Ruslan Alxanov
Ruslan Alxanov | |
---|---|
Doğum tarixi | 27 aprel 1962 (62 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Ruslan Alxanov (27 aprel 1962, Tsentaroy) — Rusiya dövlət xadimi, polis general-leytenantı (2011), Hüquq elmləri namizədi. Nəsillikcə polis olan ailənin üzvü.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]27 aprel 1962-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Şali rayonunun Sentaroy kəndində (indiki Kurçaloyev rayonu Əhməd-Yurt kəndi) anadan olmuşdur. 1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edir.
1990-cı ildə Lev Nikolayeviç Tolstoy adına Çeçen-İnquş Dövlət Universitetinin Coğrafiya fakültəsini coğrafiya müəllimliyi ixtisası üzrə bitirir. 2000-ci ildə Mahaçqala Maliyyə və Hüquq İnstitutuna daxil olue və oranı 2004-cü ildə bitirir. 2007-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə Çeçenistanın daxili işlər orqanlarında xidmət edir. Xüsusi Təyinatlı Milis Dəstəsində döyüşçüsü olur. 1993-1995-ci illərdə Qroznı şəhərinin Lenin rayonu Daxili İşlər İdarəsinin Nəqliyyat Təhlükəsizliyi Müdirliyində çilis olaraq çalışır.
1995-1997-ci illərdə Şimali Qafqaz Daxili İşlər İdarəsinin Gudermes daxili işlər şöbəsinin nəqliyyat sahəsinin xətti polis bölməsində fəaliyyət göstərir.
1999-cu ilin dekabrından Çeçenistan Respublikasının Müftisi Əhməd Kadırovun mühafizəçisinə rəhbərlik edir.
2000-2003-cü illərdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə Daxili İşlər İdarəsində yüksək vəzifəli şəxslərin təhlükəsizliyini və Çeçenistandakı obyektlərin, dövlət orqanlarının qorunmasını təmin etmək üçün ayrı bir dəstənin komandiri vəzifəsində çalışmışdır.
2003-cü ilin mayından 2004-cü ilin iyununa qədər Çeçenistan Xüsusi Təyinatlı Milis Dəstəsinə rəhbərlik edir.
9 may 2004-cü ildə Çeçenistan Prezidenti Əhməd Kadırov öldürülən zaman Qroznıdakı Dinamo stadionunda olur. Kadırovun kürsüsünün altına qoyulan bombanın partlayışı zamanı o, Kadırovun yanında olur və partlayış zamanı yaralanır.
2004-cü ilin iyunundan nazir vəzifəsini icra edir, 27 dekabr 2004-cü ildən isə Çeçenistan Respublikasının Daxili İşlər Naziri postunu rəsmi olaraq tutur[1].
Dəfələrlə terrorçulara qarşı aşağılayıcı danışığı ilə bilinir və Dokka Umarovu cəzalandıracağına söz verməsi də məlumdur[2][3].
Ailəsi
[redaktə | mənbəni redaktə et]Evlidir. Həyat yoldaşı - Tamara Borisovna[4]. Ailənin 3 oğlu, 4 qızı, 13 nəvəsi vardır.
Oğlu Artur Arqun şəhəri Daxili İşlər İdarəsinin rəisidir. Digər oğlu Bislan Çeçenistan Respublikasının Qroznı rayonu üzrə Daxili İşlər İdarəsinin rəhbəridir[5].
Rütbəsi
[redaktə | mənbəni redaktə et]Polis mayoru (iyun 2004);
Polis polkovnik-leytenantı (dekabr 2004);
Polis polkovniki (iyul 2005);
Polis general-mayoru (2006);
Polis general-leytenantı (24 mart 2011)[6][7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Указ Президента Российской Федерации от 27.12.2004 г. № 1607 «О Министре внутренних дел Чеченской Республики»". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
- ↑ "ВЗГЛЯД / МВД Чечни: Умаров давно не имеет влияния на боевиков". 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
- ↑ "Глава МВД Чечни: Умаров, как крыса, перемещается с места на место | Интервью | Лента новостей «РИА Новости»". 2013-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
- ↑ "Руслан Алханов, один из немногих ветеранов кадыровской команды". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
- ↑ "Сын главы МВД Чечни возглавил отдел полиции в Аргуне". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
- ↑ "Алханов Руслан Шахаевич". 95.xn--b1aew.xn--p1ai. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
- ↑ "Указ Президента Российской Федерации от 24.03.2011 г. № 350 «О присвоении специального звания высшего начальствующего состава сотрудникам органов внутренних дел Российской Федерации и назначении на должность сотрудников органов внутренних дел Российской Федерации»". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.