Qurbanəfəndi
Qurbanəfəndi | |
---|---|
40°52′47″ şm. e. 48°06′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 687 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qurbanəfəndi — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Qurbanəfəndi kəndi Topçu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qurbanəfəndi kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Kənd "Şirinsu-Qız qalası" turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 14-cü km-də, yolun kənarında yerləşir. Kənd işıqla təmin olunur. Kənd əhalisi əkinçilik, maldarlıqla və bostançılıqla məşğul olur. Burada yerləşən Şirinsu istirahət zonası ilboyu yüksək səviyyədə xidmətə malikdir. Burada 80 nəfərlik Şirinsu turizm kompleksinin tikilməsi nəzərdə tutulub. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhali əsasən Dağıstanın Kuruş kəndindən buraya köçən ləzgilərdən ibarətdir. Əhalisi 1157 nəfərdir ki onunda 570 nəfəri kişi, 587 nəfəri qadındır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et] İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |