Quba hadisələri (2012)

Vikipediya, azad ensiklopediya
(Quba iğtişaşları (2012) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Quba hadisələri (2012)
Yer Quba, Azərbaycan
Tarix 1 mart 2012
Səbəb İcra Başçısı Rauf Həbibovun Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etməsi
Nəticə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.
Təşkilatçılar Yerli xalq
Əleyhdarları Polis, Çevik Polis Alayı

Quba hadisələri — 2012-ci ilin mart ayının 1-də Quba rayonunda baş verən hadisələr.

Quba rayonunun həmin dövr İcra Başçısı Rauf Həbibov keçirilən iclasların birində Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etmişdir. Təhqiredici ifadələrin işləndiyi video youtube portalında yayımlanandan sonra böyük bir kütlə tərəfindən mənfi qarşılanaraq mitinq tarixi kimi 1 Mart 2012-ci il seçilmişdir.

Mitinq iştirakçıları Rauf Həbibovun evini yandırdılar, polis əməkdaşlarını daş atəşinə tutdular. Təxminən 15000 insanın iştirak etdiyi mitinq polis əməkdaşlarının və xüsusi təyinatlı əsgərlərin köməyi ilə çətinliklə də olsa yatırıldı. Mitinqdə iştirakçılar tərəfindən işlədilən təhqiredici ifadələrlə yanaşı "Daş atmayın əsgərə dəyər!" ifadəsi də yadda qalan əsas ifadələrdən biridir. Həmin gün saxlanılan şəxslər millət vəkili Vahid Əhmədovun köməyi ilə azad edilsələr də bir neçə gün sonra yenidən saxlanmışlar.

2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[1].

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]