Qrız
Qrız | |
---|---|
41°12′56″ şm. e. 48°14′48″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.016 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 274 (2009) nəfər |
Milli tərkibi | Qrızlar |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Adı
[redaktə | mənbəni redaktə et]"Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yazılı mənbələrdə Qrız toponiminə ilk dəfə X əsrdə rast gəlinir. XVIII əsrdə Qrız Şeyxəli xanın Rusiya imperiyasına qarşı apardığı mübarizədə onun mərkəzi iqamətgahı olmuşdur. Kəndin ərazisində bir qədim dağılmış məscid var. Bəzi məlumatlara görə bu məscid Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim Əl Xorasani tərəfindən təxminən VIII əsrdə inşa edilib. Məscid Əbu Müslimin adını daşıyır. Eyniadlı məsciddən yaxınlıqdakı Xınalıq və Cek kəndlərində də var.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Qrız oyk., sada. Quba rayonunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Qnz etnooykonimdir. Dağıstan dillərinin ləzgi qrupunun Şahdağ yarımqrupuna məxsus dildə danışan qrızların əsas kəndidir. Yerli Qərəz adından təhrifdir. Qafqazdilli buduqların içərisində Qərəd adlanır. Bütün hallarda oykonim (Qərəz, Qərəd Qnzlılar özlərini qər adlandırırlar. Mənşəcə ehtimal ki, Albaniyanın (Qafqaz) şm.-q.-ində qəd.Qırızlılr Xaçmaz rayonunda kompat halında yaşyırlar
Əhalisi
[redaktə | mənbəni redaktə et]Qrız kəndində hazırda 30-40 ev var. Kəndin əhalisi 368 nəfərdir. Yerli əhalinin bildirdiyinə görə vaxtilə burda 777 ev (bu evlər daş birmərtəbəli evlər olub, tavanı hamar və torpaqla örtülü olurdu) olub və orada 8000-ə yaxın əhali yaşayıb. Lakin onlar bir sıra amillərin təsiri altında miqrasiya etmişlər. Əhali əsasən heyvandarlıqla və dəmyə əkinçiliyi ilə məşğul olur. Xalça və palaz toxunması kimi sənətlər inkişaf etmişdi. Bundan başqa Qrızda vaxtilə yəhudilər də yaşamışlar, onları bura Fətəli xan köçürmüşdu. Bu gün də kənddə yəhudi qəbirstanlığı mövcuddur. Kənddə əhalisini qrızlar təşkil edir. Qrız kəndi qrızların mərkəzi iqamətgahıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 274 nəfər əhali yaşayır.[1]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Qrız kəndi Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2000–2050 m yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara və çay var. Kəndin yaxınlığında Bab bəy – Bab ata (Pir Qirim Şam baba) və Pir Cəlal türbəsi kimi müqəddəs yerlər var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Bundan başqa kənddə o qədər də yaxşı vəziyyətdə olmayan məktəb, bələdiyyə binası və yeni məscid var. Kəndə gedən yol yoxdur. Digər dağ kəndlərinə (Qrızdəhnə, Əlik, Cek, Haput) nisbətən Qrıza getmək daha çətindir.
Təhsili
[redaktə | mənbəni redaktə et]Qrız kəndindəki məktəb 9 illikdir.[2] Qəzalı vəziyyətdə olan binası 1936-cı ildə tikilib.[2] Həmin bina Sovet vaxtında sovxozun mədəniyyət binası olub, sonradan məktəbə verilib.[2]
Turizm
[redaktə | mənbəni redaktə et]Kənd ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15–20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var.[3]
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Qrız kəndinin doğası qışda
-
Qrızda "Əbu Müslim" məscidinin qalıqları
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- "IRS" Jurnalı — ГРЫЗЫ – ОТГОЛОСКИ ЭТНИЧЕСКОЙ ИСТОРИИ АЗЕРБАЙДЖАНА
- Mustafazadə Tofiq – Quba Xanlığı
- John M. Clifton, Janfer Mak, Gabriela Deckinga, Laura Lucht, and Calvin Tiessen – The Sociolinguistic Situation of the Kryz in Azerbaijan (SIL International 2005) Arxivləşdirilib 2012-10-13 at the Wayback Machine
- "Qrız" adlı xalça[ölü keçid]
- "Qrız" xovlu xalça, XVIII əsr
- Musavat – Əfqan Muxtarlı – Qrız haqqında[ölü keçid]
- Şahmurad Qrızlı (Rəşidov). Qrız və Qrızlılar. Bakı: Azərnəşr, 1996
- Şıxbala Qrızlı (Süleymanov). Qrızlar və Qrız dili. Bakı: 2002
- "İbrahim Qrızi haqqında nə bilirik?". "Azərbaycan", 1999, 17 avqust.
- Н.Зейдлиц – "Списки населенных мест Российской Империи по Кавказскому краю"
- Ш.М.Саадиев . "Лингвистический энциклопедический словарь. Крызский язык."
- Б.Б.Талибов . "Языки Российской федерации и соседних государств. Том. II. Крызский язык."
- Хидиров В.С. Глагол в крызском языке. Баку, 2007. 386 с.
- БСЭ, издание 2_е, том 23, стр 535.
- Народы Кавказа, т. 2, М., 1962.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ 1 2 3 Azərbaycandakı bu məktəbdə heç kim işləmək istəmir – FOTO Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine. azadliq.info, 13.04.2016 (az.)
- ↑ Azərbaycanda dağ turizmi: imkanlar və perspektivlər.[ölü keçid] 01.11.2013. (az.)
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |