Rapsodiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Rapsodiya (yun. ῥαψῳδία - nəğmə qoşan [1]) — xalq mövzuları əsasında parafraz formasında qurulan virtuoz instrumental pyes.[2]

Qədim Yunanıstanda epik poemaları (dastan) nəğmə oxuyan musiqiçilərə rapsod deyirdilər. Qədim rapsodiyalardan biri Homer və "İliada", "Odisseya" antik rapsodiyalardan sayılır. XIX yüzillikdə macar bəstəkarı və pianoçusu Ferens List xalq mövzuları əsasında fortepiano üçün rapsodiyalar bəstələyir. List qaraçı xalq musiqisi əsasında yazılmış 19 "Macar rapsodiyaları", eləcə də "İspan rapsodiyası"nın müəllifidir. Listdən öncə fortepiano rapsodiyası janrına X. F. D. Şubart (1786), V. R. Qallenberq (1802), V. Y. Tomaşek (1813), V. Y. Vorjişek (1814) də müraciət etmişlər.

Daha sonra orkestr rapsodiyaları janrı ortaya çıxır və inkişaf edir. Orkestr üçün rapsodiyaların müəllifləri Antonin Dvorjak, Aleksandr Qlazunov, Corce Enesku, Moris Ravel və b.; orkestr və solist alət üçün rapsodiyaların müəllifləri isə Yohans Brams ( xor), Eduard Lalo, Sergey Raxmaninov, Sergey Lyapunov, Corc Gerşvin olmuşlar.[3]

Dünya bəstəkarlarının rapsodiyaları

[redaktə | mənbəni redaktə et]
  • Ferens List – fortepiano üçün "Macar rapsodiyaları" (19 dənə, 1847-1885); "İspan rapsodiyası" (1863)
  • Yohans Brams – fortepiano üçün "Solo-alt, kişi xoru və orkestr üçün rapsodiya" (1869, Hötenin sözlərinə)
  • Antonin Dvorjak – orkestr üçün "Slavyan rapsodiyaları" (3 dənə, 1878)
  • Eduard Lalo – skripka və orkestr üçün "Norveç rapsodiyası" (1879)
  • Aleksandr Qlazunov – orkestr üçün "Şərq rapsodiyası" (1889)
  • Sergey Raxmaninov – fortepiano üçün "Rus rapsodiyası" (1891), fortepiano və orkestr üçün "Paqanini mövzusunda rapsodiya" (1934)
  • Corce Enesku – orkest üçün "Rumın rapsodiyaları" (2 dənə, 1901)
  • Moris Ravel – orkestr üçün "İspan rapsodiyası"(1907)
  • Sergey Lyapunov – fortepiano və orkestr üçün "Ukrayna rapsodiyası" (1907)
  • Corc Gerşvin – fortepino və orkestr üçün "Blyuz stilində rapsodiya" («Rhapsody in Blue», 1924)
  • Sergey Prokofyev – "Ural rapsodiyası" ("Daş çiçək haqqda dastan" baletindən, 1951)
  • Aram Xaçaturyan – "Konsert-rapsodiyalar" (üçlük) – skripka üçün (1961), violonçel üçün (1963), fortepiano üçün (1968)

Azərbaycan bəstəkarlarının rapsodiyaları

[redaktə | mənbəni redaktə et]
  1. "Douglas Harper. Online Etymology Dictionary - Rhapsody". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.
  2. Əfrasiyab Bədəlbəyli. - İzahlı monoqrafik musiqi lüğəti - Rapsodiya Arxivləşdirilib 2021-04-23 at the Wayback Machine
  3. "Рапсодия". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.
  4. "Nəvə Müslüm Maqomayevin rəsmi saytı - Видео и аудио записи произведений композитора Муслима Магомаева старшего". 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.