Qadınlarda eyakulyasiya
Qadınlarda eyakulyasiya və ya qadınlarda boşalma — çox vaxt sıx bir həzz hissi ilə müşayiət olunan, orqazm əsnasında parauretral kisənin zərbələr nəticəsində gözlə görünən miqdarda maye ifraz etməsi hadisəsidir.[1][2] Qadın eyakulyasiyası fizioloji cəhətdən cinsi əlaqədən fərqli bir şeydir.[3][4] Bu eyakulyasiya mayesi, Skin kisəsi kimi də adlandırılan parauretral kisələrdə əmələ gələn sulu mayedir.[5][6] Parauretral kisələr Bartonlin kisələri ilə qarışdırılmamalıdır. Bu kisələrə çox vaxt qadın prostatı da deyilir.[7] Eyakulyasiya mayesi orqazm əsnasında sidik borusunun uc hissəsində olan çox kiçik dəliklərdən və sidik borusunun sağ və sol tərəflərində yerləşən kisələrdən ifraz olunur.[8]
Qadınların eyakulyasiya prosesi haqqında olduqca az sayda tədqiqat işləri aparılmışdır. Elmi ictimaiyyət tərəfindən müştərək təriflərin və tədqiqat metodologiyasının qəbul edilməməsi, bu barədə empirik məlumatların olmamasının əsas səbəbidir.[9] Bu sahədə aparılmış olan tədqiqat işləri yüksək səviyyədə seçilmiş iştirakçılardan, dar nümunəli tədqiqatlardan və ya çox kiçik nümunə ölçülərindən ziyan görmüş və nəticə etibarilə hələ də əhəmiyyətli nəticələr əldə edilməmişdir.[10] Mayenin tərkibinə dair aparılmış tədqiqat işlərinin əksəriyyəti mayenin sidik və ya sidik əsaslı (mayenin tərkibinin sidiyin tərkibi ilə oxşarlığının müəyyənləşdirilməsi) olub-olmamasını müəyyən etməyə yönəlmişdir.[11][12]
Mayenin uretranın içindən və ətrafından, Skin vəzi (Skin kisəsi) tərəfindən ifraz olunub-olunmaması da müzakirə mövzusuna çevrilmişdir.[13][14] Mayenin dəqiq mənbəyi və təbiəti tibb elminin mütəxəssisləri arasında mübahisə mövzusu olmağa davam edərkən və G nöqtəsinin mövcudluğuna dair şübhələr ilə əlaqədar olarkən, Skin vəzisinin mayenin mənbəyi olduğuna dair son dərəcə əhəmiyyətli sübutlar mövcuddur.[15][16][17][18][19] Bununla bərabər, qadın eyakulyasiyasının dəqiq əmələ gəlmə forması, üsulu hələ də, qeyri-müəyyən olaraq qalmağa davam edir.[20][21][22][23]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 18 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ "Arxivlənmiş surət". 18 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ "Arxivlənmiş surət". 18 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ Rubio-Casillas, A; Jannini (Dec 2011). «New insights from one case of female ejaculation». The Journal of Sexual Medicine. 8 (12): 3500-4.S1743-6095(15)3336-4 Arxivləşdirilib 2019-06-27 at the Wayback Machine. DOI:10.1111/j.1743-6109.2011.02472.x PMID 21995650
- ↑ "Arxivlənmiş surət". 18 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ Block, Susan (27 February 2005). «All About Female Ejaculation». Counterpunch. Archived from the original on 23 March 2010. Retrieved 4 February 2010.
- ↑ "Arxivlənmiş surət". 18 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ "Arxivlənmiş surət". 18 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ "Arxivlənmiş surət". 18 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ "Arxivlənmiş surət". 18 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ Wimpissinger F., Stifter K., Grin W., Stackl W. (Sep 2007). The female prostate revisited: perineal ultrasound and biochemical studies of female ejaculate. J Sex Med 4 (5): 1388-93; discussion 1393. PMID 17634056.
- ↑ Zaviacic M. The Human Female Prostate: From Vestigial Skene’s Paraurethral Glands and Ducts to Woman’s Functional Prostate Arxiv surəti 28 oktyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-10-28 at the Wayback Machine Slovak Academic Press, Bratislava 1999
- ↑ "Arxivlənmiş surət". 18 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ Кратохвил C. (1994). Orgasmic expulsions in women. Cesk Psychiatr 90 (2): 71-7. PMID 8004685.
- ↑ Rabinerson D, Horowitz E (February 2007). G-spot and female ejaculation: fiction or reality?" (in Hebrew). Harefuah 146 (2): 145-7, 163. PMID 17352286.
- ↑ "Учёные: вагинального оргазма и точки G не существует". 2014-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-07.
- ↑ "Существование точки G опровергнуто научными исследованиями (англ)". 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.
- ↑ "Анатомия и физиология женских половых органов (англ)". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-09.
- ↑ "Точка G — современный гинекологический миф (англ)". 2017-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.
- ↑ "Arxivlənmiş surət". 20 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
- ↑ Zaviacic M. (May 1994). Sexual asphyxiophilia (Koczwarism) in women and the biological phenomenon of female ejaculation. Med. Hypotheses 42 (5): 318-22. PMID 7935074.
- ↑ Zaviacic M., Zaviacicová A., Komorník J., Mikulecký M., Holomán I. K. (1984). Circatrigintan (30 /- 5 d) variations of the cellular component of female urethral expulsion fluid. A biometrical study. Int Urol Nephrol 16 (4): 311-8. PMID 6543558.
- ↑ Stifter K. F. (1988). Die dritte Dimension der Lust. Das Gehemnis der weiblichen Ejakulation. — Frankfurt am Main, Berlin: Ullstein, 224-8.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Female Ejaculation The Double Standard In the Bedroom Arxivləşdirilib 2017-02-04 at the Wayback Machine by Eric Jackson, 2008/09/22
- The-Clitoris.com: Female Ejaculation & The G-Spot: Instructions & diagrams from a feminist perspective.
- The History of Female Ejaculation Series by Mark Zedler, The Mysterious World of Female Ejaculation
- Electronic Journal of Human Sexuality: Urethral Expulsions During Sensual Arousal and Bladder Catheterization in Seven Human Females by Gary Schubach ("Female Ejaculation" Bibliography)
- An Annotated Bibliography on Sexual Arousal, Orgasm, and Female Ejaculation in Humans and Animals