Rail Baltica

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Rail Baltica[1] — Baltikyanı ölkələri, Şərqi (Polşa) və Qərbi Avropanı birləşdirməli olan standart ölçülü reyslərə sahib bir dəmir yolu layihəsi.

Layihəyə əsasən magistral yol Tallin, Riqa, Kaunas, VarşavaBerlindən (və daha sonra Venesiyaya gediş yolunun davamı ilə) keçəcəkdir. Bununla da Mərkəzi və Şərqi Avropa arasında əlaqə yaxşılaşdıracaqdır. Bundan əlavə Tallinn və Helsinki arasında sualtı dəmir yolu tunelinin inşası da planlaşdırılır. Bu layihənin iqtisadi əsassız olduğu təqdirdə şəhərlər arasında bərə açılması planlaşdırılır. Beləliklə, Rail Baltica Finlandiya və Skandinaviyanın bir hissəsini Qərbi Avropa ilə birləşdirə bilər.

Rail Baltikanın əsas məqsədi Baltikyanı ölkələrin Avropa dəmir yolu şəbəkəsi ilə birbaşa əlaqəsini və regional inteqrasiyanın inkişafını bərpa etməkdir. Estoniya, LatviyaLitva dəmir yollarının Avropa Birliyinin nəqliyyat sisteminə inteqrasiyası qatarların sürətini, sərnişin, yük axınını və qazancını artıracaqdır.

Estoniya, Latviya, Litva və Polşa layihəni nəqliyyat infrastrukturunun inkişafındakı prioritetlərindən biri elan etmişdir.

Avropa Parlamentinin və Avropa Şurasının qərarı ilə Dəmiryolu Baltikyanı ölkələrinin 1 nömrəli Pan-Avropa Dəhlizinin bir hissəsi olaraq təyin edilmişdir. Layihənin Avropa Parlamentindəki koordinatoru Pavel Teliçkadır.

27 avqust 2015-ci ildə Polşadan Kaunasa ilk sərnişin qatarı gəlir[2]. Kaunasdan Belostoka (Polşa) ilə müntəzəm sərnişin marşrutu 17 iyun 2016-cı ildə açılır[3].

Estoniyanın paytaxtı Tallindən Litva-Polşa sərhədi istiqamətində Avropa qatarı Baltica Dəmiryolu ilə 2026-cı ildə getməsi palnlaşdırılır. Daha 5 il sonra Polşadan Berlinə marşrutların getməsi plandadır.

2024–2030-cu illərdə çəkilişi nəzərdə tutulan Dəmir yolu Baltica-2 layihəsi hazırlanır. İtaliyanın şimalından Tallinə birbaşa xətt olmalıdır[4].

Yolun yüksək sürətli olması palnlaşdırılırdı (qatarların sürəti saatda 250 km-ə çatmalı idi), lakin tikinti və texniki dizayn başlamazdan əvvəl əldə edilən sürət saatda 160 km, sonra 120 km/saat, yük sürəti isə 70 km/saata endirildi[5].

Baltikyanı ölkələrdə marşrut: Kaunas - Panevejis - Bauska - Riqa - Pyarnu - Tallin[6].

Layihəni 2016-cı ildə həyata keçirmək üçün Baltikyanı ölkələr RB Rail birgə müəssisəsi qururlar[7].

2017-ci ilin yanvar ayında Baltikyanı ölkələrin baş nazirləri Rail Baltica layihəsinin icrası ilə bağlı müqavilə imzalayır[8].

Dəmir yolunun tikintisi 2025-ci ilə qədər başa çatdırılmalıdır.

Maliyyələşdirmə

[redaktə | mənbəni redaktə et]

Qiymətləndirmələrin dəqiqləşdirilməsi zamanı layihənin dəyəri 3,6 milyard avrodan 5.8 milyarda qədər yüksəlir.

Rail Baltica AB-nin prioritet layihələri və 2007-2013 Avropa Rabitə Şəbəkələri proqramı arasındadır. Tədqiqatı TEN-T büdcəsindən 50%, iştirak edən hər bir ölkənin büdcəsindən 50% maliyyələşdirilir.

Layihənin öyrənilməsinin ümumi dəyəri 396.000 avro qiymətləndirilmişdir[9].

Layihənin həyata keçirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması dəyəri təxminən 1 milyon avro qiymətləndirilir[10].

