonra formalaşdırılan ənənəyə görə, Səfəvi şahzadələrinin bir çoxu sarayın qadınlara aid edilən hərəmində böyüyürdü və bu böyümə prosesi zamanı onları əhatələyən qadınlar arasında gürcü qadınlar da olurdu.[93] Matthe ehtimal edir ki, son Səfəvi şahlarında müşahidə edilən şəraba meyilliliyi gürcülərin təsiri nəticəsində yaranmışdır.[93]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ Şərqi Mesxeti torpaqları 1551-ci ildən 1582-ci ilə qədər Səfəvi hakimiyyəti altında olmuşdur. Bu 1613-cü ildən sonra bir neçə ildə də belə olmuşdur.
- ↑ I Abbasın dövründə vilayətin rəhbərlərinə hakim deyilirdi, bəzən isə onlara sultan deyə müraciət edilirdi.
- ↑ Gürcülərlə birlikdə erməni və çərkəzlər də bura daxil idilər.
- ↑ I Simon daha əvvəllər Səfəvi imperiyasına qarşı apardığı amansız müqavimətlə tanınmışdı. Bu mübarizə əsnasında o ələ keçirilmiş və Əlamut qalasında məhbus kimi saxlanmışdı.
- ↑ Köçürülənlər arasında Şirvandan, Gürcüstandan və Qarabağdan olan müsəlmanlar da var idi.
- ↑ Vəkil bəzən həçinin lələ funskuyasını da yerinə yetirirdi.[86]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Rayfield, 2012. səh. 164, 166
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Hitchins, 2001. səh. 464–470
- ↑ Rayfield, 2012. səh. 166
- ↑ 1 2 Floor, 2008. səh. 295–296
- ↑ Babaie və b. 2004. səh. 28
- ↑ Rayfield, 2012. səh. 173
- ↑ Floor, 2008. səh. 85
- ↑ Mikaberidze, 2015. səh. xxxi
- ↑ 1 2 Suny, 1994. səh. 48
- ↑ 1 2 Floor, 2001. səh. 108-109
- ↑ Floor, 2001. səh. 233
- ↑ 1 2 3 Floor, 2001. səh. 85
- ↑ 1 2 Mikaberidze, 2015. səh. 379
- ↑ Savory, 2007. səh. 81
- ↑ Babaie və b. 2004. səh. 17
- ↑ Suny, 1994. səh. 50
- ↑ 1 2 Blow, 2009. səh. 174
- ↑ 1 2 Mikaberidze, 2015. səh. 291, 536
- ↑ Mikaberidze, 2015. səh. 536
- ↑ Mikaberidze, 2015. səh. 164
- ↑ Mikaberidze, 2015. səh. 600
- ↑ 1 2 Matthee, 2012. səh. 145
- ↑ Floor, 2001. səh. 86
- ↑ Matthee, 1999. səh. 44
- ↑ Blow, 2009. səh. 105
- ↑ 1 2 3 Mikaberidze, 2015. səh. 194, 379
- ↑ Suny, 1994. səh. 52
- ↑ Floor, 2008. səh. 140
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Gelashvili, 2012. səh. 494
- ↑ 1 2 3 4 5 6 7 Rayfield, 2012. səh. 199
- ↑ 1 2 Barendse, 2002. səh. 209
- ↑ Floor, 2008. səh. 309
- ↑ Rayfield, 2012. səh. 211
- ↑ Matthee, 2012. səh. 114
- ↑ Floor, 2001. səh. 198
- ↑ Mikaberidze, 2015. səh. 249
- ↑ 1 2 3 4 5 6 Matthee, 2012. səh. 225
- ↑ Suny, 1994. səh. 54
- ↑ Matthee, Floor və Clawson, 2013. səh. 142
- ↑ Matthee, 2012. səh. 226–227
- ↑ Khafipour, 2013. səh. 184
- ↑ Khafipour, 2013. səh. 185
- ↑ Khafipour, 2013. səh. 186
- ↑ Əfəndiyev, 2007. səh. 64
- ↑ Əfəndiyev, 2007. səh. 65
- ↑ Əfəndiyev, 2007. səh. 66
- ↑ Khafipour, 2013. səh. 191
- ↑ Khafipour, 2013. səh. 192
- ↑ Khafipour, 2013. səh. 194
- ↑ Khafipour, 2013. səh. 195
- ↑ 1 2 Khafipour, 2013. səh. 196
- ↑ Khafipour, 2013. səh. 197
- ↑ Khafipour, 2013. səh. 199
- ↑ Khafipour, 2013. səh. 200
- ↑ 1 2 Khafipour, 2013. səh. 204
- ↑ 1 2 Khafipour, 2013. səh. 205
- ↑ Khafipour, 2013. səh. 206
- ↑ Rayfield, 2012. səh. 215
- ↑ 1 2 3 4 5 Mitchell, 2011. səh. 69
- ↑ Savory, 1980. səh. 183-184
- ↑ 1 2 Rayfield, 2012. səh. 216
- ↑ Monshi, 1978. səh. 1116
- ↑ Khanbaghi, 2006. səh. 131
- ↑ Battles at Martqopi and Marabda
- ↑ 1 2 Blow, 2009. səh. 134
- ↑ Jamburia, 1983. səh. 425-426
- ↑ Suny, 1994. səh. 53
- ↑ Hitchins, 1994. səh. 664-670
- ↑ 1 2 3 4 Babaie və b. 2004. səh. 68
- ↑ Matthee, Floor və Clawson, 2013. səh. 53
- ↑ Matthee, Floor və Clawson, 2013. səh. 5, 15, 53
- ↑ Barendse, 2002. səh. 221
- ↑ Babaie və b. 2004. səh. 68–69
- ↑ 1 2 Matthee, Floor və Clawson, 2013. səh. 17
- ↑ 1 2 Matthee, Floor və Clawson, 2013. səh. 17–18
- ↑ Matthee, Floor və Clawson, 2013. səh. 14
- ↑ 1 2 Matthee, Floor və Clawson, 2013. səh. 130–131
- ↑ 1 2 Matthee, Floor və Clawson, 2013. səh. 131
- ↑ Matthee, Floor və Clawson, 2013. səh. 119
- ↑ 1 2 Matthee, Floor və Clawson, 2013. səh. 44
- ↑ Floor, 2001. səh. 82–83
- ↑ Floor, 2001. səh. 135–136
- ↑ Floor, 2001. səh. 207
- ↑ Floor, 2001. səh. 212
- ↑ Floor, 2001. səh. 149
- ↑ 1 2 Floor, 2001. səh. 7
- ↑ Matthee, 1999. səh. 37
- ↑ 1 2 Matthee, 1999. səh. 41
- ↑ 1 2 Matthee, 2005. səh. 44
- ↑ Matthee, 2005. səh. 43–44
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Gvakharia, 2001. səh. 481–486
- ↑ Giunashvili, 2016
- ↑ 1 2 3 4 5 6 Matthee, 2005. səh. 43
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Sussan Babaie; Kathryn Babayan; Ina Baghdiantz-McCabe; Massumeh Farhad. The Safavid Household Reconfigured: Concubines, Eunuchs, and Military Slaves. Slaves of the Shah: New Elites of Safavid Iran. I.B.Tauris. 2004. ISBN 978-0857716866.
