54°16′36″ c. e. 36°30′41″ q. u.HGYO

Qryotviken

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qryotviken
norv. Grytviken
54°16′36″ c. e. 36°30′41″ q. u.HGYO
Ölkə  Cənubi Georgiya və Cənubi Sandviç adaları
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 106 m
Əhalisi
Əhalisi 20 nəfər (2008)
Xəritəni göstər/gizlə
Qryotviken xəritədə
Qryotviken
Qryotviken
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qryotviken (norv. Grytviken, «Soba körfəzi») — Britaniya dəniz əraziləri Cənubi Georgiya və Cənubi Sandviç adalarının inzibati mərkəzidir. Bu qəsəbə ən cənubda yerləşən paytaxtdır. Köklü əhaliyə malik olmasada, hansına dövlətin tərkib hissəsi deyil. Qəsəbə asılı dövlətin ərazisidir. Qəsəbə Cənubi Georgiya adasının şimal-şərqində, Tetçer yarımadası sahilində yerləşir. Kral Eduard körfəzi sahilində yerləşir. Qryotvikendə liman fəaliyyət göstərir.

Karl А. Larsen

Balina ovu bazası 1904-ci ilin 16 noyabr tarixində Karl Anton Larsen adaya gəldikdən dərhal sonra 60 nəfər norveçli inşaya başlayır. 24 dekabrda burada balina piyini emal edən zavod inşa edilməyə başlanılı. Larsen bazanı 1902-ci ildə ərazini ziyarət edən «Аntarktik» gəmisinin kapitanı Otto Nordenşeld sahilə çıxdığı ərazini seçmişdir.

Cənubi Georgiya muzeyi, Qryotviken

Qryotviken Antarktikada yerləşən birinci balina ovu bazası olmuşdur. İlk əvvəl baza Argentina balıq şirkətinə mənsub olmuşdur. Bu şirkət Larsen tərəfindən yaradılmış və 1906-ci ilin yanvarın birindən Buenos Ayresdə yerləşən britaniya səfirliyindən adada balina ovu etməsinə lisenziya verilişini əldə etmişdir. 1960-ci ildə Qryotviken «Albion Star» şirkətinə satılır. 1963-1964 illər ərzində Qryotvikeni Yaponiyanın «Kokusay Qeqe kabusikiqaysya» şirkəti icarəyə götürmüşdür. Bu şirkətlə müqaviləyə 4 dekabr 1964 ildə xitam verilmişdir. Balina ovu bazası 1979-ci ildən britaniyanın «Kristian Salvesen» şirkətinə verilir.

Nirveç kilsəsi, Qryotviken

Daimi meteoroloji müşahidələr 1905-1907 ci illərdə Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir.

Qryotviken, 1914 il.

Folklend müharibəsi zamanı Qryotviken və Leyt Harbor Argentin qüvvələri tərəfindən 3 aprel 1982 ildə baş verən iki saatlıq döyüş zamanı ələ keçirilir. Bu döyüş zamanı argentina freqatı «ARA Guerrico (P-32)» zədələnir və üstəlik helikopter vurulur. 25 aprel 1982 ildə isə argentinaya məxsus «ARA Santa Fe (S-21)» sualtı qayığı britaniya qüvvələri tərəfindən ələ keçirilir, bununlada Argentina qüvvələri danışıqsız ərazini tərk etməli olurlar.

Konflik zamanı britaniya hökuməti Kral Eduard burnu sahilində dəniz piyadalarından ibarət qarnizon saxlayırdı. Bu qüvvələrin mövcudluğu 2001-ci ilin martına qədər davam etmişdir.

Son zamanlar Balina ovu bazası təmir edilmiş və turizm mərkəzinə çevrilmişdir. Tullantılardan təmizlənən ərazilər sırf turizm məsqədinə xidmət edir. Turistlər bölgədə 1913-ci ildə inşa edilmiş norveç lüteran kilsəsini görə bilərlər. Menecer villası hazırda Cənubi Georgiya muzeyi rolunu oynayır. Burada son balina ovu üçün təyinatlı AlbatrosDias gəmilərini görmək olar. Son zamanlar Qul Leyk su tutarında hidroenerji istehsalı həyata keçirilməsi layihələşdirilmişdir.

Qryotviken Antarktikaın ən məşhur qütb turizm obyektlərindən biridir. Ada insanları gözəl dağ mənzərələri, buzlaqları və fiordları ilə cəlb edir. Üstəlik burada balina ovçularının bazası və qəbirstanlığı vardır. Qəbrstanlıqda məşhur Cənub qütb araşdırmaçısı Ernest Şelktonun qəbri yerləşir. Qryotvikendə ilk doğulan insan Solveyk Qunberq Yakobsen olmuşdur (Antarktikada doğulan ilk insan).

  • Otto Nordenskjöld, Johan G. Andersson, Carl A. Larsen, Antarctica, or Two Years Among the Ice of the South Pole, London, Hurst & Blackett, 1905.
  • South Georgia, Topographic map, 1:200000, DOS 610 Series, Directorate of Overseas Surveys, Tolworth, UK, 1958.
  • Robert K. Headland, The Island of South Georgia, Cambridge University Press, 1984.