Qotur (Abaran)
Kənd | |
Qotur | |
---|---|
Ölkə | Ermənistan |
Region | Abaran mahalı |
Rayon | Abaran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC 4 |
Qotur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir[2]. Kəndin digər adı Qoytur olmuşdur[3].
Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir.
Toponim Azərbaycan dilində «bitkisiz, otsuz yer» mənasında işlənən qotur sözü[4] əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.
Türkmənçay müqaviləsindən sonra, 1830-40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir[5].
Burada ermənilərlə yanaşı 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 80 nəfər, 1897-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır[6].
1904, 1914 - cü illərdə kənddə yaşayan azərbaycanlı və ermənilər qarışıq şəkildə göstərilmişdir[7].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ 1 2 Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.142
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 4
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.296
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 96-100
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 45, 96-97
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 96-97