Qanku

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qanku
yap. 岸駒
Doğum tarixi 1749[1][2][…] və ya 1756
Doğum yeri
Vəfat tarixi 19 yanvar 1839(1839-01-19)[3]
Vəfat yeri
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qanku Kişi və ya sadəcə Qanku (岸駒?, 1749[1][2][…] və ya 1756, Kanazava19 yanvar 1839[3], Kioto)Yaponiya rəssamı.[4] Kişi rəssamlıq məktəbinin qurucusudur.

Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində[a] doğulmuşdur.[4] 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır.[4] Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür.[4]

Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir.[4] O, Çin rəssamı Şen TsuandanMaruyama-Şico məktəbindən təsirlənmişdir.[4] Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur.[4] Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama KazanŞiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar.[4] Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar.[4] Qanku, xüsusilə, pələng təsvirləri ilə tanınmışdır.[4]

  1. 1 2 Ganku // Union List of Artist Names (ing.).
  2. 1 2 Swartz A. Ganku // Open Library (ing.). 2007.
  3. 1 2 The Fine Art Archive.
  4. 1 2 3 4 5 6 7 8 9 10 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 7-8. ISBN 0-87011-623-1. İstifadə tarixi: 24 sentyabr 2022.