Rəşidəddin Sinan
Rəşidəddin Sinan | |
---|---|
ərəb. سِنَان بن سَلْمان بن محمد بن راشد البصري[1] | |
Doğum tarixi | 1130[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1193[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dini rəhbər[d], hərbi lider[d], dai, yazıçı, imam |
Vikianbarda əlaqəli mediafayllar |
Rəşidəddin Sinan (ərəb. رشيد الدين سنان, translit. Rəşid əd-Din Sinan), həmçinin Dağ ağsaqqalı (ərəb. شيخ الجبل, translit. Şeyx əl-cəbəl; lat. Vetulus de Montanis;[a] 1130[1], Bəsrə – 1193[1], Masyaf, Həma mühafəzəsi)[3] — Nizari İsmaili Dövlətinin Suriya qolunun missioneri[4] və lideri, Səlib yürüşləri tarixində əhəmiyyətli fiqur.[5]
Həyatı
[redaktə | vikimətni redaktə et]Rəşidəddin Sinan 1232–1135-ci illər aralığında, İraqın cənubunda yerləşən Bəsr' şəhərində, zəngin bir ailədə anadan olmuşdur.[6] Sinanın sadəcə bəzi fraqmentləri bu günə qədər qorunub saxlanmış olan avtobioqrafiyasında verilən məlumatlara görə, o, xaşxaşilərin mərkəzi olan Ələmut qalasına qardaşları ilə olan mübahisədən sonra gəlmiş[6] və xaşxaşi məşqləri keçirmişdir. Qalanın rəhbəri olan Həsən Əla Zikrihis Salam 1162-ci ildə onu Suriyaya göndərir. Orada Diriliş günü keçirilir və Sinan Əl-Qaim elan edilir. Nizarilərin nəzarət etdiyi Əl-Kəhf və Masyaf qalalarına əsasən güman olunur ki, Sinan indiki Suriyanın şimalında yerləşən Cəbəl əl-Sumak, Maarət-Məsrin və Sərmin ərazilərini idarə etmişdir.[7]
Sinan Ələmut qalasından müstəqil fəaliyyət göstərirdi və imam qəbul edilirdi.
Onun əsas düşməni 1174–1193-cü illərdə Misir və Suriyada hakimiyyətdə olmuş Səlahəddin Əyyubi (1137/1138–1193) idi. Sinan Səlahəddinə iki dəfə sui-qəsd təşkil etmiş, ancaq bu cəhdlərin hər ikisi də uğursuz olmuşdur. Hələb şəhərinə doğru irəliləyən Səlahəddin nizari kənd və qəsəbələrini ələ keçirir, qoşunları məhv edirdi. Səlahəddin 1176-cı ildə Sinanın imarəti olan Masyaf qalasını mühasirəyə alır. Buna baxmayaraq, o, mühasirəni götürüb geri çəkilir. Bir mənbəyə görə, buna səbəb bir gücə Səlahəddinin keşikçilərinin Masyaf təpəsindən evən və əyyubi çadırlarında qeybə çəkilən bir işıq görməsidir. Səlahəddin yuxudan oyanır və çadırını tərk edən bir kölgə görür. O, fikir verir ki, çadırındakı lampaların yeri dəyişdirilib və yanında üzərində xaşxaşi simvolu və zəhərli xəncər olan bir məktub var. Məktubda yazılmışdı ki, əgər Səlahəddin mühasirəni götürüb geri çəkilməsə, o, sui-qəsdə qurban gedəcək. Səlahəddin təşvişə düşür və çadırına daxil olan kölgənin Sinan olduğunu haylayır. Nəticədə, Səlahəddin keşikçilərinə deyir ki, Sinan ilə razılığa gəlmək lazımdır. O, xaşxaşilərlə ittifaq quraraq səlibçilərə qarşı mübarizə aparır.
