Ruben Qaliçyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ruben Qaliçyan
Doğum tarixi 30 noyabr 1938(1938-11-30)[2] (85 yaş)
Doğum yeri
Elm sahələri kartoqrafiya, tarix[1]
Elmi dərəcələri
Üzvlüyü
Mükafatları Movses Xorenli medalı (Ermənistan)

Ruben Qaliçyan (erm. Ռուբեն Գալչյան, ing. Rouben Galichian; 30 noyabr 1938[2], Təbriz) — erməni əsilli Birləşmiş Krallıq alimi və tədqiqatçısı. O, ErmənistanınCənubi Qafqaz regionunun tarixi xəritələri üzrə ixtisaslaşmışdır.

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ruben Qaliçyan İranda, Təbriz şəhərində bir erməni ailəsində anadan olmuşdur.[3] Qafqazın tarixi və kartoqrafiyası ilə bağlı çoxlu kitab və məqalələr dərc etdirmişdir. Onun ilk kitabı "Historic Maps of Armenia. The Cartographic Heritage" (2004) 2,600 il ərzində dünyanın və Qafqazın xəritələrinin toplusudur, 2005-ci ildə bestseller olmuşdur.[4] Onun məqalələri müxtəlif kartoqrafik jurnallarda və dövri nəşrlərdə, o cümlədən "Imago Mundi" və "IMCoS" jurnallarında dərc edilmişdir. Qaliçyan Ermənistan, ABŞ, İran, Birləşmiş Krallıq və Fransada geniş mühazirələr oxumuşdur.[5]

Ermənistan tarixi kartoqrafiyasındakı xidmətlərinə görə Qaliçyan 2008-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür. O, 2009-cu ildə erməni mədəniyyəti sahəsində xidmətlərinə görə I Vazgen medalı ilə təltif edilmişdir. Qaliçyan 2013-cü ildə Ermənistan–diaspor münasibətləri və erməni mədəniyyəti sahəsində xidmətlərinə görə Movses Xorenli adına Prezident medalı ilə təltif edilmişdir.[6][7]

Seçilmiş əsərləri =

[redaktə | mənbəni redaktə et]
  • Historic Maps of Armenia. The Cartographic Heritage London: IB Tauris, 2004. ISBN 978-1-86064-979-0 or 1-86064-979-3 Held by 164 WorldCat libraries. WorldCat
  • Hayastaně hamashkharhayin kʻartēzagrutʻean mēj = Armenii︠a︡ v mirovoĭ kartografii (Armenia in World Cartography) (in Armenian and Russian) Yerevan: Printinfo Art Books, 2005. ISBN 978-99941-957-4-9 WorldCat
  • Countries South of the Caucasus in Medieval Maps. Armenia, Georgia and Azerbaijan London: Gomidas Institute and Yerevan: Printinfo Art Books, 2007. ISBN 978-1-903656-69-3 or 1-903656-69-9 Worldcat
  • The Invention of History: Azerbaijan, Armenia and the Showcasing of Imagination Gomidas Institute and Yerevan: Printinfo Art Books, 2009. First edition. ISBN 978-1-903656-86-0 WorldCat. Translated to Russian, Armenian and Persian.
  • Clash of Histories in the South Caucasus: Redrawing the Map of Azerbaijan, Armenia and Iran [1].ISBN 978-1-908755-01-8. (Translated to Russian and Persian).
  • Historic Maps of Armenia. The Cartographic Heritage. Abridged and Revised London: Bennett and Bloom, 2015.ISBN 978-1-908755-20-9.
  • A Glance into the History of Armenia through Cartographic Records London: Bennett and Bloom, 2015. ISBN 978-1-908755-26-1.
  • "A Medieval Armenian T-O Map" (Article). Imago Mundi 60:1. London: January 2008. 86–92.
  • History of the Armenian Cartography up to the year 1918 London: Bennett and Bloom, 2017, ISBN 978-1-908755-29-2. WorldCat
  • Armenia, Azerbaijan and Turkey. Addressing Paradoxes of Culture, Geography and History. London, Bennett & Bloom, July 2019. ISBN 978-1-908755-35-3.
  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Ermənistan Milli Elmlər Akademiyası. 1943.
  3. "Rouben Galichian (Galchian) - Biography". Roubengalichian.org. August 2015. 25 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2016.
  4. "WorldCat, Most widely held works by Rouben Galichian". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-16.
  5. "Zatik Association of Italian-Armenian friendship, Rouben Galichian". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-16.
  6. "Official website of Dr. Kaveh Farrokh, Books by Rouben Galichian". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-16.
  7. Amazon, Clash of Histories in the South Caucasus: Redrawing the Map of Azerbaijan, Armenia and Iran. About the Author