Qhaqhara çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qhaqhara çayı
çin. 加格拉河, nep. कर्णाली, hind. घाघरा
Ölkələr
Mənbəyi Tibet dağlıq yaylası
 • Yüksəkliyi 3962 m
Mənsəbi Qanq
Uzunluğu 950 km
Hövzəsinin sahəsi 127950 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qhaqhara çayı (hind. घाघरा) — Asiyada çay. Qanq çayının ən bolsulu qollarından biri.

Çinin, Hindistanın, Nepalın ərazisindən axır. Uzunluğu-950 km, hövzəsinin sahəsi isə-127 950 km²-dir. Hər bir keçdiyi ölkənin ərazisində özünəməxsus adı daşıyır. Mənbəyi Tibet dağlıq yaylasından Mapam-Yumço gölü yaxınlığından keçir. Karnali adlı dar dərədən çay Himalay dağlarını keçərək Hind-Qanq ovalığına çıxır. Harada ki, o Moxan çayı ilə birləşərək Qhaqharanı yaradır. Nepalda ən uzun və ən iri çay hesab edilir. Çayın qidalanmasında qar, buzlaq suları əsas rol oynayırlar. yaz və yay aylarında qarların əriməsi ilə çayda suyun səviyyəsi xeyli qalxır ki, buda subasmalara səbəb olur. Bu çayın sularından həmçinin suvarmada istifadə edilir. Ayodxya şəhəri yaxınlığında çay nəqliyyat əhəmiyyətlidir. Aşağı axarında isə Fayzabad şəhəri yerləşir.