1191-ci ildə yeni təyin olunmuş Yerusəlim kralı Monferratlı Konrad Sinanın əmri ilə öldürülür. Bu sui-qəsdin I Riçard, yoxsa Səlahhədin ilə əməkdaşlıq nəticəsində həyata keçirilib keçirilməməsi naməlumdur. Sinan 1193-cü ildə I Riçardın əmri ilə Avstriya hersoqu V Leopolda məktub göndərərək Monferratlı Konradın ölümünün məsuliyyəti öz boyununa götürür.[8] Buna baxmayaraq, müasir tarixşünaslar bu məktubun Sinanın ölümündən sonra yazıldığını və saxta olduğunu irəli sürür.[9]
Rəşidəddin Sinan 1193-cü ildə, indiki Suriyanın Masyaf şəhərində yerləşən Əl-Kəhf qalasında vəfat edir. O, Salamiyyə şəhərində dəfn olunmuşdur.[10] Onun xələfi Ələmutdan olan iranlı bir missioner idi. Bu isə xaşxaşilərin Suriyaya daha yaxşı nəzarət etməsinə səbəb olmuşdur.[11]
Populyar mədəniyyət
[redaktə | vikimətni redaktə et]Rəşidəddin Sinan 2007-ci ildə "Ubisoft" şirkəti tərəfindən satışa çıxarılmış "Assassin's Creed" video oyununun Əl-Müəllim ləqəbli əsas antaqonistidir.[12] Burada, Əl-Müəllim 1191-ci ildə Altairə əmr verir ki, Rober de Sableni öldürsün.[13]
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ Səlibçi dövlətlərdə olan latındilli mənbələrdə qeyd olunmuşdur.
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 الزركلي خ. ا. الأعلام (ərəb.): قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والمستشرقين. 15 بيروت: دار العلم للملايين, 2002. C. 3. S. 141.
- ↑ https://books.google.com/books?id=gHEFPsrMXFYC&pg=PA145. S. 145.
- ↑ Mirza, Dr. Naseeh Ahmed. "Alamut. Bastion of Peace and Information". Alamut (ingilis). Melbourne, Australia. July 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2020.
- ↑ "Rashid al-Din Sinan". Oxford Reference (ingilis). 2003. July 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2020.
- ↑ Reston Jr., 2001. səh. 16
- ↑ 1 2 Wasserman, 2001. səh. 119
- ↑ "« راشد الدین سنان » پیشوای بزرگ اسماعیلیان شام در عصر صلیبی". www.hawzah.net (ərəb). February 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2020.
- ↑ Reston Jr., 2001. səh. 372
- ↑ Barber, Malcolm; Bate, Keith. Letters from the East : Crusaders, Pilgrims and Settlers in the 12th-13th centuries (ingilis). Farnham, Surrey: Ashgate. 2013. 92. ISBN 978-1-4724-1395-6. OCLC 846946318. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-29.
- ↑ Willey, Peter. Eagle's Nest: Ismaili Castles in Iran and Syria. Institute of Ismaili Studies (ingilis). I.B.Tauris. 25 noyabr 2005. səh. 234. ISBN 978-1-85043-464-1. July 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 29, 2020.
- ↑ Daftary, Farhad. The Isma'ilis: Their History and Doctrines (ingilis). Cambridge University Press. 2007. səh. 389. ISBN 9781139465786.
- ↑ Nichols, Derek. "History Behind the Game – Assassin's Creed Characters". VentureBeat (ingilis). 27 sentyabr 2013. June 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2020.
- ↑ Delrio, Francesco. "Assassin's Creed: Mito, Storia e Videogioco (Prima Parte)". Every Eye (italyan). 31 yanvar 2018. July 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2020.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Daftary, Farhad. RĀŠED-AL-DIN SENĀN // Encyclopaedia Iranica. 2014.
- Halm, Heinz, Die Schia, Darmstadt 1988, pp. 228f.
- Runciman, Steven: A history of the Crusades Volume 2: The kingdom of Jerusalem and the Frankish East pp. 410
- Franzius, Enno. History of the Order of Assassins. New York: Funk & Wagnalls. 1969. 261.
- Hodgson, Marshall G. S. The Order of the Assassins: The Struggle of theEarly Nizari Isma'ilis against the Islamic World. The Hague, Netherlands: Mouton. 1955. 352.
- Lewis, Bernard. The Assassins: A Radical Sect in Islam. New York: Basic Books. 1968. 166. ISBN 9780465004980. OCLC 1740057.
- Mirza, Nasseh Ahmed. Syrian Ismailism: The Ever Living Line of theImamite, AD 1100–1260. Richmond, UK: Curzon. 1997.
- Reston Jr., James. Warriors of God: Richard the Lionheart and Saladin in the Third Crusade. New York: Doubleday. 2001. ISBN 9780385495615.
- Wasserman, James. The Templars and the Assassins: The Militia of Heaven. Simon and Schuster. April 1, 2001. 320. ISBN 9781863778735.
- "Rashid al-Din Sinan". www.alamut.com.