Rozanilin boyaqları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rozanilin boyaqları
Ümumi
Kimyəvi formulu C₂₀H₁₉N₃·HCl
Molyar kütlə 0 kq[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 632-99-5
PubChem
ChEBI 87665
ChemSpider

Rozanilin boyaqlarıtrifenilmetan boyaqlarıdır. Onlar amin qrupları olan əsas xassəli boyaqlardır. Onların ən sadələri ikiaminli malaxit yaşılı və üçaminli parafuksindir.

Malaxit yaşılı

[redaktə | mənbəni redaktə et]

Malaxit yaşılı, diamintrifenilmetanın dördmetilli homoloqudur. Malaxit yaşılı almaq üçün əvvəlcə iki molekul dimetilanilin və bir molekul benzoy aldehidini sinkxlorid və ya sulfat turşusu vasitəsi ilə kondensləşdirir və leykəsası alırlar. Alınan leykəsası-tetrametildi amintrifenilmetanı PbO2 ilə oksidləşdirərək, tetrametil diamintrifenilkarbinola çevirirlər, sonra ona xlorod turşusu ilə təsir etməklə malaxit yaşılı boyağı əldə edirlər.

Kristal şəkilli fuksin

Malaxityaşılı, məhlulda göyümtül-yaşıl rəngli olur. O, əsasən pambıqipək parçaları boyamaq üçün işlədilən qəşəng yaşıl boyaqdır. Pambıq parçaları trifenilmetan boyaqları ilə boyamaq üçün rəngab olaraq tannin işlədirlər.

Dietalanilini benzoy aldehidi ilə kondensləşdirməklə malaxit yaşılının homoloqu (dörd metil qrupu əvəzinə dörd etil qrupu olan) brilyant yaşılı alınır. Brilyant yaşılı təbabətdə yaraları dezinfeksiya etmək üçün işlədilir.

Parafuksin, anilin və paratoluidin qarışığının nitrobenzol vasitəsi ilə oksidləşməsindən alınır. Bu zaman əvvəlcə leykəsas olan triamintrifenilmetan və ya pararozanilin, daha sonra turşu ilə təsir etməklə parafuksin boyağı alınır.

Parafuksinin xassələri

[redaktə | mənbəni redaktə et]

Parafuksin bərk halda metal kimi parlaq, yaşıl rəngli, kristal maddədir. Onun suda məhlulu göyümtül-qırmızı rəngdə olur. Ona az miqdarda natrium qələvisi ilə təsir etdikdə məhlulun rəngi dəyişmir, çünki bu zaman xlor ionunun hidroksil ilə əvəz olunması, kationun halına təsir etmir. Çoxlu miqdarda natrium qələvisinin təsirindən parafuksin məhlulunun rəngi itir, çünki bu zaman hidroksil ionlarının konsentrasiyası artır, nəticədə elektrolitik dissosiasiya boğulur və dissosasiyaya qabil olmayan molekullar alınır.

Fuksin boyağı

[redaktə | mənbəni redaktə et]

Fuksin boyağı 1859-cu ildən sənayedə alınmağa başlanan bu boyaq, parafuksindən bir metil qrupunun artıq olması ilə fərqlənir. Onu almaq üçün bir molekul anilin, bir molekul ortotoluidin və bir molekul paratoluidin qarışığını oksidləşdirib, sonra ona turşu ilə təsir edirlər. Fuksində malaxit yaşılı kimi yaxşı boyaq olaraq işlədilir. Bu boyaqları sulfolaşdırmaqla onların sulfoturşularını alırlar. Fuksinsulfoturşu, turş fuksin adı ilə çoxlu miqdarda alınır və işlədilir. Fuksin və parafuksin SO2 qazı ilə rəngsiz fuksinsulfit turşuları əmələ gətirir. Onlar aldehidlərin təsirindən göy-qırmızıdan qırmızı-bənövşəyi rəngə qədər boyanır və aldehidləri təyin etmək üçün reaktiv kimi istifadə olunur.

Bənövşəyi metil boyağı

[redaktə | mənbəni redaktə et]

Bənövşəyi metil boyağının (metilviolet) əsas tərkib hissəsi pentametilparafuksindir. Onu, parafuksini metil spirti və xlorid turşusu ilə yüksək təzyiqdə qızdırmaqla və ya çox vaxt dimetilanilini az miqdarda fenol və mis-xloridin iştirakı ilə (hava oksigeni ilə) oksidləşdirməklə alırlar. İkinci üsulla bənövşəyi metil aldıqda dimetilanilinin metil qruplarından biri oksidləşərək qarışqa aldehidinə çevrilir, qarışqa aldehidi dimetilanilinin molekulları ilə kondensləşərək, boyağın mərkəzi – “metan” karbonunu təşkil edir. Metilviolet, məhlulda qırmızı-bənövşəyi rəngli olub, mürəkkəb, ştempel boyaqları, rəngli lentlər və s. istehsalında, habelə təbabətdə antiseptik maddə kimi işlədilir.

Bənövşəyi kristal boyağı

[redaktə | mənbəni redaktə et]

Bənövşəyi kristal boyağı (kristalviolet) heksametilparafuksindir. Onu almaq üçün Mixler ketonunu POCl3 iştirakı ilə dimetilanilin ilə kondensləşdirirlər. Kristalviolet boyağı, bərk halda mis kimi parlaq, yaşıl kristallardır; suda həll etdikdə mühüm bənövşəyi boyaqlardan biridir. Göy anilin boyağı Göy anilin boyağı və ya trifenilparafuksin, parafuksini az miqdarda benzoy turşusunun iştirakı ilə anilinlə qızdırdıqda alınır. Göy anilin suda həll olmur, qələvi məhlulda göy rəngdə olur.

  • M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966.
  1. 4-[(4-Aminophenyl)(4-imino-2,5-cyclohexadien-1-ylidene)methyl-2-methylaniline hydrochloride (1:1)] (ing.). 2007.