Qitə fəlsəfəsi
Naviqasiyaya keç
Axtarışa keç
Qitə fəlsəfəsi — müasir Avropa fəlsəfəsinin iki əsas "ənənəsi"ndən birini bildirmək üçün istifadə olunan termin. Belə adlandırmadan bu ənənəni ingilis-amerikan fəlsəfəsindən və ya analitik fəlsəfədən fərqləndirmək üçün istifadə edirlər. Belə ki, fərq ilk dəfə üzə çıxarılanda (XX əsrin ortalarında) qitə fəlsəfəsi bütün Avropada dominat fəlsəfə idi, analitik fəlsəfə isə ingilisdilli dünyada əsas ənənə sayılırdı.
Fəlsəfi cərəyanlar
[redaktə | mənbəni redaktə et]Qitə fəlsəfəsinin aşağıdakı cərəyanları var:
- Həyat fəlsəfəsi;
- Fenomenologiya;
- Ekzistensializm;
- Hermenevtika;
- Strukturalizm;
- Poststrukturalizm və postmodernizm;
- Dekonstruktivizm;
- Fransa feminizmi;
- Frankfurt məktəbi fəlsəfəsi;
- Psixoanaliz;
- Fridrix Nitsşenin əsərləri;
- marksizmin əksər qanadları (qeyd etmək lazımdır ki, özünə analitik ənənənin xüsusiyyətlərini daşıyan analitik marksizm də var).