RS-232

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
RS-232 standartı olaraq təyin olunan bir DB-25 konnektoru

RS-232 — telekomunikasiyada DTE (data terminal avadanlıq) ilə DCE (data daşıma avadanlıqları) arasındakı ardıcıl ikitərəfli tək sonlu məlumatların ötürülməsi və siqnallama üçün istifadədə ardıcıl ünsiyyət standartının ümumi adıdır. Daha çox kompüterdəki ardıcıl portlardan istifadə edilir. Bu standart, elektrik xarakteristikaları, siqnal zamanlamalarını, siqnal mənalarını, bağlayıcı fiziki böyüklükləri əhatə edir. Bu ankı standart 1997-ci ildən istifadə edilməkdıdir.

Standartın Əhatəsi

[redaktə | mənbəni redaktə et]

Amerikan mənşəli Elektron Sənayesi Birliyi (Electronic Industries Alliance: EIA), RS-232-C standartını 1969-cu il etibarilə belə təsvir etmişdir:

  • Gərginlik səviyyəsi
  • siqnallama sürəti
  • müddəti
  • gərginlik dozüm səviyyəsi
  • qısa dövrə davranışı və maksimum yük tutumu kimi elektrik siqnal xarakteristikalar
  • İnterfeys mexaniki xüsusiyyətlər
  • hər bir dövrənin funksiyası Bir cihaza güc göndərmək üçün heç bir üsul bildirilməmişdir. DTR və RTS xətlərindən az miqdarda axın əldə edilə bilər. Bu, yalnız siçan kimi az güc istehlak edən cihazlar üçün uyğundur.

Standartın detalları

[redaktə | mənbəni redaktə et]

RS-232-də istifadəçi məlumatı, bitlərin bir zaman ardıcıllığı kimi göndərilir. Həm sinxron həm də asinxron ötürülməsi bu standart tərəfindən dəstəklənir. Ayrıca verilənlər dövrələrində, DTE ilə DCE arasındakı əlaqəni təmin etməsi üçün bir nəzarət dövrəsi müəyyən edilir. Hər məlumatın və ya nəzarət dövrəsi yalnız tək istiqamətli işləyir. Bu da, siqnalın DTE'den DCE'ye əlavə edilməsi və ya tam əksidirdir. Ötürülən məlumatlar ilə alınan məlumatlar ayrı sxemlərdə olduğunda interfeys tam cüt istiqamətli (full duplex) kimi işləyə bilər və hər iki istiqamətdə eynivaxtlı olaraq məlumat axışı olur. Bu standart xarakter çərçivələmə (character framing) ilə məlumatların axını (data stream) və ya simvol kodlaşdırma (character encoding) tanımır.

Bağlayıcılar

[redaktə | mənbəni redaktə et]

RS-232 cihazları, Məlumat Terminal avadanlığı olaraq təsnif edilir. Hər bir siqnal göndərmə və alma kabelinə sahib hər cihaz üçün bu təsnifat etibarlıdır. Bu standart tövsiyə edilməklə birlikdə 25-pin DB-25 bağlayıcı üçün zəruri deyil. Ümumiyyətlə standarta uyğun olaraq terminallarda və kompüterlərdə, Popüler DE-9 konnektörünün də içində olduğu standart olmayan variasiyalar üçün ardıcıl port pin quruluşuna baxın.

Aşağıdakı çox istifadə olunan RS-232 siqnalları və pin strukturları sıralanmışdır.

3 simli və 5 simli RS 232

[redaktə | mənbəni redaktə et]

Bütün xüsusiyyətlərin lazım olmadığı tətbiqlərdə, Ötürülən məlumatların (Transmitted Data: TxD), Alınan məlumat (Received Data: RXD) və Ortaq torpaq (Common Ground: Gnd) xətlərindən ibarət olan ən azı 3 simli RS-232 bağlantısı istifadə edilə bilər. Hətta, məlumat axını tək istiqamətlidirsə, iki simli əlaqə (məlumat və torpaq) belə istifadə edilə bilər. Yalnız təchizat hərəkəti nəzarət lazım olduğu hallarda iki istiqamətli məlumata əlavə olaraq RTS və CTS xətləri də əlavə olunaraq 5 simli versiyası əldə edilir.