Roza Əsgərova
Roza Əsgərova | |
---|---|
Doğum tarixi | 15 avqust 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 2009 |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Botanik |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
İş yeri | |
Təhsili |
Canlı təbiətin sistematiki | ||
---|---|---|
Tədqiqatçı, botanika taksonlarını təsnif edən. Beynəlxalq Botaniki Adlandırma Kodeksində bu ad qısaldılmış şəkildə belə göstərilir: «Askerova».
Bu cür taksonlar IPNI saytında Şəxsi səhifə IPNI saytında
|
Roza Qasım qızı Əsgərova (15 avqust 1929, Qahab, Naxçıvan MSSR – 2009, Bakı) — Botanik, biologiya elmləri doktoru[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Əsgərova Roza Qasım qızı 15 avqust 1929-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olub.[2]
Vəfatı
[redaktə | vikimətni redaktə et]21 fevral 2009-cu ildə Bakı şəhərində vəfat edib.
Təhsili
[redaktə | vikimətni redaktə et]1949-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Elmi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Roza Əsgərova əsasən toxumlu bitkilərin təsnifatı üzrə ixtisaslaşmışdır.
1949-cu ildə Azərbaycan SSR EA-nın Botanika İnstitunda elmi katib, 1956-cı ildən elmi işçi işləmişdir. İnstitutda ali bitkilərin sistematikası şöbəsinin müdiri olub. 1979-cu ildə biologiya elmlər doktoru olub. Tədqiqatları ilk dəfə palinologiya üzrə respublikada müasir bitkilərin tozcuqlarının morfologiyasına (palinomorfologiya) və onun sistematikada tətbiqinə (palinosistematika), kasnıkimilər yarımfəsiləsinin palinologiyasının öyrənilməsinə həsr edilmişdir. Kadrların hazırlanmasında xidməti var. Bir monoqrafiyanın müəllifi, 80-ə qədər elmi məqalənin müəllifidir. III Beynəlxalq palinologiya (Novosibirsk, 1971), 12-ci beynəlxalq botanika konqreslərində, mürəkkəbçiçəklər fəsiləsinə dair beynəlxalq konfransda (London, (1994) məruzə etmişdir.
Təsnif etdiyi taksonların siyahısıs
[redaktə | vikimətni redaktə et]- triba Scolymeae Askerova, 1976[3]
- Nepeta sosnovskyi Askerova, 1954[4]
- Pojarkovia Askerova, 1984[5]
- Zuvanda (F.Dvořák) Askerova, 1985[6]
- Zuvanda crenulata (DC.) Askerova, 1985[7]
- Zuvanda exacoides (DC.) Askerova, 1985[8]
- Zuvanda meyeri (Boiss.) Askerova, 1985[9].[10]
Kitabları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan florası" (həmmüəllif). T. 7–8. Bakı., 1959–61.
- "Azərbaycanın qırmızı kitabı"nın müəlliflərindəndir. Bakı.,1989
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Milli Ensiklopediyası". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-20.
- ↑ Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 154. ISBN 5-8066-1468-9.
- ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 61(7): 962 (1976).
- ↑ Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S. S. S. R. 16: 286 (1954). POWO
- ↑ Novosti Sist. Vyssh. Rast. 21: 185 (1984). (1984). POWO
- ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 522 (1985). POWO
- ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 523 (1985). POWO
- ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 524 (1985). POWO
- ↑ Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 523 (1985)
- ↑ "Arxivlənmiş surət". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.