Qutlu Musa türbəsi
Qutlu Musa türbəsi | |
---|---|
Sarı Musa türbəsi | |
40°01′58″ şm. e. 46°49′01″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Yerləşir | Xaçındərbətli kəndi |
Memar | Ustad Şahbənzər |
Tikilmə tarixi | 1314 |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 5 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Qutlu Musa türbəsi, Sarı Musa türbəsi və ya Xaçındərbətli türbəsi[1] — Azərbaycanda tarixi abidə.
Haqqında
[redaktə | mənbəni redaktə et]Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir:
"Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir" |
Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə[2] ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir.[3]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəni quruluşun özünəməxsus bir şəkildə həll edilməsidir.
Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir.
Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xarcindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir.Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir[4]. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Xaçındərbətli abidəsinin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür də onun piramida şəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalardan düzəldilmə örtükdür.
Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük, onikiüzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir. Korpus və kürsülük yaxşı yonulmuş sarımtıl əhəng daşı ilə üzlənmişdir. Korpusun 9 üzündə yarımonüzlü planı olan tağlar, şimal, şərq və qərb üzlərində isə qapı və pəncərə gözləri qurulmuşdur. İri ölçüsünə və bədii-plastik həllinə görə şimal gözü türbənin baş giriş qapısıdır. Türbənin korpusundakı bütün taxçaların, qapı və pəncərələrin üst sivri hissələri incə stalaktit kompozisiyaları ilə işlənmişdir. Korpusun tinlərində daş memarlığı üçün bir qədər miqyassız görünən incə pilyastrlar verilmişdir. Fasad səthləri daş üzərində oyma naxış, xonça və stalaktitlərdən başqa dekorativsimvolik mənaları olan müxtəlif heyvan (öküz, aslan, maral, dovşan və s.) təsvirləri ilə bəzədilmişdir. Təbii daş fonda daha canlı görünməsi üçün bu təsvirlər tünd qırmızı boya ilə örtülmüşdür. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aranmemarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur.[5]
Adının tarixi
[redaktə | mənbəni redaktə et]Türbənin inşaatı 15 iyul 1314-cü ildə tamamlanmışdır. Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşaraq kəndin adını da "Xaçın türbə(t) li" müəyyənləşdirmişdir.[6]
Quruluşu
[redaktə | mənbəni redaktə et]Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. Hər iki yerləşgə planda xaçvari formadadır. Ciddi və sadə görünüşlü sərdabədən fərqli olaraq türbənin üst kamerasının interyeri son dərəcə təntənəli tərtib edilmişdir. İç örtüyün kvadrat formalı mərkəzi hissəsi və ona şimal və cənubdan birləşən tağbəndlər mürəkkəb quruluşlu incə stalaktitlərlə işlənmişdir. Giriş qapısı ilə üz-üzə olan cənub divar zəngin bəzədilmiş mehrab şəklində həll edilmişdir. Fasad elementlərində olduğu kimi mehrab kompozisiyasının da bir sıra bəzək elementləri tünd qırmızı rəngdə boyanmışdır. Türbə interyerinin bədii və konstruktiv həllinin yüksək olması sifarişçinin nüfuzu və imkanları ilə yanaşı memar ustad Şahbənzərin böyük sənətkarlıq bacarığı və təcrübəsinin göstəricisidir. Qutlu Xacə türbəsi bitkin üslüblu memarlıq əsəri olub dövrün ideya-bədii təmayüllərini layiqincə əks etdirir.
Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.Xaçındərbətli abidəsinin daxili stalaktit biçimli günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Хачындәрбәтли түрбәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 63.Хачындәрбәтли түрбәси&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000014-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000018-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-0000001D-QINU`"'С. 63&rft.pub='"`UNIQ--templatestyles-00000019-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1987&rfr_id=info:sid/az.wikipedia.org:Qutlu Musa türbəsi" class="Z3988">
- ↑ "Qutlu Musa oğlu türbəsi". 2020-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-25.
- ↑ "Abidənin pasportu". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-25.
- ↑ İctimai TV. "İşğaldan azad edilən Fərrux yüksəkliyindəki Qutlu Musa türbəsinin sirri" (az.). Youtube.com. 22.02.2023. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
- ↑ "Qutlu Musa türbəsi". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-25.
- ↑ "Ağdam rayonunun əsir abidələri". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-25.
- ↑ M.Hüseynov, L.Bretaniçski, A.Salamzadə — Azərbaycanın memarlıq tarixi, Moskva, 1963
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Qutlu Musa türbəsi
- Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi
- Qutlu Xacə Musa oğlu türbəsi
- “Qarabağ – mədəniyyətimizin beşiyi”: Qutlu Musa türbəsi
- Abidənin divar rəsmlərini pozan ermənilər xaçlarla "bəzəyiblər"
- Ağdam rayonunun əsir abidələri
- Qutlu Musa oğlu türbəsi Arxivləşdirilib 2020-08-14 at the Wayback Machine
- Qutlu Musa oğlu türbəsi[ölü keçid]
- Belə belə işlər: Qutlu Musa türbəsi – İzlə: youtube; facebook