Reichsmarine
Reichsmarine (RM) | |
---|---|
Növü | Donanma |
Yaranma tarixi | 1919-1935 |
Ölkə |
Veymar Respublikası (1919-1933) Üçüncü Reyx (1933-1935) |
Daxildir | Reichswehr[1] |
Hissə | Reichswehr |
Fərqlənmə nişanları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Reichsmarine (Azərbaycan dilində mənası: İmperatorluq Donanması) — bütün Weimar Respublikası boyu və Nasist Almaniyasının ilk iki ilində Almaniya Hərbi Dəniz Qüvvələrinin adı idi. 1919-1935-ci illər arasında Reichswehr ilə bir sub şöbə olaraq işləmişdir. Adolf Hitler tərəfindən dəyişiklik həyata keçirilərək 1935-ci ildə Wehrmachtın bir qolu olan Kriegsmarineyə çevrildi.
Qurulması
[redaktə | mənbəni redaktə et]16 yanvar 1919-cu ildə Kaiserliche Marinenin yerində Vorläufige Reyxsmarine (Müvəqqəti İmperiya Donanması) yaradıldı. 1 yanvar 1921-ci ildə Reichsmarine adı ilə yeni Alman donanması rəsmi olaraq quruldu.
Versal müqaviləsinin şərtləri ilə Alman Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlardan ibarət donanması olmayacaqdı. Yalnız 6 döyüş gəmisi, 6 kreyser və 12 destroyer ilə məhdudlaşırdı. Köhnəlmiş döyüş gəmilərinin dəyişdirilməsinin maksimum ölçüsü 10.000 ton ilə məhdudlaşdırıldı.
Sahə və avadanlıqları
[redaktə | mənbəni redaktə et]Versal sülh müqaviləsi Reichsmarineyə yeni silahlar əldə etməyi məhdudlaşdırdı və eyni zamanda onun yeni texnologiyalarla tanış olmasına mane oldu. Bu məhdudiyyətlər Alman Hərbi Dəniz Qüvvələrinin Müttəfiq qüvvələr> üçün gələcəkdə təhlükə halına gəlməməsini hədəfləmişdi.