Rafiq Mahmudov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rafiq Mahmudov | |
---|---|
Mahmudov Rafiq Nəbi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Təhsili |
Mahmudov Rafiq Nəbi oğlu — texnika elmləri doktoru, professor
Həyatı
[redaktə | mənbəni redaktə et]Mahmudov Rafiq Nəbi oğlu Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə "Avtomatika və telemexanika" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat üzrə "Neftkimyaavtomat" elmi-tədqiqat və layihə institutunda işləmişdir.
1962-ci ildə AzETNÇİ-nun "Hidromexanika" laboratoriyasında kiçik elmi işçi olmuş, 1964–1966-cı illərdə isə bu institutun aspirantıdır.
1966-cı ildə "Mürəkkəbləşmiş şəraitlərdə qazımanın nəzəriyyə və praktikası məsələləri" mövzusunda namizədlik, 1976-cı ildə isə "Qazılan quyuların quyuağzı məlumatlarla tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
1967-ci ildə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında assistent, böyük müəllim, dosent vəzifələrində işləmişdir. 1986–1995-ci illərdə "Avtomexanika" fakültəsinin dekanı olmuşdur.[1]
1991-ci ildə onun təşəbbüsü ilə AzTU və Almaniyanın Karlsruye şəhəri arasında elmi məsələlərin həlli sahəsində ikitərəfli əməkdaşlıq barədə memorandum imzalanmışdı.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Mahmudov R. N. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: qazımada hidrodinamika; qazılan quyularda mürəkkəbləşmə məsələləri, quyuağzı məlumatın dağ-texnoloji interpretasiyası.
Mahmudov R. N. 100-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın müəllifidir. O, "Polşanın əməkdar neftçi-geoloqu" adına layiq görülüb.
Istinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Rafiq Nəbi oğlu Mahmudov (1993-2005), prof". www.aztu.edu.az.