53°18′ şm. e. 14°25′ ş. u.HGYO

Qrifino

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qrifino
Gryfino
Bayraq Gerb
Bayraq Gerb
53°18′ şm. e. 14°25′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 9,58 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.297 nəf. (31 mart 2021)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 74-100, 74-101
Digər
gryfino.pl
Xəritəni göstər/gizlə
Qrifino xəritədə
Qrifino
Qrifino
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrifino 1945-ci ilə qədər (Qrefenhagen) - Polşada, Şetsindən 20 km cənubda, Odra çayından 3 km şərqdə və Almaniya ilə sərhəddə yerləşən şəhərdir.

Kənd əvvəlcə balıqçılıq qəsəbəsi kimi yaranmışdır. Qreyfenhagen 1254-cü il martın 1-də Barnimin fərmanı ilə şəhər hüquqlarını aldı.

1653-1679-cu illərdə İsveç hakimiyyəti altında idi.

1877-ci ildə Qrifino ilə Şetsini birləşdirən bir dəmir yolu xətti çəkildi.

1930-cu ilə qədər şəhərdə dörd sənaye müəssisəsi var idi - kimya zavodu, sabun zavodu, konserv zavodu və keçə papaq fabriki.

1945-ci ilin martında "Vallonia"SS-nin 28-ci diviziyasının iştirakı ilə Qrayfenhagen yaxınlığında ağır döyüşlər başladı. İkinci Dünya Müharibəsinin sonunda 70% dağıdılan şəhər bütün Şərqi Pomeraniya ilə birlikdə Polşa dövlətinin tərkibinə daxil oldu.

1945-ci ildə Polşalı məcburi köçkünlər şəhərə gəlməyə başladılar. 1946-cı ildə Qrifinoda elektrik stansiyası, dəyirman və dəri zavodu tikildi, Polşa məktəbləri açıldı.

Hazırda Qrifino inzibati cəhətdən Qərbi Pomeraniya Voyevodalığına aiddir. Əhalisinin sayı 21555 nəfərdir (2013). Şəhərdə kimya, yüngül və yeyinti sənayesi müəssisələri açılıb. Şetsin — Kostşin — nad — Odroy dəmir yolu xətti Grifinyodan keçir. Qrifinyoda olan iki böyük park, Aşağı Odra və Fıstıq meşəsinin vadiləri turistlərdə maraq doğururdu.

Şəhərin əsas müəssisəsi 1970-1977-ci illərdə tikilmiş Aşağı Odra elektrik stansiyasıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

https://gryfino.pl/chapter_289500.asp Qrifino şəhərinin rəsmi saytı