Qarabağ hərəkatı (1918)
Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı — Qarabağda yerli türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirən erməni-daşnak silahlı dəstələrini tərk-silah etmək və bölgədə Azərbaycamn qanuni hakimiyyət strukturlarının işini bərpa etmək məqsədilə 1918-ci ilin sentyabr-oktyabrında Qafqaz İslam Ordusuna daxil olan türk və Azərbaycan hərbi hissələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyat.[1]
Başlanması
[redaktə | vikimətni redaktə et]Qarabağda hərbi şərait hələ Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi elan edilməzdən əvvəl mürəkkəbləşməyə başlamışdı. Ermənilər Birinci Dünya müharibəsinin (1914–1918) doğurduğu əlverişli tarixi şəraitdən istifadə edərək bölgəni Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün burada güclü silahlı dəstələr formalaşdırmışdılar. Həmin dəstələr birbaşa Ermənistan tərəfindən silahlandırılırdı. Qafqaz İslam Ordusu Bakıya doğru irəliləyərkən xüsusi qüvvələr ayırıb Qarabağa göndərmək mümkün olmadığından bu məsələ yalnız Bakı şəhəri azad edildikdən sonra diqqət mərkəzinə gəldi. Bu məqsədlə 1-ci Azərbaycan piyada diviziyası əsasında xüsusi dəstə yaradıldı. Qarabağda döyüş əməliyyatlarına rəhbərlik 1-ci Azərbaycan diviziyasının komandiri Cəmil Cahid bəyə həvalə olunmuşdu. Qarabağ hərəkatında bu diviziyanın 1-ci, 2-ci və 3-cü süvari alayları, 2-ci piyada alayı, milli könüllü bölmələr, habelə bir şnayder dağ taboru və zirehli avtomobillər iştirak edirdilər. 1-ci Azərbaycan diviziyası 9-cu və 106-ci türk alayları möhkəmləndirilmişdi. Nuru paşa sentyabrın 21-də Qarayazı və Ləzgi süvari alaylarının Yevlaxa və oradan da Bərdəyə yola düşmələrinə hazırlaşmaları barədə əmr verdi. Onun 23 sentyabr tarixli əmri ilə digər hərbi hissələrin də yola salınmasına başlandı. Həmin hərbi hissələr sentyabrın 25-dən etibarən Qarabağ ərazisinə daxil olmağa başladılar. Cəmil Cahid bəy tərksilah və Azərbaycan Hökumətinə tabe olmaları barədə Qarabağ ermənilərinə ultimatum verdi. Erməni millətçi dairələri sentyabrın sonlarında qurultay çağıraraq, bu məsələni müzakirə etdilər və Azərbaycan Hökumətini tanımayacaqlarını bildirdilər. Qurultayın qərarı 5 nəfər erməni vasitəsilə Ağdama, 1-ci Azərbaycan diviziyasının komandanlığına çatdırıldı. Cəmil Cahid bəy bu qərarla tanışlıqdan sonra onu gətirən ermənilərdən üçünün həbs olunmasına əmr etdi. İkisi isə buraxıldı və onlara bildirildi ki, ermənilər ən qısa müddətdə təslim olmasalar, Şuşaya hücum başlanacaqdır. Ermənilər oktyabrın 3-də çağırdıqları yeni qurultayda Azərbaycan Hökumətini tanımağı, ancaq silahların yığılmaması barədə türk komandanlığı qarşısında məsələ qaldırılmasını qərara aldılar.
