Qabriel Lipman
Qabriel Lipman | |
---|---|
fr. Gabriel Lippmann | |
Doğum tarixi | 16 avqust 1845[2][3][…] |
Vəfat tarixi | 13 iyul 1921[2][4][…] (75 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fizika[1], fotoqrafiya[1] |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbərləri | Qustav Kirxhof |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qabriel Lipman (fr. Jonas Ferdinand Gabriel Lippmann; 16 avqust 1845[2][3][…] – 13 iyul 1921[2][4][…], Atlantik okeanı[6]) — Fransız–Lüksemburqlu fizik və ixtiraçı. Fotoqrafiyada rənglərin qarışmasına imkan verməyən üsulun kəşfinə görə Nobel mükafatı almışdır.(1908)
Həyatı
[redaktə | mənbəni redaktə et]Qabriel Lipman 16 avqust 1845-ci ildə Lüksemburqda anadan olub. Atası fransız yəhudisi idi.1848-ci ildə ailəsi Parisə köçdü. Parisdə Lipmanın anası ona dərs keçməyə başlayır.Lipman olduqca diqqətsiz, amma bir o qədər istedadlı olmuşdur. Onun riyaziyyata xüsusi marağı var idi.1868-ci ildə “École Normale Supérieure”-ə daxil oldu. O, imtahandan kəsilir. Gənc Lipman bu imtahandan keçsəydi, müəllim ola bilərdi. O, fizika sahəsində oxumaq istəmirdi. 1872-ci ildə Heildelberq Universitetinə göndərilir. 1874-cü ildə doktorluq işini müdafiə etdi. Lipman 1875-ci ildə Parisə geri dündü və 1878-ci ilə qədər burada işlədi.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Kapilyar elektrometr
[redaktə | mənbəni redaktə et]Lipmanın ilk kəşflərindən biri elektrik və kapilyarlıq hadisəsi arasındakı bağlılıq olmuşdur. Bu fikir ona həssas kapilyar elektrometri ixtira etməyə imkan verdi. Daha sonra bu cihaz ilk Elektrokardioqrafiya cihazında istifadə olundu. Bu cihaz həm də “Lipman elektometri” kimi də tanınır.
Rəngli Şəkil
[redaktə | mənbəni redaktə et]Lipman şəklin rənglərini çoxaltmağa imkan verən bir üsulun kəşfi və Dalğaların interferensiyası əsalandırdığına görə 1908-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuşdur.1886-cı ildə Lipmanın marağını fotolövhə üzərində günəş spektrında rəngləri aşkar etməyə imkan verən bir üsul çəkdi. 2 fevral 1891-ci ildə o, bu üsulu Elmlər Akademiyasına açıqladı:“Görüntüyə təsir etmədən fotolövhə üzərində rəng spektrının görüntüsünü almağa nail oldum”.
Evliliyi
[redaktə | mənbəni redaktə et]Lipman 1888-ci ildə yazıçı Viktor Çerbuliezin qızı ilə evlənir. O, 13 iyul 1921-ci ildə Kanadada vəfat edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Lippmann, Gabriel // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Jonas Ferdinand Gabriel Lippmann // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 Gabriel Lippmann // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 www.accademiadellescienze.it (it.).
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 16 avqustda doğulanlar
- 1845-ci ildə doğulanlar
- 13 iyulda vəfat edənlər
- 1921-ci ildə vəfat edənlər
- 75 yaşında vəfat edənlər
- Atlantik okeanda vəfat edənlər
- Paris Universitetinin müəllimləri
- Paris Ali Normal Məktəbinin məzunları
- IV Henri Liseyinin məzunları
- Paris Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- Sankt-Peterburq Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri
- Fizika üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Lüksemburqlu Nobel mükafatı laureatları
- Yəhudi alimlər
- Dənizdə vəfat edənlər
- Fransalı Nobel mükafatı laureatları
- Eksperimental fiziklər
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri