Söyüdyarpaq armud
Söyüdyarpaq armud | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Söyüdyarpaq armud |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Söyüdyarpaq armud (lat. Pyrus salicifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Regional IUCN Statusu: NT.
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]10-12 m hündürlüyündə, alçaqgövdəli, tikanlı, dağınıq çətirli ağac və ya koldur. Gövdəsinin qabığı bozumtul, yaşlı budaqlarının qabığı isə qırmızımtıl rəngdə olur. Yarpaqları uzunluğu 6-9 sm və eni 0,5-1 sm olan uzun və ensiz-neştərşəkilli formadan uzunluğu 3-6 sm, eni 1-2 sm olan enli-neştərşəkilli formaya qədər dəyişir. Yarpaqlar demək olar ki, oturaq və ya çox qısa saplaq üzərində yerləşmişdir, tamkənarlı, bəzən qeyri-bərabər və aralı-dişciklidir, orta hissədən yuxarısı daha çox genişlənmiş, gümüşü və ya boz rəngdədir, hörümçək toruna bənzər və ya ipəyəoxşar sıx tüklüdür və qısalmış budaqda dəstə halında toplanmışdır. Çiçəkləri çoxçiçəkli qalxanlarda yerləşir. Meyvələri enli uzunsov və ya yumru olub, 1,5-2 sm uzunluğunda, 1,2-1.8 sm diametrində, yetişdikdə sarımtıl rəng alır, üstü ilk vaxtlar azacıq tükcüklü olur, böyüdükcə tükcüklərdəntəmizlənir və tam çılpaq olur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması-entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Quraqlığa davamlı, torpağa az tələbkar, işıqsevər bitkidir. Qiymətli qida bitkisidir. Mədəni sortlar üçün calaqaltı kimi və yaşıllaşdırmada dekorativ ağac kimi istifadə olunur.
Yayılması
[redaktə | mənbəni redaktə et]Samur-Dəvəçi düzənliyi, Qobustan, Böyük Qafqazın Quba sahəsi; Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu, Biçənək kəndi ətrafı, Culfa rayonu, Milax və Ərəfəsə kəndləri ətrafı).
Sayı və tendensiyası
[redaktə | mənbəni redaktə et]Populyasiyada azalma tendensiyası müşahidə olunur.
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Quru dağətəyi yerlərdə, bəzən qayalıqlarda, nadir hallarda ovalıqlarda rast gəlinir.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Meyvələri yerli əhali tərəfindən toplanır, gəmiricilər və quşlar tərəfindən yetişmədən əvvəl yeyilir.
Mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Türyançay Dövlət Təbiət Qoruğunda mühafiə olunur.