Rəqəmsal qaranlıq dövr
Rəqəmsal qaranlıq dövr — texnologiyaların inkişafı və məlumatların çürüməsi nəticəsində korlanan, qıtlaşan və ya əlçatmaz hala gələn köhnəlmiş fayl formatlarının, proqram təminatlarının və ya texniki vasitələrin birbaşa nəticəsi olaraq rəqəmsal dövrdə tarixi məlumatın çatışmazlığı.[1] Gələcək nəsillər üçün elektron sənədləri və multimediaları əldə etmək çətin və ya qeyri-mümkün ola bilər, çünki onlar köhnəlmiş və qeyri-müəyyən fayl formatında və ya köhnəlmiş fiziki daşıyıcıda, məsələn, disketlərdə saxlanılır. Bu ad Qaranlıq dövr terminindən irəli gəlir. Burdakı məna rəqəmsal dövrdə sənədlərin rəqəmsal formatlara köçürülməsi və orijinal nüsxələrin itməsidir. Termin ilk dəfə 1997-ci ildə Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) konfransında istifadə olunub.[2] Termin 1998-ci ildə Long Now Foundation və Getty Conservation Institute tərəfindən birgə maliyyələşdirilən Time and Bits konfransında da qeyd olunub.[3][4]
Özəl və köhnəlmiş fayl formatları
[redaktə | mənbəni redaktə et]Problem mətn sənədləri ilə məhdudlaşmır, eyni zamanda foto, video, audio və digər növ elektron sənədlərə də aiddir. Termin istifadəsinə səbəb olan narahatlıqlardan biri sənədlərin oxunması üçün xüsusi təchizat tələb edən fiziki mediada saxlanması və bu cihazın sənədin yaradıldığı vaxtdan bir neçə on il sonra mövcud olmayacağıdır.
Rəqəmsal qaranlıq dövr köhnəlmiş fayl formatları səbəbindən yaranan problemlərə də aiddir. Belə olan halda, saxlanan sənədləri əldə edərkən problem yaradan şey lazımi proqram təminatının olmamasıdır. Bu, özəl formatlardan istifadə edildikdə xüsusilə problemlidir, bu halda faylı oxumaq üçün müvafiq proqram təminatını yazmaq mümkün olmaya bilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Young, Lauren J. "Data Reawakening". Science Friday (ingilis). December 15, 2017. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-01.
- ↑ Kuny, Terry. "A Digital Dark Ages? Challenges in the Preservation of Electronic Prevention Information" (PDF). 63RD IFLA (International Federation of Library Associations and Institutions) Council and General Conference. September 1997. 9 May 2008 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 November 2011.
- ↑ MacLean, Margaret. MacLean, Margaret; Davis, Ben (redaktorlar ). Time and Bits, Managing Digital Continuity. Getty. 1999. ISBN 978-0-89236-583-8.
- ↑ Brand, Stewart. "Escaping The Digital Dark Age". Library Journal. 124 (2). 1 February 1999: 46–69. ISSN 0363-0277. 23 September 2005 tarixində orijinalından arxivləşdirilib.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- A Digital Dark Ages? Challenges in the Preservation of Electronic Information (PDF), 1997
- Coming Soon A Digital Dark Age - CBS News, 2003
- How huge quantities of data are rapidly falling into a black hole - Guardian Unlimited, 2003
- The digital Dark Age - The Sydney Morning Herald, 2005
- Why the Demise of Print Media May Be Bad for Humanity, Tony Bradley, PCWorld, 19 March 2012
- Bit Rot - The Economist, 28 April 2012
- "Raiders of the Lost Web", The Atlantic, USA, October 2015
- What If Digital Dark Age Is Real?, Pallav Gogoi, Dejavublog, 2016
- Hansen, Kathleen A.; Paul, Nora. Future-proofing the news : preserving the first draft of history. Rowman & Littlefield. 2017. ISBN 978-1-4422-6712-1. OCLC 961007777.