Qonurboğaz ərincək
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qonurboğaz ərincək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qonurboğaz ərincək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qonurboğaz ərincək (lat. Bradypus variegatus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Bu sinfin ən çox yayılmış növüdür. Cənubi və Mərkəzi Amerikanın meşələrində aşkarlanmışdır[3][4].
Görünüşü
[redaktə | mənbəni redaktə et]Qonurboğaz ərincə digər üçbarmaqlı ərincək növlərinin əksəriyyəti ilə eyni ölçüdə və quruluşdadır. Erkək və dişilərın uzunluğu 42–80 sm-dir. Quyruq nisbətən qısadır və 2,5–9 sm uzunluqdadır. Yetkinlərin çəkisi 2,25 ilə 6,3 kq arasında olur. Erkəklərlə dişilər arasında ölçüdə əhəmiyyətli bir fərq yoxdur. Hər ətrafın üç barmağı var. Ön ətraflardakı barmaqlarda 7 ilə 8 sm , arxa ətraflarda isə 5 ilə 5,5 sm olan uzun, əyri dırnaqlar vardır[5].
Yayılması və yaşayış sahələri
[redaktə | mənbəni redaktə et]Qonurboğaz ərincək üçbarmaq ərincəklər arasında ən geniş yayılanıdır. Şimalda Hondurasdan, Nikaraqua, Kosta-Rika və Panamadan keçərək Venesuela, Kolumbiya, Ekvador, Boliviya, Braziliya və şərqi Peruya qədər ki, ərazilərdə yayılmışdır. Çox güman ki, Amazonun yağışlı meşələrinin şimalında və ya Rio Neqro çayının şərqində bellə yayılmışlar. Baxmayaraq ki bu bölgələrdə tapılan solğun boğaz ərincəklərə oxşarlığı keçmişdə bir az qarışıqlığa səbəb olmuşdur.
Həmişəyaşıl və quru meşələr də daxil olmaqla çox müxtəlif mühitlərdə yaşaya bilirlər. Ümumiyyətlə dəniz səviyyəsindən 1200 m-ə qədər ərazilərdə rast gəlinir. Bəzi fərdlərin daha yüksək hündürlüklərdə yaşaması bilinir.
Çoxalma
[redaktə | mənbəni redaktə et]Qonurboğaz ərincəklər üzərində aparılan araşdırmalar cütləşmənin şimal arealında ən çox yanvar-mart ayları arasında baş verdiyini, lakin bunun başqa yerlərdə dəyişə biləcəyini göstərir. Boğazlıq ən azı yeddi ay davam edir. Bala doğulartkən artıq xəzə və dırnaqlara sahib olur. Bala ərincəklər yalnız dörd-beş həftədən sonra tamamilə süddən kəsilir. Beş ay və ya daha çox müddət ərzində analarının qarnından yapışmaları ilə seçilirlər[6].
Dişilərdə süd vəziləri, əksər məməlilərdə olduğu kimi əhəmiyyətlimiqdarda süd yığmır. Çünki körpə ərincək hər zaman döşə ilişib qalır və əmələ gələn kimi süd istehlak edilir. Doğuşdan dörd gün sonra qatı qidaları yeməyə başlayırlar, əvvəlcə ananın ağzından gələn qida hissəciklərini yalayırlar. Bu proses onların yeməli yarpaqları tez bir zamanda təyin etmələrinə imkan verir. Ərincəklər ümumiyyətlə yalnız analarının yediyi yarpaq növləri ilə qidalanırlar.
Təbiətdə qonurboğaz ərincəklər ümumiyyətlə 30–40 il ömür sürər.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Erkək ərincək
-
Dişi ərincək
-
Qidalanma anı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Emmons, Louise H.; Feer, François. Neotropical rainforest mammals. A field guide (2nd). Chicago: University of Chicago Press. February 1997. 43. ISBN 978-0-226-20721-6. OCLC 44179508. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
- ↑ Gardner, A. L. Bradypus variegatus Schinz, 1825 // Gardner, A. L. (redaktor). Mammals of South America,. 1: Marsupials, Xenarthrans, Shrews, and Bats. Chicago: University of Chicago Press. 2007. 161–164. ISBN 978-0-226-28240-4. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
- ↑ Hayssen, V. Bradypus variegatus (Pilosa: Bradypodidae) // Mammalian Species. — 2010. — Vol. 42, № 1. — P. 19–32. — doi:10.1644/850.1.
- ↑ Taube, E.; və b. "Reproductive biology and postnatal development in sloths, Bradypus and Choloepus: review with original data from the field (French Guiana) and from captivity". Mammal Review. 31 (3–4). 2001: 173–188. doi:10.1111/j.1365-2907.2001.00085.x.