Qoytur
Kənd | |
Qoytur | |
---|---|
39°45′49″ şm. e. 45°18′22″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Mərkəzin hündürlüyü | 1.310 m |
Saat qurşağı | UTC 4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Qoytur, Qoytul — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 3 km şərqdə, Arpaçayın sağ qolu Qoytul çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Erməni mənbəyində kəndin adı Qoytul, Kotur formalarında da göstərilir[5].
Toponim qədim türk dilində "dərənin dibi" mənasında işlənən koy (>qoy) sözü ilə "möhkəmləndirilmiş yaşayış yeri, qala"[6], "çəpərlənmiş təpə"[7] mənasında işlənən tur sözünün birləşməsindən əmələ gəlmişdir. Tur//tura sözü durr formasında tarixi və coğrafi ədəbiyyatda "dərə", "aşırım", "dağ keçidi" mənalarında[8] işlənmişdir.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Ermənilər kəndə 1828–30-cu illərdə İrandan köçürülmüşdür[9].
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 36 nəfər, 1926-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır [10].
1928–30-cu illərdə azərbaycanlılar kənddən qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.58
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.138
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92
- ↑ Древнетюркский словарь, Л., "Наука", 1969. s.587
- ↑ Радлов В.В. Опыт словарья тюркских наречий, т. III, ч.1, СПб, 1905. s.1466
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.194
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.615–618
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93