Qara əjdaha cəmiyyəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qara əjdaha cəmiyyəti
黒龍会
Yaranma tarixi yanvar 1901
Ləğvolma tarixi 1946
Qurucusu

Qara əjdaha cəmiyyəti (kyucitay; 黑龍會; şincitay: 黒竜会, kokuryukay?) və ya Amur çayı cəmiyyəti – 1901-45-ci illərdə Yaponiyada mövcud olmuş ultramillətçi təşkilat.[1] Cəmiyyətin əsas məqsədi Yaponiyanın Asiyadakı maraqlarını müdafiə etmək və Asiya qitəsindəki genişlənməsini yaymaq idi.[1]

Təşkilatın qurucusu Ryohey Uçida.

Təşkilat 1901-ci ildə ultramillətçi təşkilat olan Qenyoşanın xələfi kimi Ryohey Uçida tərəfindən qurulmuşdur.[1] Təşkilatın ilk məqsədi Rusiyanı Şərqi Asiyadan – Amur çayının cənubundan uzaqlaşdırmaq idi.[1] Uçida və bir çox yapon millətçiyə görə Amur çayı Yaponiyanın şimal-şərqi Asiyadakı milli müdafiə parametri idi.[1] Təşkilat "Kokuryu" (daha sonra "Ajia jiron") adlı jurnal nəşr etdirmiş, Rusiyanın SibirMancuriyadakı fəaliyyətlərini izləmək üçün casuslar yetişdirmiş və sərt xarici siyasət qəbul etməsi üçün hökumətə təzyiqlər etmişdir.[1] Panasiyaçılıq idealogiyasını mənimsəyən təşkilat 1900-cü illərin əvvəllərində Sun YatsenEmilio Aqinaldo kimi inqilabçıları dəstəkləmişdir.[1]

Rus-yapon müharibəsi, Koreyanın ilhaqıYaponiyanın Sibirə müdaxiləsi zamanı təşkilat gizli siyasi fəaliyyətlər üçün öz üzvlərini göndərmişdir.[1] 1920-ci və 1930-cu illərdə təşkilat diqqətini daxili məsələlərə yönəltmiş, solçu və liberal fiqurlara hücum etmiş və milli rekonstruksiya tələb etmişdir.[1] Əsasən Kyuşudan olan keçmiş samuraylardan ibarət olan təşkilatın üzvləri heç vaxt çox olmamış və dövlət tərəfindən rəsmi şəkildə tanınmamışdır.[1] Lakin təşkilatın Toyama Mitsuru kimi bəzi əsas üzvlərinin yüksək rütbəli şəxslərlə, hökumət nazirləri ilə və güclü biznesmenlərlə yaxın əlaqələri olduğu üçün Qara əjdaha cəmiyyəti Yaponiyadakı digər ultramillətçi təşkilatlara nisbətən daha çox təsirə malik idi.[1]

Yaponiyanın İkinci dünya müharibəsindəki məğlubiyyətindən sonra 1945-ci ildə ABŞ hökuməti təşkilatı ləğv etmişdir.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild. Tokio: Kodansha. 1983. səh. 53. ISBN 0-87011-621-5. İstifadə tarixi: 28 may 2022.