39°53′44″ şm. e. 45°16′08″ ş. u.HGYO

Qaraqulax

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Qaraqulax
39°53′44″ şm. e. 45°16′08″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.650 m
Saat qurşağı UTC 4
Əhalisi
Əhalisi
  • 743 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qaraqulax xəritədə
Qaraqulax
Qaraqulax

Qaraqulax - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]

Rayon mərkəzindən 20 km məsafədə, Qalaçayın sahilində, Səlimçayının sol qolunun üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponim türk dilində «böyük, iri, geniş» mənasında işlənən qara sözü ilə türk dilində «dərə, təpə, təpəlik, hündür yer, yayla, təpələr arasında düzənlik», «arxın ayrıldığı yer» mənasında işlənən qulak //kulak sözündən[4] əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.

Burada ermənilərdən başqa 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır [5]. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.117
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.310-311
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.92-93