Səfərbərlik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Səfərbərlik — müharibə elanı ilə əlaqədar olaraq, ehtiyatda olan müxtəlif yaşlıların və hərbi qulluğa yararlı olanların ordu sıralarına çağırışı. Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksi. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndinə əsasən, ümumi və qismən səfərbərliyin elan edilməsi, habelə səfərbərlik üzrə çağırılanları tərxis edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir. Prezident müharibə elan etsə, fövqəladə və hərbi vəziyyət elan etsə, Milli Məclisə razılıq üçün təqdimat verir.