Döyüşlər
[redaktə | vikimətni redaktə et]Oktyabrın 1-də Nuru paşa da artıq Ağdama gəlmişdi. Döyüşə hazırlıq vəziyyəti yoxlanıldıqdan sonra oktyabrın 4-də Qarabağ dəstəsi Şuşaya doğru hərəkətə başladı və elə həmin gün Əsgəran ətrafında güclü döyüş baş verdi. Əsgəran boğazının təbii şəraitindən istifadə edən ermənilər burada möhkəm müdafiə postları qurmuşdular. Üzbəüz döyüşlə bu mövqeləri yarıb keçmək çətin olacağından 2-ci Azərbaycan piyada alayı və bir süvari alayı Kətik-Daşbaşı istiqamətinə göndərildi. 9-cu Qafqaz piyada alayı isə Ağbulağa tərəf hərəkət etdi və bu məntəqəni ələ keçirərək, ermənilərin cənuba doğru geri çəkilmək yolunu kəsdi. 9-cu alayın bu məntəqəni ələ keçirməsi və həmin alayın 25-ci taborunun cənubdan Əsgərana doğru hərəkəti ermənilərin müqavimətini tamamilə qırdı və onların geri çəkilməkdən başqa çarəsi qalmadı. Bununla da, Şuşa yolunda əsas müqavimət səddi aradan qaldırıldı. Xramort, Xanabad, Daşbaşı, Aranzəmin, Qarakənd erməniləri də müqavimət göstərməyə çalışırdılar. Oktyabrın 6-da Əsgəranla Şuşa arasındakı Əyrikənd ətrafında növbəti döyüş baş verdi. Burada xeyli erməni qüvvəsi toplaşmışdı. 1-ci Azərbaycan diviziyasının sərəncamında olan topların sürəkli atəşindən sonra həmin qüvvələr qaçıb dağılışdılar. Xanabad, Qılınəbağı və Kətik kəndlərinin dağlara qaçmış əhalisi müqavimətin əbəs olduğunu anlayıb silahlarını təhvil verməyə başladılar.
Şuşa istiqamətində oktyabrın 6-dək davam edən döyüşlərdə bir zabit və 32 əsgər şəhid olmuş, 65 nəfər yaralanmış, 16 min güllə və 276 top mərmisi sərf edilmişdi. Ayın 7-də Şuşa istiqamətində irəliləyən əsas qüvvələr Xankəndinə doğru hərəkəti davam etdirdilər. Əsas qüvvələr irəli hərəkət etdikcə arxada qalan yolun və məntəqələrin mühafızəsi də təmin olunurdu. Bu məqsədlə bir piyada taboru Ağdamda saxlandı, bir piyada taboruna is ə Şuşa-Ağdam yolunun mühafizəsi tapşırıldı. 1-ci Azərbaycan diviziyası və onun tabeliyinə verilmiş hissələr oktyabrın 4-də Ağdamdan hərəkət edərək, ayın 8-də Şuşaya daxil o ldular. Yalnız oktyabrın 4-də Əsgəran ətrafında döyüşə girən bu qüvvələr sonrakı günlərdə elə bir ciddi müqavimətlə rastlaşmadan yol üstündəki kəndlərdən silah toplamaqla məşğul idilər. Şuşa əhalisi Qafqaz İslam Ordusu qüvvələrinin qarşılanması üçün Gövhər ağa məscidində könüllü 20 min rubl vəsait toplamışdı. Bu vəsait qoşun hissələrinin yerləşdirilməsinə, onların ərzaqla təhcizatına sərf edildi. Şuşa bəylərindən biri şəhərə gələn qoşunların bir günlük bütün xərclərini öz üzərinə götürdü. Digər bəylər və imkanlı adamlar da qoşunlarm ərzaq təminatı üçün böyük miqdarda çörək, çay, şəkər və s. almışdılar.
Şuşada Qafqaz İslam Ordusu hissələrinin rəsm-keçidi də təşkil edildi. Bu rəsm-keçid həm azərbaycanlılar, həm də ermənilər tərəfındən izlənildi. Şəhərin həm azərbaycanlılar, həm də ermənilər yaşayan hissəsində postlar quruldu və asayişin təmin edilməsi onlara tapşırıldı.
Ermənilər aldıqları ilk zərbədən sonra, öz xislətlərinə uyğun olaraq, Qafqaz İslam Ordusu hiss ələri qarşısında geri çəkilməyə razılıqlarını bildirsələr də, əslində, məqam gözləyir, gizli şəkildə öz dəstələrini gücləndirirdilər. Kənardan alınan yardımlar da onların daha yaxşı təşkilatlanmasına və təchizinə kömək edirdi. Məsələn, Dovşanlı və Marağalıda 1000 nəfərlik erməni-daşnak silahlı dəstəsi toplanmışdı. Dəstənin kifayət qədər silahı, hərbi sursatı var idi. Bu dəstəyə Arşak adlı birisi rəhbərlik edirdi. Gorusda onun 700 nəfərlik piyada, 200 nəfərlik süvari qüvvəsi, 11 pulemyotu və 2 topu olması barədə xəbər alınmışdı. Şahnəzərov adlı birisinin rəhbərliyi altında isə 600 nəfərlik Gəncə alayı, 400 nəfərlik Şuşa alayı və 200 nəfərlik Samsun alayı var idi. Bütün bu qüvvələr Qarabağa gəlmiş Qafqaz İslam Ordusu hissələrinə qarşı təzyiqi günü-gündən gücləndirirdilər. Onların müqavimətini qırmaq və Şuşa ətrafında vəziyyəti sabitləşdirmək üçün Cəmil Cahid bəy öz qüvvələrini aşağıdakı şəkildə bölüşdürməyi qərara aldı: 2-ci Azərbaycan piyada alayının bir taboru Xankəndi yolunda dayanmalı, alay özü isə bir topçu batareyası ilə Şuşada qalmalı, 1-ci süvari və Ləzgi süvari alayları isə Əsgəranda mövqe tutmalı idi. Süvarilər və Xankəndidəki taborun bir bölüyü bu iki məntəqə arasında asayişi mühafızə etməli idi. 25-ci taborla topçu şnayder taboru Ağdamda qalmalı, 1-ci Azərbaycan diviziyasının qərargahı da buraya köçürülməli idi. Könüllü milis dəstələri də Ağdamda cəmləşdirilərək, yürüşə hazır vəziyyətdə saxlanmalı idi. Cəbrayıl ətrafında isə yerli qüvvələrdən silahlı dəstələr yaradılması nəzərdə tutulmuşdu.
1-ci Azərbaycan diviziyası qərargahının Şuşada yerləşdirilməsi planlaşdırılırdı. Diviziya bölgənin təhlükəsizliyini təmin etməli idi. Bölgədə əvvəlki vəziyyəti bərpa etmək üçün isə ermənilər təkcə öz qüvvələrini gücləndirmir, eyni zamanda, havadarları vasitəsilə Türkiyəyə güclü təzyiq göstərir və ciddi-cəhdlə Qafqaz İslam Ordusu hissələrinin Qarabağdan çıxanlmas mı tələb edirdilər. Yaranmış mürəkkəb beynəlxalq şərait və eyni zamanda, Mudros barışığının şərtlərinə görə, türk hərbi qüvvələrinin Azərbaycandan geri çağırılması Qarabağda yenidən baş qaldıran erməni-daşnak təcavüzünü birdəfəlik susdurmağa imkan vermədi. Qarabağdakı 9-cu və 106-cı türk alaylarının geri çağırılmasından sonra general-mayor Usubov diviziyanın komandiri təyin edildi və Qarabağda erməni təcavüzünə qarşı mübarizə aparmaq bütünlüklə Azərbaycan hissələrinin öhdəsinə düşdü.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999;
- Birinci dünya harbinde türk harbi Kafkas cebhesi 3-cü ordu harekatı, c.2, Ankara, 1993;
- Yüceer Nasir, Birinci dünya savaşmda Osmanlı ordusunun Azerbaycan və Dağıstan harekatı, Ankara, 1996.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 106. ISBN 9952-417-44-4.