Ruud Qullit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ruud Qullit
nid. Ruud Gullit
2012-ci ildə
2012-ci ildə
Ümumi məlumatlar
Ləqəbi De Zwarte Tulp[1]
Doğum tarixi (62 yaş)
Doğum yeri Amsterdam
Vətəndaşlığı Niderland Niderland
Boyu 1,86 m
Çəkisi 83 kq
Mövqeyi yarımçüdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını başa vurmuşdur
Karyerası
Gənclik karyerası
1973—1975 Niderland Meerboyz
1975—1979 Niderland DVS
Klub karyerası[* 1]
1979—1982 Niderland Harlem 91 (32)
1982—1985 Niderland Feyenoord 85 (31)
1985—1987 Niderland PSV 68 (46
1987—1993 İtaliya Milan 117 (35)
1993—1994 İtaliya Sampdoriya 31 (15)
1994 İtaliya Milan 8 (3)
1994—1995 İtaliya Sampdoriya 22 (9)
1995—1998 İngiltərə Çelsi 32 (3)
Milli yığma[* 2]
1981—1994 Niderland Niderland 66 (17)
Təltif və medalları
Avropa çempionatları
 
Qızıl AFR 1988
Bürünc İsveç 1992

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruud Qullit (nid. Ruud Gullit) — Niderlandlı futbolçu və məşqçi. 1988-ci ilin Avropa çempionu. 1992-ci il Avropa çempionatının bürünc mükafatçısı. 1987-ci ilin Qızıl top mükafatının sahibi. Milan futbol klubu və Niderland millisindəki çıxışları ilə tanınır.

Ruud Qullit 1 sentyabr 1962-ci il tarixində Amsterdam şəhərində anadan olmuşdur. Qullitin valideynləri Surinamdan olan emiqrantlar idi. Atası Corc Qullit məktəbdə iqtisadiyyatdan dərs deyirdi və öz rəsmi ailəsi ilə yaşayırdı. Ruudun anası isə Corc Qullitin məşuqəsi Mariya Dil idi.[2] O, Amsterdam Dövlət Museyində xadimə işləyirdi. Buna baxmayaraq, atası Ruudu və anasını saxlayırdı, Ruud isə öz ögey qardaş və bacıları ilə tez-tez təmasda olurdu.[3]

Futbol oynamağı Qullit Amsterdamın Yordan rayonunda öyrənmişdi. 1970-ci ildə o Meerboyz yeniyetmə klubuna üzv olur. Ruudun 10 yaşı olanda, ailəsi Yordandan Amsterdamın Aud Vest rayonuna köçür. Burada o, küçədə futbol oynayaraq, Frank Raykard ilə tanış olur. Həmin zaman Ruud qaradərili olduğuna görə tənqidlərə məruz qalır[3].

  1. https://sportmagazine.knack.be/sport/voetbal-internationaal/ruud-gullit-knuffelbeer-op-witte-kousen/article-longread-1302631.html.
  2. I fought back from the brink of death but Ruud won't end our bitter. // Sunday Mirror, 18 aprel 1999.
  3. 1 2 Ruud Qullitin müsahibəsi // The Sunday Times, 23 sentyabr 2007.