Ruzi Musayev
Ruzi Musayev | |
---|---|
Musayev Ruzi Əbdürəhman oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Bakı |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Musayev Ruzi Əbdürəhman oğlu — texnika elmləri doktoru
Həyatı
[redaktə | mənbəni redaktə et]Musayev Ruzi Əbdürəhman oğlu 1933-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra "Bibiheybət" NQÇİ-də operator, usta köməkçisi, usta və Dövlət şəhər texniki nəzarət idarəsində mühəndis-inspektor (müfəttiş) işləmişdir. 1961-ci ildən Azərbaycan EADNQYPİ-da mühəndis, kiçik elmi işçi, böyük elmi işçi işləmişdir. 1961-ci ildə bu institutun aspirantı olmuşdur. 1992–2015-ci illərdə Azərbaycan MEA Geologiya və Geofizika İnstitutunda "Layın fiziki kimyası" laboratoriyasının rəhbəri olmuşdur. 1965-ci ildə "Neftdə həll olunan səthi-aktiv maddələr, onların adsorbsiyası və quyudibi zonanın emalı üçün tətbiqi şəraitləri (Abşeron yarımadasının yataqları timsalında)" mövzusunda namizədlik, 1991-ci ildə isə "Neft hasilatının intensivləşdirilməsi üçün neft emalı və neftkimya məhsullarının tətbiqinin fiziki əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Musayev R. Ə. neft və qaz quyularının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: laylarda baş verən səthi-molekulyar, kapilyar proseslər; neftin su ilə sıxışdırılması mexanizmi; layların neftverimi; SFM, qələvilərin, turşuların, aralıq neft emalı və neft kimyası maddələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin, məhsuldar qatda və quyudibi zonada fiziki və fiziki-kimyəvi üsulların təsiri altında baş verən mikroproseslərin öyrənilməsi; kimyəvi məhsulların əsasında sinergetik səmərəsi olan kompozisiyaların axtarışı; neft hasilatını intensivləşdirilməsinin yeni texnologiyalarının işlənilməsi; hasilat və suvurucu quyuların məhsuldarlığının artırılması; müəllif nəzarəti və texnologiyaların tətbiqi barədə alınmış barədə alınmış materialların təhlili; məhsuldar qatın (layın) ekologiyası.
Musayev R. Ə. 140-dan artıq elmi məqalənin, 8 təlimatın (instruksiyanın) müəllifidir. İxtiralara görə 14 müəlliflik şəhadətnaməsi alıb. Kadr hazırlığı ilə məşğul olub.