Rebeka Koha

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rebeka Koha
latış. Rebeka Koha
Doğum tarixi 19 may 1998(1998-05-19) (26 yaş)
Doğum yeri
Fəaliyyəti ağır atlet

Rebeka Koha (latış. Rebeka Koha19 may 1998, Vеntspils) — 58 kq-a qədər çəki dərəcəsində çıxış edən, Latviya ağır atletika üzrə idmançısı. İki qat Avropa çempionu (2018 və 2019). Dünya və Avropa çempionatlarının medalçısı. Rio-de-Janeyrodakı 2016 Yay Olimpiya Oyunlarının iştirakçısı. Rebeka Koha hal-hazırda 59 kq çəki dərəcəsində ağır atletikanın təkanla və birdən qaldırma üzrə Dünya və Avropa rekordlarının sahibidir[1][2].

Rebeka Koha 19 may 1998-ci ildə Latviyanın Ventspils şəhərində anadan olmuşdur. 12 yaşında ağır atletika ilə məşğul olmağa başlamışdır. Hal-hazırda Riqa Stradins Universitetinin tələbəsidir.

Gənclər arasında Avropa və Dünya çempionudur.

2014-cü ildə böyüklər arasında ilk debütunu etmişdir. 2014 Avropa çempionatında 48 kq-a qədər çəki dərəcəsində 7-ci olmuşdur.

Rio-de-Janeyrodakı Olimpiya Oyunlarının iştirakçısıdır. 53 kq-a qədər olan kateqoriyada Rebeka Koha yarışın bürünc mükafatçısı Yun Jin Heeyə yalnız 2 kq uduzaraq dördüncü olur. 2016-cı ildəki Yay Olimpiya Oyunlarında 53 kq çəkidə dördüncü olması ilə əlaqədar 2016 Yay Olimpiya Oyunlarında çıxışından sonraLatviyanın İlin Yüksələn Ulduzu olaraq seçilir.

2018-ci il noyabr ayının əvvəlində Aşqabadda 59 kq-a qədər çəki dərəcəsində Dünya Çempionatında 227 kq çəki qaldıraraq bürünc medal qazanır. Eyni zamanda təkanlıa qaldırmada da (103 kq) bürünc medal əldə edir.

2019-cu ildə Avropa çempionatında Rebeka qitə çempionatındakı ən yüksək nailiyyətini yenidən təkrarlayır və 221 kq çəki qaldıraraq qızıl medal qazanır. Digər ikin nominasiyada da iki qızıl medal əldə edir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2020-ci ilin yazında, Rebeka Koha Qətər diskatma üzrə idmançısı Moaz Mohammed İbrahim ilə nişanlandığını elan etmişdir.

2020-ci ilin iyul ayında o, İnstaqram səhifəsində islamı qəbul etdiyini elan edir. Bu yazıdan sonra əvvəllər yayımladığı bütün fotoları silir və onların yerinə hicablı dörd yeni şəkil yayımlayır[3].

  1. "2018 World Championships 59kg results". International Weightlifting Federation. 26 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2018.
  2. "Junior World Records Women". International Weightlifting Federation. 1 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2019.
  3. "Знаменитая латвийская штангистка Ребека Коха стала мусульманкой". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.