45°20′00″ şm. e. 141°00′00″ ş. u.HGYO

Rebun adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rebun
yap. 礼文島
Ümumi məlumatlar
Sahəsi 81,33 km²
Uzunluğu
  • 29 km
Eni 8 km
Sahil uzunluğu 72 km
Hündür nöqtəsi 490 m
Əhalisi 2.572 nəfər (2018-ci il)
Yerləşməsi
45°20′00″ şm. e. 141°00′00″ ş. u.HGYO
Ölkə  Yaponiya
Rebun xəritədə
Rebun
Rebun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rebun adası (yap. 礼文島) — Vakkanai şəhərinin qərbdə, Hokkaydo adasının şimal-qərb sahilindən təxminən 45 km məsafədə, Yapon dənizində yerləşən vulkanik ada. Yaponiyanın, Hokkaydo prefekturası, Soya dairəsi, Rebun qəzasına daxildir. Adanın sahəsi 81,33 km²-dir. Uzunluğu 29 km, eni isə 8 km-ə bərabərdir.

Adanın adı Aynu dilində işlənən Rep-un sözündən götürülmüşdür. Mənası açıq dəniz adası deməkdir.

Vulkanik mənşəlli adadır. Sahil qayalıqlarında andezit-bazaltların sütunlu hissələrinə tez-tez rast gəlinir. Rişiri adasından Rebun boğazı ilə ayrılır[1][2][3]. Qonşu Risiri ilə müqayisədə Rebun kişik adadır. Adanın ən yüksək nöqtəsi 490 m hündürlükdə olan Rebun dağıdır.

Adanın təpələrindən dənizə bir çox mənbə axır. Şimal hissəsində Kutane adlı şirin su gölü vardır. Sahil xətti zəif parçalanmışdır. Yalnız şimal sahilində Funadomari körfəzi var. Rebun adasının yaxınlığında (1 km şimaldan) kiçik Todo adası və Yanaqinosyo rifi vardır.

Ada iqlimi mülayim dənizdir (Yaponiyanın özündə Rebunun iqlimi rütubətli subarktik kimi təsnif olunur). Ada isti Soya cərəyanının təsirinə məruz qalır. Gündəlik temperatur amplitüdü olduqca azdır. Mütləq maksimum 31.0 ° C (07.26.1989), mütləq minimum -19.4 ° C (02.16.1978) təşkil edir. Adaya miqdarda yağıntı düşür (1979-cu ildə 709 mm-dən 1999-cu ildə 1247 mm-ə qədər). Qışda buludlu və küləkli havalar müşahidə edilir.

Sərin iqlim səbəbiylə alp florası demək olar ki, dəniz səviyyəsindən əmələ gəlməyə başlayır. Adanın dik qərb sahillərində relyerf sərtdir, burada il boyu güclü küləklər əsir. Adada ağaclar bitmir. Ancaq yamaclar boyu boyuk bambuk kollarına rastlanılır. Ada çox sayda quş növünərastlamaq mümkündür. Yerüstü fauna isə kasıbdır. Əvvəllər adada qonur ayı və yapon samuru yayılmışdı. hazırda isə növlər adada tamamən məhv olmuşdur. Adada ilanlar yoxdur, qurbağalara isə az rastlanılır. Adanın ətrafındakı sularda pərayaqlılar, qatil balinalar və bəzən Kiçik zolaqlı balina müşahidə olunur.

Yaxınlıqdakı Risiri adası və Hokkaydonun şimal-qərb sahil zolağı ilə birlikdə 1974-cü ildə təşkil olunan Risiri-Rebun-Sarobesu Milli Parkının bir hissəsidir.

Hər gün Risiriyə üç bərə hərəkət edir və gündə bir dəfə bərə qonşu Rebun adası sahillərinə yan alır. Səyahət 1 saat 40 dəqiqə çəkir. Bir tərəfli biletin qiyməti 1880 ¥ (təxminən 20 dollar) təşkil edir. Maydan sentyabr ayına qədər bərə sayı gündə dördə, yanvar-fevral aylarında ikiyə düşür.

Rebunda eyni adlı hava limanı fəaliyyət göstərir.

  1. 礼文島 [Rebun Island] // Dijitaru Daijisen (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-27.
  2. 礼文島 [Rebun Island] // Nihon Kokugo Daijiten (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-27.
  3. 礼文島 [Rebun Island] // Nihon Daihyakka Zensho (Nipponika) (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 153301537. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-22.