Qorio Ata
Qorio Ata | |
---|---|
Père Goriot | |
Müəllif | Onore de Balzak |
Janr | Roman |
Orijinalın dili | Fransız |
Ölkə | Fransa |
Orijinalın nəşr ili | 1835 |
Sonrakı | Polkovnik Şaber |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
"Qorio Ata" 1835-ci ildə yazıçı və dramaturq Onore de Balzak tərəfindən yazılmış romandır. 1819-cu ildə Parisdə keçən romanda üç xarakterin həyatından bəhs olunur — qoca Qorio, axtarışda olan cinayətkar Votren və sadəlöhv hüquq tələbəsi Ejen de Rastinyak.[1]
Roman 1834–1835-ci illərdə silsilə halında dərc olunmuşdur. "Qorio Ata" Balzakın ən önəmli romanı hesab olunur. İlk dəfə bu romanın xarakterləri yazarın digər əsərlərində də istifadə olunur və bu Balzakın ədəbiyyatının əsas səciyyələndirici xüsusiyyətlərindən biridir. Əsər həmçinin müəllifin realist tərzinin bir nümunəsidir, hansı ki yazar xırda təfərrüatlardan istifadə edərək obrazlarda alt mətn yaratmışdır.
Roman fransız cəmiyyətinə dərin dəyişikliklər gətirən Burbon restavrasiyası zamanı baş verir. Daha yüksək sosial statusu təmin etmək üçün fərdlərin mübarizəsi kitabın əsas mövzusudur. Paris şəhəri də özünü obrazlarda büruzə verir, xüsusən də Fransanın cənubundakı əyalətlərdə böyümüş gənc Rastinyak. Balzak Qorio və başqaları vasitəsilə ailə və nikahın mahiyyətini təhlil edir, bu institutlara bədbin baxış verir.
Roman oxuculardan və tənqidçilərdən müxtəlif rəylər aldı. Bəzi tənqidçilər əsərin kompleks obrazları və təfərrüatlara olan diqqətə görə müəllifi təriflədi, bəziləri isə onu korrupsiya və acgözlülüyün bir çox təsvirinə görə qınadı. Balzakın sevimlisi olan əsər tezliklə məşhurlaşdı və film səhnəsinə dəfələrlə adaptasiya olundu. Romanın obrazı Rastinyak fransız dilində hər yolla öz vəziyyətini yaxşılaşdırmaq istəyən insanlar üçün istifadə olunan deyimə çevrildi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Le Père Goriot | French Realism, Social Climbing, Parisian Society | Britannica". www.britannica.com (ingilis). 2024-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-30.