2015-ci ilin yayında Avropa Komissiyası Rail Balticanın Connecting Europe Facility proqramı vasitəsilə maliyyə alacaq layihələrdən biri olduğunu elan edir[11]. 2015-ci ilin payızında Aİ-nın ilk tikinti dövrü üçün 442 milyon avro maliyyələşdirilməsinə dair müqavilə imzalanmışdır[12]. 24-25 aprel 2017-ci il tarixində Riqadakı Rail Baltica Qlobal Forumunda ilk tələb olunan məbləğin 765 milyon avroya qədər artırıldığı açıqlanır[13].

2018: Baltikyanı ölkələr Aİ-dan, layihənin reallaşdırılması üçün 110.5 milyon avro alacaq, bu məbləğin çox hissəsi Litvaya ayrılacaqdır.[14]

Tikinti və texniki vəziyyət

[redaktə | mənbəni redaktə et]

Litva hökumətinin qərarı ilə Polşa ilə Litva arasındakı (70 km) hissənin tikintisi 2013-cü ilin sonuna qədər başa çatdırılmalı idi. Dəmiryolu Polşa ilə sərhəddindən, Mariyampole üzərindən Kaunasadək olan bir hissədə tam işə başlamalıdır. Polşa və Latviyaya yeni bir yol çəkmək lazım deyil. Lakin marşrutun ərazilərindən keçən hissələrini nizamlamalıdırlar ki, onlarda qatarların sürəti saatda 120 km-ə çata bilsin (Estoniya belə bir sürəti verməyə hazırdır).

11 avqust 2011-ci ildə Motskava ilə Şyaştokay arasındakı 7 km uzunluğunda bir hissənin rəsmi açılışı olur (ölçü 1435 mm).

2013-cü ilin sentyabr ayında Litvada Polşa sərhəddindən Kaunasadək bir hissənin inşasına başlanılır və beş ölkənin - Estoniya, Latviya, Litva, Finlandiya və Polşanın nəqliyyat nazirləri Rail Baltica layihəsini həyata keçirəcək vahid idarəetmə şirkətinin qurulması haqqında bəyannaməyə amza atırlar[15][16].

27 avqust 2015-ci ildə Polşadan Kaunasa (Litva) ilk sərnişin qatarı gəlir. Kaunas və Belostok (Polşa) arasında müntəzəm sərnişindaşıma xidməti 2016-cı ilin iyununda açılır.

  1. "Project description". Rail Baltica (ingilis). 2013-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-16.
  2. В Каунас по Rail Baltica прибывает первый пассажирский поезд Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine // obzor.lt, 27 августа 2015
  3. Открывается пассажирский ж/д маршрут Каунас — Белосток Arxivləşdirilib 2016-06-01 at the Wayback Machine // Delfi.lt, 31 мая 2016
  4. Окончательный отчёт о проекте Rail Baltica 2 Arxivləşdirilib 2013-02-05 at the Wayback Machine // ru.15min.lt, 30 января 2013
  5. Прибыльская Людмила Борисовна. "Rail Baltica еще не построена, а Латвия ее уже "обворовала"" (rus). Sputnik Латвия. 2019-12-05. 2020-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.
  6. Rail Baltica Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine //pribalt.info
  7. Литва тормозит проект Rail Baltica // 9.06.2016
  8. Премьеры стран Балтии подписали договор о реализации проекта Rail Baltica Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine // lsm.lv, 2017
  9. "МИД: Латвии нужен проект Rail Baltica". 2011-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  10. "Проект Rail Baltica — концепция реализации". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-10.
  11. Commission puts forward record €13.1 billion investment in transport infrastructure to boost jobs and growth Arxivləşdirilib 2019-06-28 at the Wayback Machine (ing.)
  12. Евросоюз предоставил 442 млн евро на строительство Rail Baltica Arxivləşdirilib 2015-11-25 at the Wayback Machine DELFI 24.11.2015
  13. Людмила Прибыльская. "Rail Baltica – вся надежда на еврофонды". Baltic Course. Ольга Павук. 26 апреля 2017. 2017-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  14. Литва получит 95 миллионов евро на реализацию проекта Rail Baltica Arxivləşdirilib 2018-08-07 at the Wayback Machine // авг 2018
  15. В Литве началось строительство Rail Baltica
  16. Литовские самоуправления конкурируют за трассу Rail Baltica, эстонские — сопротивляются её строительству Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine // ЭРР