Qaregin Njde

Vikipediya, azad ensiklopediya
(Qareqin Njde səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qareqin Njde
Qareqin Ter-Arutyunyan
Şəxsi məlumatlar
Doğum adı Գարեգին Եղիշեի Տեր-Հարությունյան
Doğum tarixi 1 yanvar 1886(1886-01-01)[1]
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1955(1955-12-21) (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti erməni
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Daşnaksutyun
Rütbəsi Sparapet, poruçik
Döyüşlər
Təltifləri 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Georgi" xaçı 3-cü dərəcəli "Müqəddəs Georgi" xaçı Order of Bravery "Müqəddəs Stanislav" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qareqin Njde- (Qareqin Ter-Arutyunyan erm. Գարեգին Նժդեհ; 1 yanvar 1886[1], Güznüt, Naxçıvan qəzası[2][3]21 dekabr 1955, Vladimir mərkəzi həbsxanası[d], Vladimir vilayəti, SSRİ) — erməni dövlət xadimi.[4]

Qareqin Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olmuşdur. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olur, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulur. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alır, sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulur. Eyni vaxtda Qareqin Daşnaksütuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Rusiyaya (Qafqaza) silah almaq məqsədilə gəlir, Njde həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır. I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir.

Birinci dünya müharibəsində

[redaktə | mənbəni redaktə et]

Birinci dünya müharibəsi başlayanda Rusiya imperiyasının Sofiyadakı səfirliyinə gələn Qareqin Njde öz xidmətlərini təklif edir. Drastamat Kanayanın başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunur. 1915-ci ilin mayında 3-cü dərəcəli Müqəddəs Vladimir, 4-cü dərəcəli Müqəddəs Anna ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli Georgi xaçı ilə təltif olunur.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olur. 1919-cu ilin sentyabrında, daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbayacanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur.

Njde həmçinin VedibasardaGöyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında gedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra, Njde sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Mehri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə qırmızı ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda "Dağlıq Erməni Respublikası"nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan, Qırmızı Ordunun əsas qüvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri QarabağNaxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.

Qaregin Njde özünü yaratdığı oyuncaq respublikanın "ali baş komandan"ı elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.

Mühacirət və İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Qafqazdan qaçandan sonra Njde Bolqarıstana gəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-yə köçür, burada o Tanderqyana türk səfiri Muxtar bəyin öldürülməsində kömək etmək niyyətində idi. ABŞ-də Njde "Tseqakron" hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

1942-ci ildə general Dro ilə (Drastamat Kanayan) birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştirak edir.

15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.

Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet ordusu Bolqarıstana girəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada vəfat edir.

İttiham aktından

[redaktə | mənbəni redaktə et]

Aşağıdakı mətn Qaregin Njdenin ittiham aktından bir parçadır, onu Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşı mayor Melkumyan hazırlayıb. Bu sənəddə, Njdenin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən demək olar ki bəhs edilmir, lakin bununla belə sənədlə tanış olmaq faydalıdır.

Bolqarıstanda yaşayarkən Ter-Arutunyan Daşnaksütunyun rəhbəri kimi, SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. 1941-ci ildə alman kəşfiyyatı ilə əlaqə yaradıb və almanların göstərişi ilə Balkan yarımadasında millətçilərin arasında agentura yaradılması ilə məşğul olub. Ter-Arutunyan almanların Berlində yaratdığı "Erməni Milli Şurasnın" üzvü olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub.

Bu məlumatlar və bir sıra digər sənədlər arasında 2 noyabr 1944-cü ildə Qaregin Ter-Arutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter-Arutunyan 1908-ci ildən 1937-ci ilə qədər Daşnaksutyun partiyasının üzvü olub, 1918-ci ildə daşnak hökuməti tərəfindən, millətçi hərbi hissələr yaratmaq məqsədilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurda silahlı qüvvələrinin komandanı, 1921-ci ildən isə baş naziri olaraq, Sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır.

Onun əmri ilə bir sıra kommunistQırmızı Ordunun mənsubları həbs olunmuş və güllələnmişdir həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqlabi əhval ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür. (II cild səhifə NN 251–253, 257–259, 263–266, 355–359, 360, 364–369) 1933-cü ildə müttəhim Ter-Arutunyan ABŞ-yə yollanıb və orada daşnak gənclər təşkilatı olan "Tseqakron" təşkilatını yaradıb, təşkilat irqçiliyi təbliğ etməklə, mahiyyət etibarilə faşist təşkilatıdır.

Müttəhim Ter-Arutunyan Sovet İttifaqının barışmaz düşməni kimi, 1941-ci ildə özünün yaxın tanışı olan alman agenti Burev Semyon İvanoviçin vasitəsilə alman kəşfiyyat və əkskəşfiyyat orqanlarının Balkanlardakı rəhbəri "Doktor Delius" təxəllüslü Vagner Otto ilə əlaqə yaradaraq, onun tapşırığı əsasında Buxarest, Varna, Plovdiv, Sliven, Şumen şəhərlərində olub və burada SSRİ-yə qarşı istifadə üçün adamların seçilməsi və almanlara təqdimatı ilə məşğul olub.(Cild I səhifə NN 22–29, 31–33, 37–44, 45–48, 66, 68–88, 93, 157, 208–302, II cild səhifə NN 192–195, 311, 318, 320, 327, 332, 352). Bundan sonra Arutunyan alman kəşfiyyatçısı mayor Drumyun göstərişi ilə 1942-ci ilin payızında Berlində olmuşdur. Özünün köməkçisi olan Asatryan Qayk ("Smerş" tərəfindən həbs olunmuşdur) vasitəsilə, Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə göndərmişdir, burada onlar Xoxenbande kəndində yerləşən kəşfiyat-təxribat məktəbində təlim keçərək Krıma göndərilmişdilər, onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşfiyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi, alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar üsyan qaldırmalı idilər (Cild I səhifə NN 1574, 155, 158–165; Cild II səhifə NN 49–51, 59–62). 1943-cü ilin avqustunda Qaregin Ter-Arutunyan Krıma gələrək, yuxarıda göstərilmiş kəşfiyyatçı-təxribatçıların qarşısında çıxış edərək onları almanların bütün göstərişlərini yerinə yetirməyə çağırmışdır (Cild II səhifə NN 309, 310). Müttəhim Ter-Arutunyan Almaniyanın işğal olunmuş şərq əraziləri nazirliyinin yaratdığı "Erməni milli şurasının" tərkibinə daxil olur, şuranın məqsədi Almaniyaya SSRİ-yə qarşı mübarizədə yardım etmək və Ermənistanda Almaniyanın protektaratı ilə millətçi-burjua hökumətinin qurulmasına nail olmaq idi (Cild I səhifə NN 69–71 Cild I səhifə NN 245–248, 352). Özünü qismən günahkar hesab edir. Devedjyan Ovanes Akopoviçin, Burev Semyon İvanoviçin, Plev Xristo Dmitriyeviçin, Pastandaryan Krikor Andranikoviçin, Asatryan Qayk Kirakosoviçin, Doğramacyan Mardın Mkrtıçeviçyin, Davidyan Nşan Akopoviçin, Tomasyan Mkrtıç, Astvatsaturyan Nerses Srapionoviçin, Sarkisyan Qurgen Semyonoviçin ifadələri əsasında Ter-Arutunyanın günahı sübuta yetirilmişdir. İlkin təhqiqatı bitməsi və irəli sürülmüş ittihamın təsdiqini tapmasına arxalanaraq Ermənistan SSR-in C. P. M. 200-cü maddəsini rəhbər tutaraq hesab edirəm ki, 11278 nömrəli cinayət işini Ermənistan SSR-in DİN. qoşunlarının hərbi prokuroru vasitəsilə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin nəznində, xüsusi məşvərətin dinləmələrinə göndərilə bilər. Müttəhimə qarşı cəza tədbiri kimi 25 illik həbs cəzasını təklif etmək. İttiham aktı 10 mart 1948-ci ildə tərtib olunmuşdur.

Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin birinci idarəsinin üçüncü bölməsinin rəisi mayor Melkumyan.

  1. 1 2 Bibliothèque nationale de France Garegin Njdeh // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Erməni Sovet Ensiklopediyası, VIII cild (erm.). C. 8. S. 269.
  3. 1 2 https://anca.org/karekin-njdeh-a-biographical-sketch/.
  4. Азербайджан призвал Россию не допустить установления памятника армянскому пособнику нацистов Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine

    Он отметил, что в 1948 году Нжде как военный преступник был приговорен к 25 годам заключения и скончался в 1957 году во Владимирском централе.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]