- David Blow. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend. London, UK: I.B.Tauris. 2009. ISBN 978-1845119898.
- R.J. Barendse. The Arabian Seas: The Indian Ocean World of the Seventeenth Century. Armonk, N.Y.: Sharpe. 2002. ISBN 978-0765633644.
- Willem Floor. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. ISBN 978-1568591353.
- Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, D.C.: Mage Publishers. 2008. 1–324. ISBN 978-1933823232.
- Nana Gelashvili. Iranian-Georgian relations during the Reign of Rostom (1633-58)". In Floor, Willem; Herzig, Edmund (eds.). Iran and the World in the Safavid Age. London: I.B.Tauris. 2012. ISBN 978-1780769905.
- Cəmşid Günaşvili. GORGIJANIDZE, PARSADAN. Encyclopædia Iranica.
- Aleksandre Gvakharia. Georgia iv. Literary contacts with Persia. Encyclopædia Iranica. 2001. 481–486. ISBN 978-0-933273-53-5.
- Keith Hitchins, (2001). "GEORGIA ii. History of Iranian-Georgian Relations". Encyclopædia Iranica, online edition. New York. GEORGIA ii. History of Iranian-Georgian Relations. New York: Encyclopædia Iranica. 2001.
- Rudolph P. Matthee. The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600–1730. Cambridge: Cambridge University Press. 1999. ISBN ISBN 978-0-521-64131-9..
- Rudolph P. Matthee. The Pursuit of Pleasure: Drugs and Stimulants in Iranian History, 1500-1900. Princeton, New Jersey: Princeton University Press. 2005. ISBN 978-0691118550.
- Rudi Matthee. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. London: I.B.Tauris. 2012. ISBN 978-1-84511-745-0.
- Rudi Matthee; Willem Floor; Patrick Clawson. The Monetary History of Iran: From the Safavids to the Qajars. London: I.B.Tauris. 2013. 1–320. ISBN 978-0857721723.
- Alexander Mikaberidze. Historical Dictionary of Georgia. Lanham, Maryland: Rowman & Littlefield. 2015. ISBN 9781442241466.
- Donald Rayfield. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2012. ISBN 978-1780230702.
- Roger M. Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 9780521042512.
- Ronald Grigor Suny. The Making of the Georgian Nation. Bloomington, Indiana: Indiana University Press. 1994. ISBN 978-0253209153.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.
- Hani Khafipour. The Foundations of Safavid State: fealty, patronage, and ideals of authority (1501-1576). Chicago: The University of Chicago. 2013. 254.
- David Blow. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend. London, UK: I. B. Tauris & Co. Ltd. 2009. ISBN 978-1-84511-989-8.
- Colin P. Mitchell. New Perspectives on Safavid Iran: Empire and Society. Milton Park, UK: Routledge. 2011. ISBN 978-0-4157-7462-8.
- Eskandar Beg Monshi. Tārīk̲-e ʻālamārā-ye ʻAbbāsī [The History of Shah 'Abbas the Great]. Boulder, CO: Westview Press. 1978. ISBN 0-8915-8296-7.
- Aptin Khanbaghi. The Fire, the Star and the Cross: Minority Religions in Medieval and Early Modern Iran. London, UK: I. B. Tauris. 2006. ISBN 1-8451-1056-0.
- Givi Jamburia. Development of Georgian Sociopolitics in the First Half of the XVII Century. Tbilisi. 1983. səh. 425-426.
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Floor, Willem; Faghfoory, Mohammad H. The Dastur Al-moluk: A Safavid State Manual, by Mohammad Rafi' al-Din Ansari. Costa Mesa, California: Mazda Publishers. 2007. 1–355. ISBN 978-1568591957.
- Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica. Peeters Publishers (32). 2003: 1–278. doi:10.2143/SI.32.2.563203.
- Mousavi, Mohammad A. Asatrian, Garnik S. (redaktor). "The Autonomous State in Iran: Mobility and Prosperity in the Reign of Shah 'Abbas the Great (1587–1629)". Iran and the Caucasus. Brill. 12 (1). 2008: 17–33. doi:10.1163/157338408X326172. JSTOR 25597352.