Qul əməyi
Qul əməyi (ing. Slave Labour) — Britaniyalı rəssamı Benksi yaratdığı London şəhərinin Vud Qrin rayonudaki Poundland şirkətinin dükkanının bayır divarında çəkilən qraffiti. Əsərin boyu 1 metr 22 santimetr, eni isə 1 metr 52 santimetrdır.[1] O, Böyük Britaniya bayrağlarını tikən uşağı təsvir edir.[2]
Satışları
[redaktə | mənbəni redaktə et]2013-cü ilin fevralında əsər divardan yox olub və İnternetdə satışa çıxarıldı. Sonra isə o, Mayami İncəsənət Müzayidəsində yarım million dollar qiyməti ilə üzə çıxıb. Müzayidə evi qanuni sövdələşmə nəticəsində "yaxşı tanınan" toplayıcına satılıb.[3] Əsərin müzyidədə çıxarılması Vud Qrin sakinləri hirsləndi. Onlar inanırdılar ki, Qul əməyi onlara verilən hədiyyə idi və onun müzaidədə çıxarılması onun kapitalist adına istismara qarşı ismarıcına qarşı idi.
Əsərin çıxarılması qanuni olduğunun iddiasına baxmıyaraq, Mayami İncəsənət Müzayidəsinin direktoru Frederik Sut, üç təklif veriləndən sonra onu qeri aldı.[4]
Vud Qrin sakinlərinin etirazlardan sonra, qraffiti Birləşmiş Krallığa qaytarılıb. Orada o, London Film Muzeyində keçirilən müzayidədə Sincura Group tərəfindən yeddi yüz əlli min funta satılmış.[5]
Benksidən satışları şərh etməyə istələndə o, Anri Matiss sitati ilə cavab vermiş: "Rəsmələrim böyük qiymətləri alanda, mən çox tərəddüdləşdim, özümü gələcəkdə ancaq ustadnamələri çəkməyə hökümü aldığımı gördüm".[4] Əvvəl isə, onun əsərini satmağa qəsd ediləndə o buna öz münasibəti belə izah edib: "Bütün küçə incəsənət əsərlərin aid olduğu yerlərində saxlamaq üçün, insanları əvvəldən satış üçün yaradılmayan şeyləri almağa təşviq edirəm".[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Blouin Art Sales Index, Slave Labor (Bunting Boy) 2012: Lot 6 - Fine Art Auctions Miami, Miami (February 23, 2013), http://artsalesindex.artinfo.com/asi/lots/4875080 Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine
- ↑ "'Missing' Banksy art Slave Labor (Bunting Boy) on auction in Miami for $500,000", Global Post, (February 20, 2013), http://www.globalpost.com/dispatch/news/culture-lifestyle/130220/missing-banksy-slave-labor-bunting-boy-auction-miami Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
- ↑ "The mysterious case of the missing Banksy", 3 News - Best News, (February 19, 2013), http://www.3news.co.nz/The-mysterious-case-of-the-missing-Banksy/tabid/418/articleID/287307/Default.aspx Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine
- ↑ 1 2 "Now bring back Banksy boy: Slave Labour mural withdrawn from auction at last minute", London Evening Standard, (February 24, 2013), http://www.standard.co.uk/news/london/now-bring-back-banksy-boy-slave-labour-mural-withdrawn-from-auction-at-last-minute-8508403.html Arxivləşdirilib 2021-12-24 at the Wayback Machine
- ↑ Banksy 'Slave Labour' Mural Sells At Private London Auction For '£750,000', The Huffington Post UK (03/06/2013) http://www.huffingtonpost.co.uk/2013/06/03/banksy-slave-labour-sold_n_3377435.html Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine
- ↑ "'Stolen' Banksy mural withdrawn from sale at U.S. auction house following storm of protest as mysterious new graffiti appears in its place", Mail Online, (February 23, 2013), http://www.dailymail.co.uk/news/article-2283475/Stolen-Banksy-mural-withdrawn-sale-U-S-auction-house-following-storm-protest-mysterious-new-graffiti-appears-place.html Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine