Ramiz Babayev
Ramiz Babayev | |
---|---|
Doğum tarixi | 8 mart 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 1994 (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | kinematoqraf |
Təhsili |
Ramiz Əlirza oğlu Babayev (8 mart 1940, Əmircan – 11 yanvar 1994, Bakı) — Azərbaycan kinooperatoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ramiz Babayev 1940-cı il mart ayının 8-də Bakının Əmircan qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası Əlirza Yengixan oğlu Babayev (1894–1947) neft mədənlərində calışmış, anası Aliyə Məlikəhməd qızı Babayeva (1919–1994) isə evdar qadın olmuşdur. O 1947-ci ildə Əmircan qəsəbəsindəki 89 saylı orta məktəbdə oxumağa başlamışdır. 1957-ci ildə məktəbi bitirmiş və həmin il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator köməkçisi vəzifəsində işləməyə başlamışdır. 1959-cu ildə Odessa şəhərində Kinematoqrafiya məktəbinə daxil olmuş və həmin məktəbi 1962-ci ildə bitirdikdən sonra yenidən kinostudiyaya qayıtmışdır. Kinostudiyada işini davam etdirməklə yanaşı, 1963-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin İnstitutu "Elektrik intiqalı və avtomatlaşdırılmış qurğular" ixtisası üzrə bitirmişdir. 1975-ci ildə ailə həyatı qurmuşdur. 2 qız övladı var. 1986-cı ildə SSRİ Kinematoqrafçılar İttifaqına üzv seçilmişdir. 1988-ci ildə "Əmək qəhrəmanı" ordeni ilə təltif olunmuşdur. 1990-cı ildə Əmircan qəsəbəsindən deputat secilmişdir. Ramiz Babayev eyni zamanda bir çox filmlərdə epizodik rollarda da çəkilmişdir. O, 1994-cü il yanvarın 11-də geniş əhatəli infarktdan vəfat etmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-quraşdırma səhnələrin operatoru
- Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-quraşdırılmış səhnələrin operatoru
- Avqust gələndə (film, 1984)
- Bayquş gələndə... (film, 1978)
- Bir ailəlik bağ evi (film, 1978)
- Bircəciyim (film, 1986)
- Bizim küçənin oğlanları (film, 1973)
- Bu, Səttar Bəhlulzadədir (film, 1969)
- Cin mikrorayonda (film, 1985)
- Doğma sahillər (film, 1989)
- Fəryad (film, 1993)
- Fitnə (film, 1970)
- Gecə qatarında qətl (film, 1990)
- Gilas ağacı (film, 1972)
- Girişmə, öldürər! (film, 1990)
- Gümüşü furqon (film, 1982)
- Güzgü (film, 1990)(II)
- Haray (film, 1993)
- Həmyerli (film, 1989)
- Xüsusi vəziyyət (film, 1986)
- İmtahan (film, 1987)
- İnsan məskən salır (film, 1967)
- İşarəni Dənizdən Gözləyin (1986)
- Köhnə bərə (film, 1984)
- Qanlı zəmi (film, 1985)
- Qara "Volqa" (film, 1994)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qızıl uçurum (film, 1980)
- Qocalar, qocalar... (film, 1982)
- Lətifə (film, 1989)
- Mən mahnı qoşuram (film, 1979)
- Od içində (film, 1978)
- Onun bəlalı sevgisi (film, 1980)
- Ölsəm... bağışla (film, 1989)
- Ötən ilin son gecəsi (film, 1983)
- Pıspısa xanım və Siçan bəy (film, 1974)
- Sehrli xalat (film, 1964)
- Şərikli çörək (film, 1969)
- Şirbalanın məhəbbəti (film, 1991)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Üzeyir ömrü (film, 1981)
- Yay gününün xəzan yarpaqları (film, 1986)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 8 martda doğulanlar
- 1940-cı ildə doğulanlar
- Əmircanda doğulanlar
- 11 yanvarda vəfat edənlər
- 1994-cü ildə vəfat edənlər
- 53 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan kinooperatorları
- Bakıda doğulanlar
- Ürək tutmasından ölənlər