Rostral sütun (Sankt-Peterburq)
Rostral sütun | |
---|---|
rus. Ростральные колонны | |
59°56′38″ şm. e. 30°18′21″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Memar | Jan Toma de Tomon[1] |
Tikilmə tarixi | 1805[1] - 1810[1] |
İstinad nöm. | 7810141004 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rostral sütun (rus. Ростральные колонны) – Sankt-Peterburqun mərkəzində, Vasilevski adasında yerləşən memarlıq abidəsi. XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur.
Tarixi
[redaktə | vikimətni redaktə et]Rostral sütunlar 1810-cu ildən etibarən, sütunları gəmi rostrları ilə bəzəyən fransız memar Jan Toma de Tomonun layihələri əsasında inşa edilməyə başlanmışdır. Bu cür dizayn ölkənin donanmasının gücünü göstərməklə yanaşı, həm də sütunları məhv edilmiş düşmən gəmilərinin rostrları (lat. Rostra, cəm şəklində lat. Rostrum, gəminin burnu) ilə bəzəmək kimi Qədim Roma adətinə əsaslanır.
Sütunun layihəsi üzərində həm dəVoloqod quberniyasında kasıb kəndli ailəsindən çıxmış məşhur bənna Samson Suxanov[1] işləmişdir. Sütun altlığındakı heykəllər İ. Jamberlen və J. Tibo tərəfindən işlənmişdir. Sütunun açılışı 1815-ci ildə baş tutmuş və mayak 1885-ci ilə kimi gecələr və dumanlı havalarda yandırılmışdır.
İnşaat
[redaktə | vikimətni redaktə et]Cənub mayakı Böyük Nevaya (59°56′35″ şm. e. 30°18′25″ ş. u.HGYO), şimal mayakı isə Kiçik Nevaya (59°56′41″ şm. e. 30°18′18″ ş. u.HGYO) doğru yol göstərir. Sütunların aşağısında iki kişi, iki qadın heykəlləri vardır ki, geniş yayılmış mülahizəyə görə bu heykəllər Rusiyanın dörd böyük çayını təmsil edir: şimaldakılar Volqa və Dnepri, cənubdakılar Neva və Volxov. Lakin, bu nəzəriyyənin heç bir əsası yoxdur, Toma de Tomson özü bu haqqda yazır: “sütunların hər birinin altlıqları dəniz və ticarət tanrılarını simvolizə edən böyük fiqurlarla bəzədilmişdir."[2] Heykəllər, memarın seçimi əsasında fransız heykəltəraşları İ. Jamberlen və J. Tibo tərəfindən hazırlanmışdır. Heykəllərin materialı kimi əvvəlcə bürünc seçilsə də, sonradan onun işlənməsinin çətinliyi nəzərə alınaraq, Qatçina rayonun Pudost qəsəbəsindən gətirilən Pudost daşına üstünlük verilmişdir. Kemberlen şimal sütunundakı kişi heykəlini işləmişdir, digər üç heykəl isə J. Tibo tərəfindən işlənmişdir.
Sütunların daxilində qıvrılmış pilləkən vardır, bu pilləkənlər sütunun zirvəsindəki baxış meydançasına aparır, meydançanın ortasında isə dəmir dəstək tərəfindən saxlanan metal kasa – fənər vardır. Kasanın içinə çətənə yağı tökürdülər ki, yandırıldığı zaman bu yağ böyük alov sütunu əmələ gətirərək qaranlıq gecələrdə və dumanlı günlərdə gəmiçilərə yol göstərsin. 1896-cı ildən etibarən mayaklar elektrik enerjisi ilə işıqlandırılmağa başlandı, 1957-ci ildən etibarən isə qazdan istifadə olundu.
Müasir dövrdə mayakları yalnız xüsusi günlərdə yandırırlar.
Hadisələr
[redaktə | vikimətni redaktə et]2011-ci ilin 7 noyabr gecəsində naməlum şəxslər rufinq məqsədilə Rostral sütunu açmışlar, lakin abidəyə ziyan dəyməmişdir.[3]
23 avqust 2011-ci ildə naməlum kişi sütunlardan birinin içinə daxil olaraq qaz ötürücüsnü açmış və alov yandırmışdır. Hüquq-mühafizə orqanlarına xəbər verilməsindən sonra yanğınsöndürmə xidməti nümayəndələri gələrək, qazı kəsmiş və alovu söndürmüşlər. Hadisə nəticəsində heç kim ziyan çəkməmişdir.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 "Информационно-справочные ресурсы Министерства культуры Российской Федерации". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-22.
- ↑ "Журнал «Наука и жизнь» № 2 2000 год". 2008-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-22.
- ↑ "Ростральные колонны были доступны для посещения из-за сломанной двери". 2011-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-22.
- ↑ "В Петербурге снова «зажгли»". 2013-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-22.