Qran-Komben
Qran-Komben | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4.309 m |
Nisbi hündürlüyü | 1.512 m |
Yerləşməsi | |
45°56′15″ şm. e. 7°17′57″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qran-Komben — İsveçrənin Vale kantonunda,[1] Pennin Alp dağlarının qərbində yerləşən dağ massivi.
4314 metr (14.154 fut) hündürlükdə olan Komben de Grafeneir zirvəsi Alp dağlarının[2] ən yüksək zirvələrindən biridir və Pennin Alplarının 2-ci ən yüksək zirvəsidir. Grand Kombin eyni zamanda bir neçə zirvədən ibarət böyük buzlaq massivdir.
Massivdəki dörd zirvə dəniz səviyyəsindən 4000 m. yuxarıdır:
- Komben de Grafeneir 4,314 m (14,154 ft)
- Komben de Valsorey 4,183 m (13,724 ft)
- Komben de la Tsessett 4,134 m (13,563 ft)
Massivin ən yüksək hissəsi tamamilə İsveçrədədir, baxmayaraq ki, İtaliya ilə sərhəd bir neçə km. cənubda yerləşir.
Adi marşrut Korbassyèr[3] vadisinin şimal tərəfində yerləşən Panossière Hut adlanan yerdən başlayır. Böyük çətinliklərin olmamasına baxmayaraq, şimal cinahda xüsusilə təhlükəli keçiddən keçmək lazımdır — Le Corridor. Bu üzərinə davamlı olaraq düşən seracların[4] üstünlük təşkil etdiyi bir kuluardır.[5]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Qran-Komben massivi Vale kantonunun[6] cənubunda, Val d'Entremont[7] rayonunda yerləşir.
Qran-Kombenin şimal-qərb tərəfi tamamilə əbədi qar və buzlaqlarla örtülüdür, serac şəlalələrinə meyllidir. Cənub və şərq divarları daha dikdir və buna görə də qarla örtülmür.
Topoqrafiyası
[redaktə | mənbəni redaktə et]Qran-Kombenin topoqrafiyası mürəkkəbdir. Val d'Entremont və Val de Bagnes arasında, demək olar ki, bir-birinə və o dərələrə paralel olan iki yüksək silsilənin hər ikisi böyük hündürlüyə malik qısa eninə silsilədən ayrılır. Bu üç silsilənin arasına daxil olan məkanın cənub ucu, qarların yığıldığı və oradan təxminən 10 km. şimala enən Korbasyer Buzlağını[8] "qidalandırdığı" silsilədir.
Qran-Kombenin cənub-şərq kənarında, əhatə edən silsilənin ən yüksək hissəsi 2 konusvari zirvə ilə örtülmüşdür. Onlardan daha yüksək olanı cənub-qərb nöqtəsi (Qran-Komben de Grafeneire) 4.314 m. hündürlükdədir, qonşu şimal-şərq zirvəsi isə (Aiguille du Kroissan[9] 60 m. (4260 m.) aşağıdır. Dağ silsiləsində hündürlüyü 4000 m. çox olan digər 2 kiçik zirvə yerləşir: qərbdə Grand Kombin de Valsorey[10] (4184 m) və şərqdə Kombin de la Tsessette[11] (4135 m).
Qran-Komben massivinin Qərb tərəfi xeyli aşağı səviyyəyə enir və onun üstündə Val d'Entremontdan Korbasyer vadisinə çıxışı təmin edən Kol de Maison Blanche[12] (3418 m) yerləşir.
Qran-Kombendən cənubda, Mont Durand və Sonadon buzlaqlarını ayıran silsilələr bir neçə kilometr aralıda, əsas su hövzəsində və İtaliyanın Aosta Vadisi bölgəsi ilə həmsərhəd olan Grande Tête de By-ə dağına[13] çatır.
Yüksəliş tarixi
[redaktə | mənbəni redaktə et]Hündürlüyü ilə yalnız bir neçə Avropa dağlarından sonra olan Qran-Komben uzun müddət ən az tanınan Alp zirvələrindən biri idir.
Val de Baqneni Val d'Entremontdan ayıran nəhəng massivi ilk kəşf edən Bernli Qotlib Samuel Studer olmuşdu. O, ilk dəfə 1851-ci il avqustun 14-də bələdçi Cozef-Benjamin Fellet[14] ilə Komben de Korbasyerin zirvəsinə qalxdı və onun hesabını dərc etdi.
Qran-Kombenə ilk 4 ekspedisiya yalnız Qran-Kombenin şərqindəki kiçik bir zirvəyə çatdı (Aiguille du Kroissant), və ilk yüksəlişi 30 iyul 1859-cu ildə Çarlz Sainte-Klair Deville tərəfindən Daniel, Emmanuel və Gaspard Balleis və Basile Dorsaz tərəfindən edildi.[15]
Cənub-şərq silsiləsi boyunca marşrut 1891-ci il sentyabrın 10-da O. Qlin Cons, A. Bovier və P. Qaspoz tərəfindən açılmışdır.[5]
Əlavə şəkillər
[redaktə | mənbəni redaktə et]Alpinist daxmaları
[redaktə | mənbəni redaktə et]- Panossière Hut (2,641 m) — şimal tərəfi
- Valsorey Hut (3030 m) — cənub-qərb tərəfi
- Musso (3,658 m) — cənub tərəfi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ In terms of peaks with a prominence of at least 300 meters, it is the eighth highest.
- ↑ "Arxivlənmiş surət". 2022-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ "Arxivlənmiş surət". 2023-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ 1 2 Helmut Dumler,Willi P. Burkhardt, Les 4000 des Alpes, ISBN 2-7003-1305-4
- ↑ "Arxivlənmiş surət". 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ [thttps://en.wikipedia.org/wiki/Entremont_District "Arxivlənmiş surət"]. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ "Arxivlənmiş surət". 2022-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ thttps://www.mountain-forecast.com/peaks/Aiguille-du-Croissant Arxivləşdirilib 2023-06-11 at the Wayback Machine)
- ↑ "Arxivlənmiş surət". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ "Arxivlənmiş surət". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ https://whympr.com/fr/summit/8180-col-des-maisons-blanches-valais-w-alpes-pennines-w-suisse
- ↑ "Arxivlənmiş surət". 2016-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- ↑ Combin de Corbassière Arxiv surəti 6 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine bagnes.ch. Retrieved 2010-02-08
- ↑ "Grand Combin on municipality website". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-20.