Qişek

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qişek
İran qişeyi
İran qişeyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qişek, yaxud Qıçak (rus. Гайчак, qaz. Гижақ, гыджак) — qədim simli musiqi aləti [1]..

Yayğınlığı

[redaktə | mənbəni redaktə et]

Qişek İranın güneyində, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, uyğur musiqisində yayılmışdır. Əfqanıstanda "sarında", Hindistanda isə "saragi" kimi tanınır.

İran qişeyi quruluşca skripkanı xatırladır.[2]

Azərbaycan və Orta Asiya qişeyi

[redaktə | mənbəni redaktə et]
Türk qişeyi Qazaxıstanın poçt markasında
Türk qişeyi Qazaxıstanın poçt markasında

Əfrasiyab Bədəlbəyli qişeyi "çanağı girdə, üzərinə adətən ipəkdən eşilmiş iki sim qoşulmuş qədim simli musiqi aləti" kimi təsvir edib [3].

Orta Asiya qişeyi quruluşca kamançaya bənzəyir[4]. Piyaləşəkilli rezonatora malik olub, dəri membranla örtülmüşdür və taxtadan dairəvi boynu vardır. Kaman – kamonça isə qövsşəklində əyilmiş çubuğa bağlanmış bir dəstə at tükündən ibarətdir. Alətin 3 və ya 4 simi olur. Daha qədim nümunələr iki simli olmuşdur. Simlər kvartalarla köklənir. Hal-hazırda gicak kvarta – kvinta köklü 4 simli alət olub, geniş diapazona – üç oktavaya yaxın diapazona malikdir.[5]

  1. "Muğam Ensiklopediyası - Qişek". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
  2. "Foundation for Iranian Studies - Gichak". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
  3. Əfrasiyab Bədəlbəyli - İzahlı monoqrafik musiqi lüğəti - Qişek
  4. "Saadat Abdullayeva. The most melodious of instruments - kamancha. Journal İRS, № 8, 2012" (PDF). 2021-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-03.
  5. Tariyel Məmmədov. Özbək xalq və şifahi ənənəli peşəkar musiqisi Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine