Qara pantera (Marvel Comics)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qara pantera
ing. Black Panther
Nəşriyyat Marvel Comics
Yayım tarixi Fantastic Four #52 (iyul 1966)
Yaradıcı(lar) Sten Li
Cek Körbi
Xüsusiyyətlər
Əsl adı T'Çalla
Cinsiyyəti kişi[d]
Vətəndaşlıq
Komiks bioqrafiyası
Üzvlükləri Fantastik dördlük
Qisasçılar
Fantastik güc
İllüminati
Partnyorları Fırtına
Gücləri Qeyri-insanı güc, sürət, hissiyat və dözümlülük
Silahları Vibranium kostyumu və silahı

Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten LiCek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir.

Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.

Qara pantera bir çox film, televiziya verilişi və video oyunda peyda olmuşdur. Personaj Marvel Kinematoqrafiya Kainatında "Birinci qisasçı: Qarşıdurma", "Qara pantera" və "Qisasçılar: Sonsuzluq savaşı" filmlərində yer almış və Çedvik Bouzman tərəfindən canlandırılmışdır. 2011-ci ildə Qara pantera IGN-ın "Ən yaxşı 100 komiks qəhrəmanı" siyahısında 51-ci yerdə göstərilmişdir.[1]

  1. "IGN's Top 100 Comic Book Heroes: #51 Black Panther". IGN. 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]