Sür-papaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sür-papaq

Sür-papaq — Azərbaycan qədim milli atüstü oyunlarından biri.

Bəzən atüstü basketbol da adlandırılır. Sür-papaq oyununa bənzər oyunlardan Argentinada pato, Avropada isə horsbolu nümunə göstərmək olar.[1]

Oyunun qaydaları

[redaktə | vikimətni redaktə et]

Sür-papaq oyunu hər birində 4–8 nəfər idmançı olan iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir (10 10). Oyunun birinci yarısından sonra komandalar 5 dəqiqə istirahət edirlər və qapıları dəyişirlər, oyun mərkəzdən başlanır. Oyun heç-heçə qurtardığı halda qalib komandanı müəyyən etmək məqsədilə oyuna 10 (5 5) dəqiqə əlavə vaxt verilir. Əlavə vaxtda qalib müəyyən olunmasa, hər komandaya 5 top-papaq atmaqla 5 metrlik cərimə zərbələri təyin olunur. Bu zaman hesab heç-heçə olarsa, hər komanda maksimum 5 top-papaq olmamaqla ilk itirilən top-papağa qədər cərimə zərbələrinin atılması davam edir. Bu halda da qalib müəyyən edilməsə, qalib püşkatma yolu ilə müəyyən edilir.[2][3][4]

  1. "федерация конного спорта Казахстана - Хорсбол". 2013-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-15.
  2. "Azərbaycan Respublikası Atçılıq Federasiyası - Milli atçılı qoyunları". 2016-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-15.
  3. "Энциклопедия конника. Сюр-папах". 2018-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-15.
  4. "В. Парфенов, кандидат с/х наук, заведующий кафедры КОНЕВОДСТВА МСХА. Кавказские национальные конные игры". 2019-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-15.