Qazma məhlulu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qazma qurğusuna rod stringdən aşağı anti-köpüklənən agent tökən qazmaçı
Su əsaslı qazma məhlulu hazırlamaqda istifadə olunan barıt tozu

Qazma məhlulu — Geotexniki mühəndislikdə qazma məhlulu torpaqdakı buruq quyularını qazmağa kömək etmək üçün istifadə edilir. Qazma mayesi tez-tez istifadə olunan nefttəbii qaz və həmçinin də kəşfiyyat qazma quyusunda artezian quyularındakı kimi çox sadə buruq quyularında istifadə olunur. Qazma mayesi tez-tez gilli məhlul da adlandırılır. Qazma mayesinin üç əsas növü var:su əsaslı qazma məhlulu (hansı ki dipers və qeyri-dispers ola bilir) , adətən neft əsaslı gilli məhlul adlanan qeyri sulu məhlullar və qazların geniş çeşidi istifadə oluna bilən qazəmələgətirici qazma məhlulu.

Qazma məhlulunun əsas funksiyasına quyu lüləsinə daxil olan lay mayelərinə olan təzyiqin qarşısını almaq, qazma zamanı qazma baltasını təmiz və sərin saxlamaq, qazma suxurlarını çıxarmaq daxildir. Xüsusi iş üçün istifadə olunan qazma mayesi laydakı zərərdən qaçmaq və korroziyanı məhdudlaşdırmaq üçün seçilib.[1]

Qazma məhlulunun tipləri

[redaktə | mənbəni redaktə et]

Qazma məhlullarının bir çox növləri gündəlik istifadə olunur. Bəzi quyular tələb edir ki, dəliyin müxtəlif hissələrində qazma məhlulunun müxtəlif növlərindən istifadə olunsun və ya bəzi növləri digərləri ilə kombinasiyada istifadə olunsun. Ümumiyyətlə mayenin müxtəlif növləri bir neçə geniş kateqoriyaya bölünür:

  • Hava:Sıxılmış hava ya quyunun dairəvi yeri ilə aşağı ya da qazma kəmərinin özünün aşağısına vurulur.
  • Hava/su: Su əlavə etməklə özlülüyü artırmaq, quyunu yumaq, daha soyuq olmasını təmin etmək və təmizliyinə nəzarət etməkdir.
  • Hava/Polimer:Tez- tez polimer növü kimi adlandırılan xüsusi olaraq işlənib hazırlanmış kimyəvi maddə xüsusi şərait yaratmaq üçün hava və su qarışığına əlavə edilir. Köpüklənən agent bu polimerlərə bariz nümunədir.
  • Su:Su özü bəzi hallarda istifadə olunur. Dəliyin üst hissəsində qazma zamanı dəniz qazma işlərində dəniz suyu adəti üzrə istifadə olunur.
  • Su əsaslı qazma məhlulu (SQM): Ən əsas su əsaslı qazma məhlulu sistemləri su ilə başlayır sonra şokoladlı süd və acıtma arasında bir şeyi xatırladan gil və digər kimyəvi maddələr daxil olan su homogen qarışığı yaradılır (özlülüyündən asılı olaraq) . Gil (qaya formasında şist adlanır) adətən qazma zamanı mayedə asılı qalmış təbii gillərin kombinasiyası olur və ya SƏM sistemi üçün aşqar kimi emal olunan və satılan xüsusi gil növləridir. Onlardan ən çox yayılanı, tez-tez yataqda"gel" kimi adlandırılan bentonitdir. Maye nasosla vurularkən gel vəziyyətə uyğun olaraq hazırlanır. Bu, çox nazik və dənəvər ola bilər (şokoladlı süd kimi), bununla belə nasos dayananda "gel"in strukturunu təşkil edən maye axına müqavimət göstərir. Adekvat güc nasosu ilə gel fasiləsində tətbiq ediləndə axın bərpa olunur və maye özünün əvvəlki dənəvər vəziyyətinə qayıdır. Müxtəlif effektlər əldə etmək üçün SQM sisteminə bir çox digər kimyəvi maddələr əlavə edilir. Bu effektlərə özlülüyə nəzarət, şistin sabitliyi, qazmanın sürətini artırmaq, soyutma və avadanlığın yağlılığı daxildir.

Neft əsaslı qazma məhlulu (NQM): Özlülü mayenin dizel yanacağı kimi neft məhsulu olan yerdə neft əsaslı qazma məhlulu qazma məhlulu kimi istifadə olunur. Neft əsaslı qazma məhlulları bir çox səbəblərə görə istifadə olunur, bunlara yağlılığın artırılması, gücləndirilmiş şist ingibitorlaşması və az qatılıqla yüksək təmizlik qabiliyyəti daxildir. Həmçinin neft əsaslı qazma məhlulları yüksək istiliyə xarab olmadan davam gətirir. Xüsusilə riskli quyularda , müvafiq yerdə doğranmış suxurların zərərsizləşdirilməsi kimi ekoloji mülahizələr və kəşfiyyat quyularında neft əsaslı qazma məhlulundan istifadə kimi neft əsaslı qazma məhlullarının istifadəsi üçün xüsusi mülahizələri var. Neft əsaslı qazma məhlulu suxur hissələrinin və kernlərin (quyulardan çıxarılan lüləşəkilli suxur nümunəsi) geokimyəvi analizi mane olur. ANI (Amerika Neft İnstitutu) üzrə çəkinin müəyyənləşdirilməsi ilə əsas maye laydan qayıtmış neftdən fərləndrilə bilməz.

Sintetik əsaslı qazma məhlulu(SQM) (başqa adla Aşağı Toksiklikli Neft əsaslı Qazma Məhlulu və ya ATNQM):Əsas mayenin sintetik neft olduğu yerlərdə sintetik əsaslı maye qazma məhluludur. Bu ən çox dəniz qurğularında istifadə olunur, çünki onda neft əsaslı qazma məhlulunun xassələri var, ancaq bu mayenin toksik buxarları neft əsaslı mayeninkindən xeyli azdır. İşçilər belə dəniz qazma qurğusu kimi qapalı məkanda məhlul ilə işləyərkən bu çox vacibdir. Sintetik-əsaslı məhlul neft əsaslı məhlul kimi eyni ekoloji və araşdırma problemləri yaradır.

  1. "Drilling Fluids" (ingilis). www.aesfluids.com. 2016-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr,2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]